Məhkəmə qərarları › İş №2(027)-1055/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1055/2021

30.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1055/2021 30.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X3 15 dekabr 1990-cı Quba şəhərində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qrafasında X13, doğum tarixi qrafasında 15 dekabr 1990-cı il, doğum yeri qrafasında Quba şəhəri, atası qrafasında Bağırov Zalı, anası qrafasında isə X1 qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X3 1918-ci ildə Quba şəhərində doğulması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında X13 ərizəsini müdafiə edib, onunla əsaslandırmışdır ki, X16 Zalı oğlu 1918-ci il tarixdə Quba şəhərində anadan olmuşdur. X18, anası X4r. Atası Quba şəhərində doğulduqdan sonra ona doğum haqqında şəhadətnamə verilmişdir. X15 19 dekabr 1949-cu il tarixdə Bağırova (Əliməmmədova) Gülnisə Heydər qızı ilə rəsmi nikahı qeyd etdirərək ailə qurmuş, 14 dekabr 1990-cı il tarixdə isə vəfat etmişdir (Qəbir daşı üzərində 15 dekabr 1990-cı il qeyd edilmişdir). Atası ölərkən onun doğum haqqında şəhadətnaməsi onların evində olmuşdur. Hazırda sənədləşmə işləri ilə bağlı olaraq ona atasının doğum şəhadətnaməsi lazım olmuş, lakin doğum şəhadətnaməsi tapılmamışdır. Hazırda ondan atasının doğum haqqında şəhadətnaməsi tələb olunur. X3 doğum haqqında şəhadətnaməsi olmadığından müxtəlif dövlət orqanlarında maneələrlə rastlaşır. X14 doğumunun qeydə alınması ilə əlaqədar olaraq Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 16 mart 2021-ci il tarixli məktubu ilə doğum faktının qeydə alınması ilə bağlı imtina verilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də atası X10 məxsus doğum haqqında şəhadətnaməsini ala bilmədiyi üçün Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinin tələblərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiqlənmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ını rəhbər tutaraq məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ona görə də X3 1918-ci ildə Quba şəhərində doğulması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan, Maraqlı şəxs tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli, 78 №-li Arayışdan görünür ki, 1945-1953-cü ilədək olan dövrdə Bağırov Yusif Zalı oğlunun doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan, Quba rayonu, Zaqs bürosu tərəfindən verilmiş evlənmə Haqqında Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 1918-ci il təvəllüdlü X13 ilə 1926-cı il təvəllüdlü X2 19 dekabr 1949-cu ildə nikahlarını bağlamışlar. İş materiallarında olan 10 aprel 1954-cü il tarixli, 166242 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X13 ilə X5 birgə nikahından xx.xx.1954-cü il tarixdə Ərizəçi anadan olmuşdur. İş materiallarında olan X9 adına tərtib edilmiş H3 seriyalı, ******* saylı Hərbi biletdən görünür ki, onun doğum tarixi 1918-ci il qeyd edilmişdir. İş materiallarında olan İV-JQ № 278736 saylı X7 görünür ki, X13 14.12.1990-cı ildə ölmüşdür. İş materiallarında olan AZ-İ № 986355 saylı X7 görünür ki, X6 1959-cu ildə ölmüşdür. İş materiallarında olan İİ-İE № 144573 saylı X7 görünür ki, X2 22.01.1964-cü ildə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli, 132 saylı məktubda qeyd olunmuşdur ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 №-li qərarında qeyd edilmişdir ki, Doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Bu qaydalarda nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, X13 1918-ci ildə Quba şəhərində doğulmuş, onun doğumu haqqında Qeydiyyat Şöbəsində akt qeydi aşkar olunmadığından Qeydiyyat Şöbəsi tərəfindən ona doğum haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. X9 1918-ci il tarixdə Quba şəhərində X18 və anası X6 olmaqla doğulması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun qeyd edilmə faktı məhkəmə tərəfindən həyata keçirilə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, X9 1918-ci ildə Quba şəhərində doğulması faktı müəyyən edilməlidir. Məhkəmə onu da qeyd edir ki, məhkəmənin hazırki qətnaməsi onun müəyyən etdiyi faktla bağlı müvafiq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin olunsun. X9 1918-ci ildə Quba şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar