Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-109/2024 29.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı İntqam qızının, Cavabdeh iştirakı ilə, İddiaçı İntqam qızının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyası cəlb olunmaqla Cavabdeh qarşı nikahın pozulması, uşağın yerinin müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 3 saylı Bakı “Asan Xidmət” Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 2433 saylı nikahın pozulması və birgə nikahdan dünyaya gəlmiş xx.xx.2020-ci il təvəllüdlü X3 onun himayəsinə verilməsi və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat məbləğində sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı “Asan” xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 2433 saylı nikahları qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Xasiyyətləri uyğun gəlmədiyinə görə cavabdehlə bir yerdə yaşaması baş tutmamış və aralarında olan nikah əlaqələri faktiki olaraq neçə ildir ki, kəsilmişdir. Birgə təsərrüfatı idarə etmir. Cavabdehlə barışmaq, onların gələcək birgə ailə həyatı və ailənin qorunub saxlanması mümkün deyil. Bu səbəbdən mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehlə aralarında olan nikah əlaqələri faktiki olaraq neçə ildir ki, kəsilmişdir. Övladı ilə hər həftə görüşsə də, hal-hazırda oğlu cavabdehin yanındadır. Uşağın onun yanında qalmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında iddia tələbini nikahın pozulması hissəsində qəbul edərək, nikahın pozulmasına razı olduğunu bildirsə də, uşağın iddiaçının yanında qalmasına etiraz etmişdir. Həmçinin bildirmişdir ki, iddiaçı gedərkən uşağı körpə olsa da, özü ilə aparmamış, onunla qoyub getmişdir. Artıq üç ildir uşaq onun yanındadır. İddiaçının uşaqla görüşməsinə etiraz etmir. Lakin iddiaçı görüş hüququndan təsadüfi halarda istifadə edir. Əlavə edərək Qəyyumluq və Himayəçilik komissiyasının əməkdaşına dəfələrlə şərait yaratsa da, iddiaçının gəlmədiyini bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş üzrə sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-T 41264 seriyalı “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında xx.xx.2019-cu il tarixdə 3 saylı Bakı “Asan Xidmət” Qeydiyyat şöbəsində nikah bağlanmış, bu barədə nikah haqqında akt qeydləri kitabında 2433 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada “Rüstəmova” soyadı verilmişdir. İş materiallarında AZ-T 190688 seriyalı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, tərəflərin nikahından X4 xx.xx.2020-ci ildə anadan olmuş, atası- Cavabdeh, anası- İddiaçı İntqam qızı kimi qeyd olunmuşdur. Quba rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasının xx.xx.2024-cü il tarixli 53 nömrəli rəyinə əsasən, xx.xx.2020-ci il təvəllüdlü X3 valideynlərindən hansının yanında qalmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Tərəflər nikahın pozulmasına qarşılıqlı razılıq ifadə etdiklərini və tərəflərin ailə münasibətlərinin faktiki kəsildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür və ona görə də aralarında olan nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğu müəyyən etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh və İddiaçı İntqam qızı nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X4 doğulmuşdur. Tərəflər arasında boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması ilə bağlı mübahisə mövcuddur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərdən hansının yanında qalması və uşaqlar üçün valideyinlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarının 7.1ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayan uşaqların valideyinlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın validyeinlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideyinlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideyinlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideyinlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideyinlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edər digər hallar. Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2020-ci il təvəllüdlü X3 valideynlərindən hansının yanında qalmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, tərəflərin birgə nikahdan olan övladları cavabdeh olan atasının yanında qalır və iddia üzrə məhkəmə araşdırması zamanı tərəflərin izahatından göründüyü kimi, iddiaçı olan ananın 3 il əvvəl cavabdehdən faktiki ayrılmaqla ailəni tək etməsi, uşağın atasının yanında qalması ilə nəticələnmişdir. Məhkəmə hesab edir ki, birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınmaqla, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan X4 - atası Cavabdeh yanında və himayəsində saxlanılmalı, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. İddiaçı xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin edilməsini tələb etmiş, yetkinlik yaşına çatmayan X3 atası Cavabdeh yanında və himayəsində saxlanılması müəyyən olunduğundan, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Həmçinin Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 üçün aliment tələbinin olmadığını bildirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı İntqam qızı arasında xx.xx.2019-cu il tarixdə 3 saylı Bakı “Asan Xidmət” Qeydiyyat şöbəsində bağlanmış və akt qeydləri kitabında 2433 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Həmin nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X3 - atası Cavabdeh yanında qalması müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-109/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-109/2024
29.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver