Məhkəmə qərarları › İş №2(027)-1056/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1056/2023

24.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1056/2023 24.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla şəxsin itkin düşmüş hesab edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə müraciət edərək, 24 yanvar 1972-ci il tarixdə Quba rayonu, İ-ci Nügədi kəndində doğulmuş qardaşı X2 1993-cü il tarixdə itkin düşməsilə əlaqədar ölmüş elan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 onun qardaşıdır. O, xx.xx.1972-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində anadan olmuş, orta təhsilini həmin kənddə almışdır. Qardaşı 1993-cü ildə işləmək üçün Rusiya Federasiyasına getmiş, geri qayıtmamış, bir müddət onlarla əlaqə saxlasa da, sonradan əlaqələri kəsilmiş, onun barəsində heç bir məlumat əldə edə bilməmişlər. X6 ilkin düşməsi barədə Quba rayon Polis şöbəsinə ərizə ilə müraciət etmiş və axtarılması üçün tədbir görülsə də, nəticəsi olmamışdır. Abgül Tarverdiyevin ilkin düşdüyü vaxtdan bu günədək artıq 30 ilə yaxın müddət keçmiş, həmin müddət ərzində Abgül Tarverdiyevin sağ-salamat olması barəsində heç bir xəbər və məlumat əldə etməmişlər. Hazırda vərəsəlik məsələlərinin həlli ilə əlaqədar Abgül Tarverdiyevin itkin düşərək ölmüş elan edilməsinin müəyyən olunması tələb olunur. Valideynlərinin hər ikisi vəfat etdiyindən X6 ölmüş elan edilməsi üçün məhkəməyə müraciət etməli olub. Daha sonra Ərizəçi nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, xx.xx.1972-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində doğulmuş X2 1993-cü ildə Rusiya Federasiyasına gedərək, bir daha qayıtmaması ilə əlaqədar, onun tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsini əldə edibetməməsi ilə bağlı Quba rayon Polis Şöbəsinə 19 may 2023-cü il tarixdə vəkil sorğusu ilə müraciət etmişdir. Hazırda iddia tələbini dəqiqləşdirərək, 24 yanvar 1972-ci il tarixdə Quba rayonu, İ-ci Nügədi kəndində doğulmuş qardaşı X2 1993-cü il tarixdə itkin düşmüş hesab edilməsinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil ərizəsinin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və səbəbləri barədə məlumat vermədiyindən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba RİHB İ Nügədi İƏD üzrə nümayəndəliyinin xx.xx.2023cü il tarixli arayışından göründüyü kimi, X1 rayonu, İ Nügədi kəndində qeydiyyatdadır və uzun müddətdir Azərbaycan Respublikasında yaşamır. İş materiallarında olan Quba rayon PŞ-nin Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli 91/2-1- 6229 nömrəli arayışdan məlum olur ki, 24 yanvar 1972-ci il təvəllüdlü yaxın qohumları ilə əlaqələri itmiş X2 axtarılmasına dair xx.xx.2023-cü il tarixli 560337 nömrəli iş açılmış və şəxsin tapılması üçün axtarış davam etdirilir. İş materiallarında olan Quba rayon PŞ-nin Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli 91/2-1- 6229 nömrəli məktubundan görünür ki, 1993-cü ildən əlaqəni itirmiş qardaşı 24 yanvar 1972-ci il təvəllüdlü X2 axtarışı ilə əlaqədar DİO-nun müvafiq orqanlarına sorğu məktubları göndərilmiş və bununla bağlı axtarış tədbirləri həyata keçirilir. Onun barəsində hər hansı məlumat əldə olunarsa bu barədə onlara bildiriləcəyi qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X4 xx.xx.1972-ci ildə Quba rayonu, İ Nügədi kəndində anadan olmuş, bu barədə akt qeydləri kitabında 0019 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunan Quba rayon PŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 91/2- 14899 nömrəli məlumatından görünür ki, xx.xx.1972-ci ildə Quba rayonu, İ Nügədi kəndində anadan olmuş X2 Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən Şəxsiyyət vəsiqəsinin əldə edib-etməməsi ilə bağlı Quba RPŞ-də heç bir məlumat yoxdur. Məhkəmənin sorğusu əsasında iş materiallarına əlavə olunan AR DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinə bilavasitə tabe olan X8 şöbənin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, xx.xx.1972-ci ildə Quba rayonu, İ Nügədi kəndində anadan olmuş X3 xx.xx.1990-cı il tarixdən xx.xx.2023-cü il tarixinədək olan müddət ərzində Azərbaycan Respublikası ümumivətəndaş pasportu verilməmişdir. Məhkəmənin sorğusu əsasında iş materiallarına əlavə olunan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məlumatına əsasən, qeyd olunur ki, “Giriş-çıxış və qeydiyyat» idarələr arası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatlar 2001-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, xx.xx.1972-ci il təvəllüdlü X2 1993-2001-ci il tarixlərdə dövlət sərhədindən hərəkəti barədə məlumatın təqdim edilməsi texniki cəhətdən imkanları xaricindədir. Bununla yanaşı, xx.xx.1972-ci il təvəllüdlü X2 01.01,2002-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Qeyd edilən Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Həmin Məcəllənin 315.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Məhkəmə araşdırması mötəbər sübutlar əsasında müəyyən olunmuşdur ki, 24 yanvar 1972ci il təvəllüdlü X2 olduğu yer məlum deyildir və və uzun müddətdir ki yaşayış yerində görünməmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməli və 24 yanvar 1972-ci ildə Quba rayonu, İ Nügədi kəndində anadan olmuş X4 1993-cü ildən itkin düşmüş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 315.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 24 yanvar 1972-ci ildə Quba rayonu, İ Nügədi kəndində anadan olmuş X4 1993-cü ildən itkin düşmüş hesab edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar