Məhkəmə qərarları › İş №2(027)-106/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-106/2025

30.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-106/2025 30.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası X4 Sərvətlər Nazirliyi Yanında Meşələrin İnkişafı Xidmətinin 5 X3 X1 Ələkbərovun, Cavabdeh nümayəndəsi qismində vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası X4 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin saylı X2 Mərkəzinin Cavabdeh qarşı özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası X4 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X2 Mərkəzi iddia ərizəsi ilə müraciət edərək, Quba şəhər H.Əliyev pr 227A ünvanında yaşayan Cavabdeh tərəfindən ünvan 2vartalının 5-ci bölməsinin ərazisində özbaşına tutduğu (zəbt etdiyi) 0,91 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq 5 saylı X2 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasındakı mübahisənin məhkəmədən kənar qaydada həll edilməsilə bağlı razılıq əldə olunduğuna görə, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının (ərizəçinin) vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Azərbaycan Respublikası X4 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin saylı X2 Mərkəzinin Cavabdeh qarşı özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçı “Azərbaycan Respublikası X4 Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin saylı X2 Mərkəzinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar