Məhkəmə qərarları › İş №2(027)-1095/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1095/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1095/2024 20.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X1, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “dəymiş zərərin və debitor borcun ödənilməsi” barədə iddiası üzrə, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş ziyana görə hesablanmış 6480 (altı min dörd yüz səksən) manat dəymiş ziyan, 1283,73 (bir min iki yüz səksən üç manat 73 qəpik) manat debitor borcu, ümumilikdə 7763,73 (yeddi min yeddi yüz altımış üç manat 73) manat pulun tutularaq **********02180 saylı abonent koduna və 97 manat 64 qəpik dövlət rüsumunun İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf iddianı onunla əsaslandırmışdır ki, İddiaçı Xaçmaz RQİİ ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləyə əsasən Birlik abonentə məxsus Quba rayonu, Zərdabi kəndində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB tərəfindən **********02180 nömrəli abonent kodu verilmiş, mənzilində qaz sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə onun istifadəsində olan qaz xəttlərinə və qaz sayğacına baxış keçirilmiş, abonentin sayğacdan kənar xətt vasitəsi ilə təbii qanunsuz istifadə etdiyi aşkar edilmişdir. Bu barədə video çəkiliş aparılmış, abonent barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Akta uyğun olaraq abonent Cavabdeh hesab koduna itirilmiş qazın ziyanı olaraq 8640 m3 və ya 1036,80 manat məbləğində ziyan hesablanaraq onun abonent koduna işlənmişdir. Başqa bir tarixdə xx.xx.2024-cü il tarixdə onun istifadəsində olan qaz xəttlərinə və qaz sayğacına baxış keçirilmiş, abonentin sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etdiyi aşkar edilmişdir. Bu barədə video çəkiliş aparılmış, abonent barədə “Təbii qazdan istifadə dalannm pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Akta uyğun olaraq abonent Cavabdeh hesab koduna itirilmiş qazın ziyanı olaraq 41040m3 və ya 4924,80 manat məbləğində ziyan hesablanaraq onun abonent koduna işlənilmişdir. Başqa bir tarixdə xx.xx.2022-ci il tarixdə sayğaca abonent Cavabdeh iştirakı ilə baxış keçirilmiş xətdən açılaraq dövlət yoxlamasına göndərilmişdir. Bu barədə müvafiq akt tərtib edilmişdir. Bu aktla abonent tanış olmuş və heç bir irad bildirilmədən imzalamışdır. G-4 markalı 1402AZ**********97 №-li sayğac 31 yanvar 2022-ci il tarixdə Azərbaycan Metrologiya İnstitutunda Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında Dövlət yoxlamasından keçirilmiş, yoxlamanın nəticələrinə əsasən “qaz sayğacın hesablama mexanizminin dişli çarlardan biri aşkar olunmadı və göstərici çarxlarını əlaqələndirən çarx aşkar olunmadı” və sayğac istismara yararsızdır rəyi verilmişdir. Mexaniki tipli məişət qaz sayğaclarında aşkar olunan qüsurların səbəbi qüsura görə nəticə cədvəlinin 10-cu qrafasına əsasən həmin rəy sayğaca müdaxilə olunduğunu bildirir. Bu rəy əsasında abonent Cavabdeh barəsində “Təbii qazdan istifadə Qaydalarf’nm pozulması haqqında ******* saylı xx.xx.2022-ci il tarixli akta uyğun olaraq abonent Cavabdeh hesab koduna itirilmiş qazın ziyanı olaraq 4320 m3 və ya 518,40 manat məbləğində ziyan hesablanaraq onun abonent koduna işlənilmişdir. Hal-hazırda abonent Cavabdeh təbii qazdan istifadəyə görə 7763,73 manat borcu vardır ki, bu məbləğin 6480 manatı dəymiş ziyana görə, 1283,73 manatı isə sayğacla müəyyən edilən debitor borcudur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarf’nın 2.12-ci bəndində qeyd olunur ki, istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında”»Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Tərəflər arasında imzalanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinin 2.3.4-cü bəndinə əsasən istehlakçı Cavabdeh (bizim halda cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Yuxarıda qeyd edildiyi sənədlərdən göründüyü kimi, Cavabdeh tərəfindən təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə qanununsuz istifadə halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən Qazdan istifadə qaydalarının 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməldir. Azərbaycan Respublikası Prezidentinin: “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli, 356 saylı Fərmanın 9-cu bəndində İddiaçınə təbii qaz üzrə ödənişlərin erinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı Xaçmaz X7 İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli, № 0207486; xx.xx.20222-ci il tarixli,№ 0347201; xx.xx.2024-cü il tarixli,№ ******* saylı müxalifət tarixlərdə Aktlar üzrə tərtib olunmuş tələbnamənin ləğv edilməsi və tələbnamə üzrə ümumilkdə hesablanmış 6480 (altı min dörd yüz səksən) manat məbləğində borcun abonent hesabından silinməsi barədə qətnamə qəbul ediıməsini xahiş etmişdir. Qarşlıqlı iddia tələbi onunla əsaslandırmışdır ki, Quba rayonu, H.B.Zərdabi adına qəsəbəsində yerləşən daşınmaz əmlak olan fərdi yaşayış evi ona məxsusdur və bu ünvanda yaşayır. Yaşadığı dövr ərzində vaxtlı-vaxtında onlara aid qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. "Azəriqaz" İB-yi ilə aralarında bağlanmış qazın alqı-satqısı barədə müqaviləyə əsasən həmin ünvanda yerləşən yaşayış evi qazla təchiz olunmuş və qaz sayğacı quraşdırılmışdır. Həmin ünvanda Abonent kodu **********02180 olmaqla X5 tərəfindən qazla təmin olunmaqdadır. Həmişə tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan qazla təmin olunub və istifadə etdiyi qaz sərfiyyatına görə mütəmadi olaraq ödənişlər edir. Qeyd edir ki, qaz sayğacı yaşayış evindən kənarda, yol qırağında açıq ərazidə yerləşdiyi üçün qaz sayğacını 24 saat mühafizə etmək mənim imkanı xaricindədir və o buna görə heçbir halda məsuliyyət daşımır. Qoruyucu örtüyü olmayan qaz sayğacına görə cavabdehlik bilavsitə "Azəriqaz" İB-nin əməkdaşları daşıyır. Bildirir ki, cavabdeh tərəf "Azəriqaz" İB-nin əməkdaşları onun evdə olmadığı vaxtlarda ondan xəbərsiz yaşadığı evə gələrək xx.xx.2021-ci il tarixdə qaz xətti üzərində quraşdırılan 1402AZ**********97 zavod nömrəli, G-4 markalı əvvəlcədən ödənişli, "Smart İTRON" tipli qaz sayğacı Quba xidmət sahəsinin işçiləri tərəfindən onun iştirakı olmadan ******* nömrəli akt tərtib olunmuş və qaz sayğacı xəttdən açılaraq baxış üçün Dövlət yoxlamasına aparılmış, sayğaca baxış keçirilən zaman müəyyən nasazlıqlar aşkar olunmuşdur. Buna görə də ona təbii qaz itgisinə görə xx.xx.2022-ci il tarixli, ******* nömrəli qüsur aktı tərtib olunmuş və həmin akta əsasən dəymiş ziyana görə 518,40 manat əsassız borc yazılmışdır. Bundan əlavə "Azəriqaz" İB-Xaçmaz X7 İdarəsinin əməkdaşları xx.xx.2022-ci il tarixdə güya həmin evə baxış keçirilmiş, güya bu ünvanda təbii qazdan qeyri-qanuni, yəni sayğacdan kənar xətt vasitəsilə istifadə edildiyini aşkar etmişdilər. Buna görə də 347201 nömrəli akt tərtib edilmiş, akta əsasən ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 1036,80 manat, xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt tərtib olunmuş və akta əsasən 4924,80 manat məbləğində abonent hesabına (ümumilikdə 6480 manat məbləğində) əsassız borc yazılmışdır. Məlumat üçün bildirir ki, onun tərəfindən qaz sayğacına müdaxilə etmək və qaz xəttindən (sayğacdan) kənar qoşulmağa ehtiyacı olmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, yazılmış borcların hüquqi əsası yoxdur. Qeyd edir ki, "Azəriqaz" İB-nin Xaçmaz rayon Qaz İstismarı idarəsi tərəfindən müxtəlif vaxtlarda tərtib olunmuş aktların surəti ona verilməmişdir. Belə hesab edir ki, İddiaçı Xaçmaz X7 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş Akt və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanmış 6480 manat borc abonent hesabından silinməlidir. Məhkəmənin nəzərinə onu da çatdırır ki, ona məxsus olan yuxarıda qeyd olunan ünvanda təbii qazdan qeyri-qanuni istifadə halı olmamışdır. Buna baxmayaraq Birliyin əməkdaşları ondan məlumatsız akt tərtib etmiş və bu akt əsasında əsassız borc yazmışdırlar. Qeyd edir ki, sözügedən hər üç akt onun iştirakı olmadan tərtib olunmuş və yalnız "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən imzalanmışdır. Onu da bildirir ki, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən aparılmış hesablamalarla da razı deyil. Göründüyü kimi ona məxsus yaşadığı ünvanda "Azəriqaz" İB-nin Xaçmaz X7 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş rəydə istifadə etdiyi cihazlardan su qızdırıcı qaz cihazı, PQ-4 tipli qaz plitəsi, yəni 4 gözlü qaz plitəsi və bundan başqa zavod istehsalı olan İran sobası qeyd olunmuşdur. Buda onu deməyə əsas verir ki, Birliyin əməkdaşları ona məxsus ünvana ilk öncə baxış keçirmədən müxtəlif vaxtlarda aktlar tərtib etmiş, aktlara işin həqiqi hallarında uzaq məlumatlar daxil etmişdirlər. Məhz bunun nəticəsidir ki, ona məxsus olan ünvanda təbii qazdan qeyriqanuni istifadə halı olmadan, ona 6480 manat əsassız borc və 1283 manat isə sayğacla müəyyən edilən debitor borcu, ümumilikdə 7763,73 (yeddi min yeddi yüz altmış üç manat 73) manat məbləğində əsassız borc yazılmışdır. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən aparılmış hesablamaları da ağlabatan qəbul etmir. Azərbaycan Respublikası DNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin aktı əsasında sayğaca müdaxilə olunması sonradan aşkar olunduğundan və həmin rəy əsasında da ziyan hesablandığından, ancaq sayğaca o və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunubolunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən hesablanmış borc qanunsuz və əsassız olmuşdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X2 ilkin iddia ərizəsini müdafiə edərək, təmin olunmasını, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini müdafiə edərək, ilkin iddianı qəbul etməyərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə aşkar olunan kənar xətdən xəbəri olmamış, onu mərhum həyat yoldaşı çəkmişdir. Aktlar onun iştirakı olmadan tərtib olunmuş və yalnız "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən imzalanmışdır. İlkin iddianın rədd, qarşlıqlı iddianın təmin olunmasını xahiş edir. Məhkəmə işdə iştirak edən tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: yazılı formada bağlanmış Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli, KX- 03363xx/xx-2021 saylı müqavilədən görünür ki, «Paylayıcı» X8 İstismar İdarəsi ilə «İstehlakçı» Cavabdeh arasında müqavilə bağlanmışdır. Bu müqavilə «Paylayıcı» ilə «İstehlakçı» arasında təbii qazın alqı-satqısına, onun istifadə və istismarına dair öhdəlik və şərtləri tənzimləyir. Həmin müqavilənin 1-ci bəndinə əsasən «Paylayıcı» bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq «İstehlakçı»nı keyfiyyətli qazla təmin edir, «İstehlakçı» isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq» Paylayıc»ı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 3.1-ci maddəsinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün 0.10 manat məbləğində müəyyən edilir. Xaçmaz RQİİ-nin ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, hesablayıcı mexanizmin dişli çarxlardan biri aşkar olunmadı və göstərici çarxlarını əlaqələndirən çarx aşkar olunmadı. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində xx.xx.2019-cu ildə ALARM 1-rejimi aşkar olunub. Təbii qaz itkisi yaranmışdır. -X3 31 yanvar 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən müəyyən olunur ki, Cavabdeh məxsus Quba Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin cəmi 4320 m3 (4 x12x 90= 4320 m3) olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas ******* saylı akt olmuşdur; 0391445 saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, baxış keçirilərkən abonentin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilmişdir. Nəticədə 41040 m3 həcmində dəymiş ziyan hesablanmışdır. -X3 11 yanvar 2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən müəyyən olunur ki, Cavabdeh məxsus Quba Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti- 1. PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, 120 llik həcmli su qızdırıcının maksimal saatlıq qaz sərfi 1,5 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, 2 ədəd dəmir sobasının maksimal saatlıq qaz sərfi 2 x 1,4 =2,8 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, Xərəyin maksimal saatlıq qaz sərfi 2m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün təndirin maksimal saatlıq qaz sərfi 2 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 1.2x12 x 360=5184; 1.5x12 x 360=6480; 2.8x 12 x 360=12096; 2x12x360=8640; 2x12x360=8640-cəmi 41040m3 olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2024-cü il tarixli ******* saylı akt olmuşdur; Xaçmaz RQİİ-nin ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən, Cavabdeh məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, baxış keçirilərkən abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan rezin borcu ilə istifadə etdiyi aşkar olundu. -X3 30 iyun 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən müəyyən olunur ki, Cavabdeh məxsus Quba Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti 90 gün qəbul edilməklə 32-llik axımlı su qızdırıcının maksimal saatlıq qaz sərfi 3,2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 8640 m3 (0.8 x 24 x 90=1728 m3; 3.2 x 24 x 90=6912 m3) olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas ******* saylı akt olmuşdur; **********02180 kodlu abonentin saldosundan görünür ki, abonent Cavabdeh müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmiş, həmin 518,40 manat, 1036,80 manat və 4924,80 manat borc kimi qalıq və akt əsasında hesablanmış cərimə borcudur. - 12.03.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 97 manat 64 qəpik manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan DVD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Cavabdeh Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman (sayğac nömrəsi qeyd edilməklə) təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir.

1. Məhkəmənin ilk iddia üzrə qiymətləndirməsi Beləliklə, müəyyən olundu ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh “Azəriqaz" İB ilə Cavabdeh arasında bağlanmış qeyd olunmuş şərtlərə uyğun olaraq istehlakçı Cavabdeh qaz paylayıcısı “Azəriqaz" İB tərəfindən keyfiyyətli qazla təmin edilmiş və sonuncu aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh qazdan qeyri-qanuni istifadəyə görə müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə iddiaçıya maddi zərər vurmuşdur (30 iyun 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməyə əsasən 8640 m3 x 0,12 = 1036,80 manat və 11 yanvar 2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməyə əsasən 41040 m3 x 0,12 = 4924,80 manat). Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış həmin maddi zərəri iddiaçıya ödəməlidir. Həmçinin məhkəmə qeyd edir ki, 31 yanvar 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməyə (0207486 nömrəli akt) əsasən hesablanmış 4320 m3 x 0,12 = 518,40 manat ziyanın cavabdeh tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən iddiaçı tərəfindən cavabdeh barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş ******* nömrəli akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin cavabdeh tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən hesablanmış 518,40 manat məbləğində pulun cavabdehdən alınması tələbi də əsassızdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı cavabdehin cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə cavabdeh tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, cavabdehə əsassız olaraq 518,40 manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi cavabdeh deyil, İddiaçı İB özü daşıdığından İddiaçı İB həmin məbləği cavabdehdən tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın: 6.5-2. bəndinə əsasən İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

2. Məhkəmənin qarşılıqlı iddia üzrə qiymətləndirməsi Müəyyən olunmuşdur ki, ilikin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh təbii qaz abonenti kimi qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, 31 yanvar 2022ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməyə (0207486 nömrəli akt) əsasən hesablanmış 4320 m3 x 0,12 = 518,40 manat ziyanın Cavabdeh tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş ******* nömrəli akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin Cavabdeh tərəfindən edildiyi sübut olunmadığına görə həmin akta əsasən hesablanmış 518,40 manat məbləğində pulun ondan alınması tələbi də əsassızdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı Cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə Cavabdeh tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, Cavabdeh təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, Cavabdeh əsassız olaraq 518,40 manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi İddiaçı İB daşıdığından İddiaçı İB həmin məbləği cavabdehdən tələb edə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, 30 iyun 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməyə əsasən 8640 m3 x 0,12 = 1036,80 manat və 11 yanvar 2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnaməyə əsasən 41040 m3 x 0,12 = 4924,80 manat məbləğində itirilmiş qazın dəyəri hesablanmışdır. Cavabdeh onun tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməməsini, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməməsini qeyd etsə də, DVD diskə baxış keçirilən zaman təbii qazdan qeyriqanuni istifadə edildiyi müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış cəmi 5961,60 manat məbləğində borc tutularaq **********02180 saylı abonent koduna və 97 manat 64 qəpik dövlət rüsumunun İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməlidir, ilk iddia qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia qismən təmin edilməli, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən ******* saylı akt əsasında tərtib olunmuş 31 yanvar 2022-ci il tarixli tələbnamə ləğv edilməli, həmin tələbnaməyə əsasən hesablanmış 518,40 manat məbləğində borc Cavabdeh **********02180 saylı abonent hesabından silinməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İlkin iddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1036, 80 manat və 4924,80 manat olmaqla, cəmi 5961,60 manat məbləğində borc tutularaq **********02180 saylı abonent koduna və 97 manat 64 qəpik dövlət rüsumunun İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən ******* saylı akt əsasında tərtib olunmuş 31 yanvar 2022-ci il tarixli tələbnamə ləğv edilsin, həmin tələbnaməyə əsasən hesablanmış 518,40 manat məbləğində borc Cavabdeh **********02180 saylı abonent hesabından silinsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar