Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-106/2022 28.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X25 qızının katibliyi, İddiaçılar Niftəliyeva (Babayeva) Gülnar Sədrəddin qızının, X4, X5, Nəsrullayeva (Babayeva) Aygün Sədrəddin qızının etibarnamə əsasında nümayəndəsi həm də İddiaçı1, digər İddiaçı3 və onların vəkili Vəkil, cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Cavabdeh2 nümayəndəsi X8, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba rayonu, Vəl-vələ bələdiyyəsinin sədri X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Niftəliyeva (Babayeva) Gülnar Sədrəddin qızı, Nəsrullayeva (Babayeva) Aygün Sədrəddin qızı, İddiaçı6, Abidova (Babayeva) Xəyalə Sədrəddin qızının cavabdehlər Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Cavabdeh2nə qarşı “torpaq sahəsində quraşdırılmış subartezian quyusunun cavabdehlərin hesabına sökülərək torpaq sahəsindən çıxarılması və pul” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı4, X10, X11, İddiaçı5, İddiaçı3 cavabdehlər Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Cavabdeh2nə qarşı “torpaq sahəsində quraşdırılmış subartezian quyusunun cavabdehlərin hesabına sökülərək torpaq sahəsindən çıxarılması və maddi təzminat” tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 21 avqust 2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən mülkiyyət hüququ əsasında onlara məxsus Quba rayonu, Vəlvələ kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətlərində olan 1,8325 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin və Cavabdeh2 tərəfindən quraşdırılmış subartezian quyusunun cavabdehlərin hesabına sökülərək torpaq sahəsindən çıxarılması və 2019-ci ilin mart ayından 2021 -ci ilin iyul ayınadək müddəti üçün 4500 (dörd min beş yüz) manat maddi təzminatın cavabdehlərdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Yuxarıda qeyd olunan maddəyə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Niftəliyeva (Babayeva) Gülnar Sədrəddin qızı, Nəsrullayeva (Babayeva) Aygün Sədrəddin qızı, İddiaçı6 və Abidova (Babayeva) Xəyalə Sədrəddin qızı məhkəməyə iddianın tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixli iddia ərizəsində göstərilən 2019-cu ilin mart ayından 2021-ci ilin iyul ayınadək müddət üçün 4500 manat maddi təzminatdan əlavə olaraq 2021-ci ilin iyul ayından 2022-ci ilin dekabr ayınadək olan 17 ay müddəti üçün 2550 manat olmaqla ümumilikdə cavabdehlərdən 7050 manat maddi təzminat alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia ərizələrini onunla əsaslandırmışlar ki, Quba rayonu, Vəlvələ kəndi ərazisində yerləşən 1,8325 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyətlərində olmaqla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 21 avqust 2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən mülkiyyət hüququ əsasında onlara məxsusdur. Quba rayonu Vəlvələ kənd bələddiyəsinin keçmiş sədri X12 2018-ci ilin əvvəlində iddiaçılardan o, İddiaçı1 Vəlvələ kənd bələdiyyəsinə dəvət etmişlər. Orada olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Bakı şəhərindən gəlmiş tanımadığı əməkdaşı ilə birlikdə ona bildirdilər ki, Vəl-vələ kəndinin torpaqlarının suvarılmasının təmin olunması məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən kənddə subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Həmin ərazidə başqa boş torpaq sahəsi olmadığından subartezian quyusunun ona və ailə üzvlərinə məxsus, onların ailəyə dövlət tərəfindən pay verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qazılmasının məqsədə uyğun olmasını bildirdilər. O, cavabdehlərə torpaq sahələrində kənd təsərrüfatı məhsullarını əkib- becərməklə maddi tələbatlarını qarşıladıqlarını, başqa gəlir və qazanc yerlərinin olmamasını bildirmişdir. Bələdiyyə sədri və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin əməkdaşı subartezian quyusu ona və ailəsinə məxsus torpaq sahəsində yerləşərsə bunun müqabilində subartezian quyusu istifadəyə verildikdən sonra, o və onun ailə üzvləri ilə Servitut verilməsinə dair müqavilə bağlanılacağını və həmin müqavilə əsasında onların ailəsinə haqq ödəniləcəyini, həmin subartezian quyusundan çıxarılan suyun tənzimlənməsini ona və oğluna həvalə olunacağını bildirdilər. Beləliklə də, 26 sentyabr 2018-ci il tarixdə subartezian quyusunun qazılması üçün avadanlıqlar və texnika gətirilərək onlara məxsus torpaq sahəsində yerləşdirildi. Subartezian quyusu qazılaraq 2019-cu ilin mart ayında istismara verildi. Həmin vaxtdan xx.xx.2021-ci ilədək quyudan çıxarılan suyun tənzimlənməsi vəzifəsini iddiaçılardan onlar Sədrəddin və İddiaçı3lər həyata keçirmişlər. Ailə üzvləri ilə birlikdə onlara söz verildiyi kimi, onlarla Servitut verilməsinə dair müqavilə bağlanılaraq onlara haqq ödənilməsini dəfələrlə Vəlvələ Bələdiyyəsindən və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC- nin Cavabdeh2ndən tələb etsələr də, bu günə qədər heç bir nəticə olmamışdır. Əksinə, onlar hüquqlarını tələb etdiyi üçün ailələri ilə prinsip aparılaraq kəndin hal-hazırki, bələdiyyə sədri X6 oyun quraraq, guya bir qrup kənd sakininin şikayəti əsasında, xx.xx.2020-ci il tarixində bir neçə kənd sakininin iştiraki ilə ümumi yığıncaq keçirərək, iddiaçılardan onu və oğlunu subartezian quyusundan çıxarılan suyun tənzimlənməsində iştirakdan kənarlaşdıraraq, başqa bir kənd sakininə həvalə etmişdir. Subartezian quyusunun onlara məxsus torpaq sahəsindən çıxarılması üçün aidiyyəti orqanlara dəfələrlə müraciət etsə də, bu günə qədər müraciətləri nəticəsiz qalmışdır. O, İddiaçı1 Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrinə ünvanladığı şikayətə əsasən, onun iştirakı olmadan Quba SSİ-nin rəisi X15, Quba SSİ- nin mühəndisi X9, Quba rayonu Vəl-vələ bələdiyyəsinin sədri X6, «Həyat» SİB-nın icraçı direktoru X13 iştirakı ilə, görüntü üçün saxta araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq həqiqəti əks etdirməyən, qanunsuz tərtib olunmuş 08 dekabr 2020-ci il tarixli Aktda 2019-cu ildə Vəl-vələ kəndində qazılaraq istismara verilmiş subartezian quyusunun ona və ailə üzvlərinə məxsus paylı mülkiyyətlərində olan torpaq sahəsinə bitişik bələdiyyə mülkiyyətində olan ərazidə yerləşdiyi göstərilmişdir. Artıq bir ildir ki, onlardan subartezian quyusundan çıxarılmış suyun tənzimlənməsində iştirak etmirlər. Bundan başqa torpaq sahələrində subartezian quyusu yerləşdiyindən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul ola və qazanc əldə edə bilmirlər. Məhkəmə iclasında iddiaçılar Niftəliyeva (Babayeva) Gülnar Sədrəddin qızının, X4, X5, Nəsrullayeva (Babayeva) Aygün Sədrəddin qızının etibarnamə əsasında nümayəndəsi həm də İddiaçı1 və digər İddiaçı3 iddianı müdafiə edərək, tam təmin edilməsini xahiş etmişlər. Həmçinin, İddiaçı1 bildirmişdir ki, artezian quyusunun onun torpaq sahəsində inşa edilməsinə o razılıq vermişdir. Razılıq verməsinə səbəbi ondan ibarət olmuşdur ki, gələcəkdə artezian quyusununun istismarına nəzarəti o edəcəkdir. Bir müddət o, quyuya nəzarət etsə də, yeni bələdiyyə sədri ilə aralarında yaranmış narazılığa əsasən o quyunun istismarından uzaqlaşdırılmışdır. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba rayonu Vəl-Vələ kənd Bələdiyyəsinin sədri X6 bildirmişdir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş subartezian quyusu onların razılığı əsasında mübahisə predmetini təşkil edən torpaq sahəsində inşa edilən zaman o, qeyd olunan kənd ərazisində bələdiyyə olaraq fəaliyyət göstərməmişdir. Həmin subartezian quyusu İddiaçı1 və İddiaçı3 tərəfindən idarə olunmuşdur. Lakin, o, bələdiyyə olaraq həmin kənd ərazisinə təyin olunduqdan bir müddət sonra kənd ərazisində yaşayan vətəndaşların şikayətləri əsasında subartezian quyusunun idarə edilməsi başqa bir kənd sakininə həvalə edilmişdir. Belə ki, subartezian quyusunun İddiaçı1 və İddiaçı3 təfərindən idarə edilməsi narazılıqlara səbəb olmuş, kənd sakinləri suyu vaxtlı-vaxtından verilmədiyini, İddiaçı1 və İddiaçı3 tərəfindən hər ay sudan istifadəyə görə pul tələb edildiyini bildirmişlər. Onun isə hər ay kənd sakinlərindən İddiaçı1 və İddiaçı3 tərəfindən pul yığılmasından xəbəri olmamışdır. Bundan başqa, qeyd olunan subartezian quyusu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Cavabdeh2 tərəfindən qarşılıqlı razılıq əsasında onun səlahiyyətinə verilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Cavabdeh2 direktoru X18 bildirmişdir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş subartezian quyusu onların razılığı əsasında mübahisə predmetini təşkil edən torpaq sahəsində inşa edilmişdir. Qeyd olunan subartezian quyusu Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı əsasında idarənin balansındadır. Subartezian quyusu inşa edilən zaman iddiaçılarla hər hansı bir icarə müqaviləsi bağlanmamışdır. Qeyd olunan maddi təzminatın onlar tərəfindən ödənilməsi mümkün deyildir. Çünki, subartezian quyusu idarənin balansında olsa da, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı əsasında əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün inşa edilmişdir. Hazırda iddianın təmin edilməsi kənd ərazisində yerləşən əkin sahələrinin və kənd sakinlərinin sussuz qalmasına səbəb ola bilər. Ona görə də iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər iddiaçılar və cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlara əsaslandırır. Belə ki, iş materiallarında olan Quba SSİ-nin sahə rəisi X8, Quba SSİ-nin mühəndisi X3, Vəl-vələ kənd Bələdiyyəsinin sədri X1, “Həyat” SİB-nin icraçı direktoru X13 və İddiaçı1 iştirakı ilə tərtib edilmiş və İddiaçı1 başqa digərlərinin imzaları ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli atkdan görünür ki, İddiaçı1 Quba rayonu, Vəlvələ kəndindəki subartezian quyusunun ona məxsus torpaq sahəsində qazıldığını, quyudan çıxarılan suyun tənzimlənməsində başqalarının iştirak etdiyini iddia etmiş, araşdırma zamanı müəyyən olunmuşdur ki, Vəlvələ kəndində 2019-cu ildə qazılıb istismara verilmiş subartezian quyusu İddiaçı1 məxsus paylı mülkiyyətə bitişik olan bələdiyyə mülkiyyəti olmaqla, xx.xx.2020-ci il tarixədək subartezian quyusundan çıxarılan suyun tənzimləməsini İddiaçı1 həyata keçirsə də, bir qrup kənd sakinlərinin şikayəti əsasında kəndin bələdiyyə sədrəddinin sakinlər ilə birgə keçirdiyi ümumi yığıncağda qəbul olunmuş qərarla başqa bir kənd sakininə həvalə olunmuşdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********53 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Quba rayonu, Vəl-vələ kəndində yerləşən 1,8325 ha torpaq sahəsi İddiaçı1 oğlu, İddiaçı2, İddiaçı3, Niftəliyeva (Babayeva) Gülnar Sədrəddin qızı, Nəsrullayeva (Babayeva) Aygün Sədrəddin qızı, İddiaçı6 və Abidova (Babayeva) Xəyalə Sədrəddin qızının mülkiyyətindədir. İş üzrə təyin edilmiş və keçirilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətində olan Quba rayonu Vəlvələ kəndində yerləşən 1,8325 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları yerində (naturada) alınmış, sözügedən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və Cavabdeh2 tərəfindən quraşdırılmış subartezian quyusu Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətndə olan Quba rayonu Vəlvələ kəndində yerləşən 1,8325 ha torpaq sahəsi daxilində yerləşdiyi müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci iİ tarixli çıxarışa əsasən İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətində olan Quba rayonu Vəlvələ kəndində yerləşən 1,8325 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları üzrə subartezian quyusu mövcuddur, həmin faktiki istifadə hansı sənəd əsasında həyata keçirilməsi barədə Xaçmaz LTİ-də heç bir məlumatın olmadığı müəyyən edilmişdir. İş üzrə təyin edilmiş və keçirilmiş “Tikinti-texniiki obyektlərin tədqiqi” ekspertizasının 10/5552 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətində olan Quba rayonu Vəlvələ kəndində yerləşən 1,8325 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları yerində (naturada) alınmışdır. Məhkəmə tərəfindən təqdim edilmiş mütəxəssis rəyində 2 və 3-cü suallar cavablandırılmamışdır. Bu səbəbdən də bu suallar üzrə tədqiqat aparılmır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz ərazi idarəsinin texniki Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, sözügedən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və Cavabdeh2 tərəfindən quraşdırılmış subartezian quyusu Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətində olan Quba rayonu Vəlvələ kəndində yerləşən 1,8325 ha torpaq sahəsi daxilində yerləşdiyi müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci İİ tarixli çıxarışa əsasən İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətndə olan Quba rayonu Vəlvələ kəndində yerləşən 1,8325 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları üzrə subartezian quyusu mövcuddur, həmin faktiki istifadə hansı sənəd əsasında həyata keçirilməsi barədə Xaçmaz LTİ-də heç bir məlumatın olmadığı müəyyən edilmişdir. Ekspert tərəfindən qeyd olunmuşdur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. İş materiallarında olan Quba RİHB-nin xx.xx.2021-ci il tarixli, 40 saylı Sərəncamından görünür ki, rayon ərazisində su təchizatının yaxşılaşdırılması üçün qazılması nəzərdə tutulan subartezian quyularının dislokasiyasının müəyyən edilməsi, eləcə də digər qanunamüvafiq tədbirlərin görülməsi ilə bağlı komissiya tərkibi yaradılmışdır. İş materiallarında olan Azərbaycan Meliorasiya və X32 Səhmdar Cəmiyyətinin sədrinin birinci müavini M.Z.Quliyev tərəfindən təsdiq edilmiş 25 yanvar 2019-cü il tarixli Azərbaycan Respublikası Prezindetinin 3593 nömrəli 22 yanvar və 3781 nömrəli 12 mart 2018-ci il tarixli Sərəncamlarına əsasən “Əhalisi 597 min nəfərə yaxın olan 38 şəhər və rayonun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə içməli suya olan tələbatının ödənilməsi üçün 300 subartizian quyusunun qazılması” obyekti tərkibində, Quba rayonu üzrə tikintisi başa çatmış 5 ədəd subartizian quyusunun istismara qəbul edilməsi haqqında Qəbul Komissiyasının 14 yanvar 2019-cu il tarixli aktına əsasən qəbul komissiyasının sədri və üzvləri “Tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları”nı rəhbər tutaraq müəyyən etmişdir ki, podratçı tikintisi başa çatmış Quba rayonu üzrə 5 ədəd Subratezian quyusunun qazılması, obyektin layihəsi Azdövutəslayihə İnstitutu tərəfindən hazırlanmış və Azərbaycan Meliorasiya və X32 Səhmdar Cəmiyyətinin Elmi Texniki Şurasının iclasının protokolu ilə təsdiq edilmişdir. Tikinti və quraşdırılma işlərinə icazə Azərbaycan Respublikası Prezidentinin 3593 nömrəli 22 yanvar 3781 nömrəli 12 mart 2018-ci il tarixli sərəncamları ilə verilmişdir. Azərbaycan Meliorasiya və X32 Səhmdar Cəmiyyətinin 28 yanvar 2019-cu il tarixli 006 saylı Azərbaycan Respublikası Prezidentini 12 mart 2018-ci il tarixli 3781 nömrəli Sərəncamının icrası ilə əlaqədar tikintisi tamamlanmış subartezian və artezian quyularının balansa verilməsi haqqında əmri ilə Azərbaycan Respublikası Prezidentinin 12 mart 2018ci il tarixli 3781 nömrəli Sərəncamına əsasən ... Quba .. rayonları ərazisində qazılmış subartezian və artezian quyuları istismara qəbul edilmiş və əlavə edilmiş cədvələ əsasən yerli istismar idarələrinin balansına verilmişdir. İş materiallarında olan 2017-ci il tarixli Quba rayon İcra Hakimiyyəti başçısı və digər orqanların nümayəndələrinin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən qazılacaq bir ədəd subartezian quyusunun yerinin təyin edilməsi üçün baxış keçirilmiş və subartezian quyusunun yeri Vəlvələ kəndinin şimal hissəsində Babayev Elmanın evinin yanıdna nəzərdə tutulur. Subartezian quyusunun altında olan suvarılacaq torpaq sahəsi 20 hadır. İş materiallarında olan Quba rayon Vəl-vələ Bələdiyyəsinin arayışdan görünür ki, kəndin ərazisində qazılacaq 1 ədəd subartezian quyusunun, tikiləcək EHVX-nin və transformator yarımstansiyasının altında ayrılacaq 100 kv.m torpaq sahəsinə etiraz edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndində göstərilir ki, Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü bəndinə görə Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Şərh olunan maddənin mənasına görə, torpaq sahəsinin zəbt edilməsi dedikdə, torpaq sahəsinə hüquqların yaranması üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsasların olmaması başa düşülür. Torpaq Məcəlləsinin qeyd olunan 55-ci maddəsində göstərilir ki, Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Azərbaycan Respublikası Mülkli Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülkli Məcəlləsinin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərinə görə (Sporronq və Lonnrot İsveçə qarşı, X19rşı, Vinterverp Niderlanda qarşı, Latridis Yunanıstana qarşı, X16rşı və s.) Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə təmin edilən mülkiyyət hüququnun pozulub-pozulmadığı məsələsinə baxılarkən aşağıdakı məsələlər araşdırılmalıdır:1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi?; 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi?; 3) Həmin müdaxiləyə 1-ci normada yer alan üç normadan hansının əsasında baxılmalıdır?; 4) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı?; 5) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?; 6) Müdaxilə hüquqi müəyyənlik və ya qanunilik prinsipinin tələblərinə cavab verirmi? Avropa Məhkəməsinin «X2rşı» işi üzrə 17 noyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, «İnsan Hüquqlarının və X17 Haqqında» Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi ilk növbədə tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanlarının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün müddəalarının tərkib hissəsidir. Azərbaycan Respublikası Mülkli Məcəlləsinin 157.2-ci maddəsinin mənasına görə əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi barədə iddianı təmin etmək üçün aşağıdakı şərtlər tələb olunur: iddiaçının mülkiyyət hüququnun olması, əşya üzərindən faktiki sahibliyinin itirilməsi, tələb edilən əşyanın cavabdehin qanunsuz sahibliyində olması. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********53 reyestr nömrəli Çıxarışa əsasən Quba rayonu, Vəl-vələ kəndində yerləşən 1,8325 ha torpaq sahəsi İddiaçı1 oğlu, İddiaçı2, İddiaçı3, Niftəliyeva (Babayeva) Gülnar Sədrəddin qızı, Nəsrullayeva (Babayeva) Aygün Sədrəddin qızı, İddiaçı6 və Abidova (Babayeva) Xəyalə Sədrəddin qızının mülkiyyətindədir. İddiaçılar məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 21 avqust 2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən mülkiyyət hüququ əsasında onlara məxsus Quba rayonu, Vəlvələ kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətlərində olan 1,8325 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin və Cavabdeh2 tərəfindən quraşdırılmış subartezian quyusunun cavabdehlərin hesabına sökülərək torpaq sahələrindən çıxarılması və 2019-cu ilin mart ayından 2021 -ci ilin iyul ayınadək müddəti üçün 4500 (dörd min beş yüz) manat maddi təzminatın cavabdehlərdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə təyin edilmiş və keçirilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi və “Tikinti-texniiki obyektlərin tədqiqi” ekspertizasının 10/5552 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətində olan Quba rayonu Vəlvələ kəndində yerləşən 1,8325 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları yerində (naturada) alınmış, sözügedən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və Cavabdeh2 tərəfindən quraşdırılmış subartezian quyusu Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətndə olan Quba rayonu Vəlvələ kəndində yerləşən 1,8325 ha torpaq sahəsi daxilində yerləşdiyi müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci İİ tarixli çıxarışa əsasən İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətində olan Quba rayonu Vəlvələ kəndində yerləşən 1,8325 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları üzrə subartezian quyusu mövcuddur, həmin faktiki istifadə hansı sənəd əsasında həyata keçirilməsi barədə Xaçmaz LTİ-də heç bir məlumatın olmadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan subartezian quyusunun iddiaçıların mülkiyyətində olan torpaq sahəsində inşa edilməsi sübuta yetirilsə də, “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Sərəncamı və “Xaçmaz, Quba, Qusar və Şabran rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamında qeyd olunan hallara əsasən təmin edilməməlidir. Belə ki, “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Sərəncamı ilə, Əhalisi 400 min nəfərə yaxın olan 40 şəhər və rayonun 148 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 150 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və X32 Səhmdar Cəmiyyətinə 10,0 (on) milyon manat, Naxçıvan Muxtar Respublikasının ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının qazılması məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2,0 (iki) milyon manat ayrılmışdır. “Xaçmaz, Quba, Qusar və Şabran rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə, Xaçmaz, Quba, Qusar və Şabran rayonlarının əhalisi 17346 nəfər olan 13 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 13 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 910,0 (doqquz yüz on) min manatı Azərbaycan Meliorasiya və X32 Səhmdar Cəmiyyətinə ayrılmışdır. Bundan başqa, iddiaçıların mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş subartezian quyusu iddiaçıların şifahi razılığı əsasında tikilmişdir. Subartezian quyusu vətəndaşların istifadəsinə verildikdən sonra onun idarə edilməsi iddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən həyata keçirilmişdir. Kənd sakinlərinin narazılıqları səbəbindən subartezian quyusunun idarə edilməsi iddiaçılardan alınaraq, başqa şəxsə təhvil verilmişdir. Hal-hazırda iddiaçıların iddiasının təmin edilməsi və subartezian quyusunun sökülməsi Quba rayonu, Vəl-vələ kəndi ərazisində yerləşən əhalinin əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının kəsilməsinə, habelə əhalinin içməli su ilə təminatının kəsilməsinə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 4 aprel 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir. Mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Avropa İnsan Hüquqları Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair” 29 oktyabr 2010-cu il tarixli Qərarında hüquqların təminatının mütənasibliyi ilə əlaqədar qeyd etmişdir ki, Əsas Qanun hüquq və azadlıqlarla yanaşı onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Aparılmış məhkəmə araşdırmaları zamanı o da məlum olmuşdur ki, iddiaçıların iddia ərizələrində də göstərdikləri kimi əvvəlcədən subartezian quyusunun öz torpaqlarında qazılmasına razı olmuş, nəticədə 67548,92 (altmış yeddi min beş yüz qırxsəkkiz manat, doxsan iki qəpik) manat məbləğində dövlət investisiya vəsaiti sərf edilərək artezian quyusu qazılmış və digər işlər görülmüş, həmin quyu kəndin əhalisini içməli su ilə, torpaq sahələrini suvarma suyu ilə təmin etmişdir. Qazılmış subartezian quyusu iddiaçıların torpaq sahəsinin çox az hissəsini əhatə etmişdir. Bunun nəticəsində iddiaçıların torpaq sahəsindən istifadə edilməsinə maneə yaradılmamış və torpaq sahəsinin kiçik bir hissəsindən başqa digər hissələri iddiaçıların mülkiyyətindədir. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçılar torpaq sahələrində subartezian quyusunun qazılmasına razı olduqdan sonra, hazırda həmin quyunun sökülməsini tələb etməklə haqlı deyillər, subartezian quyusunun sökülməsi yaşadıqları Vəlvələ kənd əhalisinin hüquqlarına, cəmiyyətin və dövlətin mənafelərinə zidd olduğundan iddiaçıların “torpaq sahəsində quraşdırılmış subartezian quyusunun cavabdehlərin hesabına sökülərək torpaq sahəsindən çıxarılması tələbi təmin edilə bilməz. Həmçinin, iddiaçıların 2019-cu ilin mart ayından 2021-ci ilin iyul ayınadək müddət üçün 4500 manat maddi təzminatdan əlavə olaraq 2021-ci ilin iyul ayından 2022-ci ilin dekabr ayınadək olan 17 ay müddəti üçün 2550 manat olmaqla ümumilikdə cavabdehlərdən 7050 manat maddi təzminat alınaraq onlara verilməsi tələbi də əsassızdır. Belə ki, iddiaçılar iddia tələbinin hazırkı hissəsini əsaslandırmamış, pulun tələb edilmə əsasını göstərməmişlər. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında servitut hüququ əsasında heç bir icarə müqaviləsi bağlanmamış, iddiaçılar şifahi razılıq əsasında onlara məxsus torpaq sahəsində subartezian quyusunun inşa edilməsinə icazə vermişlər. Azərbaycan Respublikası Mülki Məxəlləsinin 255.1-ci maddəsinə əsasən, Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Həmin Məcəllənin 255.2-ci maddəsinə əsasən Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Həmin Məcəllənin 261.1-ci maddəsinə əsasən Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər. Həmin Məcəllənin 261.2-ci maddəsinə əsasən Haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və X17 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007-ci il 10 may tarixli Qərar). Məhkəmə sadalanan maddi hüquq normalarını hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Niftəliyeva (Babayeva) Gülnar Sədrəddin qızı, Nəsrullayeva (Babayeva) Aygün Sədrəddin qızı, İddiaçı6, Abidova (Babayeva) Xəyalə Sədrəddin qızının cavabdehlər Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Cavabdeh2nə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba rayon Vəlvələ bələdiyyəsinə qarşı “torpaq sahəsində quraşdırılmış subartezian quyusunun cavabdehlərin hesabına sökülərək torpaq sahəsindən çıxarılması və pul” tələbinə dair iddiası əsassızdır və iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Niftəliyeva (Babayeva) Gülnar Sədrəddin qızı, Nəsrullayeva (Babayeva) Aygün Sədrəddin qızı, İddiaçı6, Abidova (Babayeva) Xəyalə Sədrəddin qızının cavabdehlər Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Cavabdeh2nə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba rayon Vəlvələ bələdiyyəsinə qarşı “torpaq sahəsində quraşdırılmış subartezian quyusunun cavabdehlərin hesabına sökülərək torpaq sahəsindən çıxarılması və pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-106/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-106/2022
28.12.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver