Məhkəmə qərarları › İş №2(027)-1070/2021

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1070/2021

26.05.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1070/2021 26.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 qarşı payların naturada ayrılması tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR ƏMDK yanında DƏDRX-i tərəfindən 19.03.2021-ci il tarixində 2.3148 ha və ******* ha torpaq sahəsinə görə iddiaçı və cavabdehlərə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən paylarının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iş üzrə İddiaçı məhkəməyə verdiyi izahatında bildirdi ki, bu tələb üzrə Quba Rayon Məhkəməsinin icraatında başqa hakimin icraatında iddia vardır və iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Cavabdehlər X2 və Cavabdeh4 məhkəməyə ərizə təqdim edərək, ərizəsində göstərmişlər ki, İddiaçı onlara qarşı payların naturada ayrılması barədə iddia ərizəsi ilə müraciət edərək AR ƏMDK yanında DƏDRX-i tərəfindən 19.03.2021-ci il tarixində 2.3148 ha və ******* ha torpaq sahəsinə görə iddiaçı və cavabdehlərə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən paylarının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Onlar iddianı qəbul etmir və iddia tələbi ilə Quba rayon Məhkəməsinə müraciət ediblər. X6 Məmmədovun icraatındadır. İş üzrə Quba Rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli 2(027)-1321/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Eyni iş üzrə eyni tərəflər arasında eyni əsaslar üzrə məhkəmə icraatında iki iş ola bilməz. Göstərilənlərə əsasən, iddiaçı tərəfindən verilmiş iddia tələbinin baxılmamış saxlanılmasını xahiş etmişlər. İş materiallarına əlavə edilmiş Quba rayon Məhkəməsinin 2(027)-1321/2020 saylı, 14.09.2020-ci il tarixli qərardından görünür ki, X3, Cavabdeh4 və Cavabdeh2 Cavabdeh1 və İddiaçı və üçünçü şəxs AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsindən payların naturada ayrılması tələbinə dair iş üzrə məhkəmə-tikintitexniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Sadiq qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 qarşı payların naturada ayrılması tələbi barədə iddia ərizəsi baxılmamış saxlanmalı və ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Sadiq qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 qarşı payların naturada ayrılması tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. İzah edilsin ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan 10 gün müddətinə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədirlk edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar