Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1105/2024 17.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi, Onun vəkii X10 iştirakı ilə Ərizəçi maraqlı şəxs Quba rayon “Asan Xidmət” Mərkəzində Notariat Ofisi cəlb olunmaqla qohumluq münasibətində olma faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1940-cı ildə Xaçmaz şəhərində doğulmuş və xx.xx.2016-cı ildə Xaçmaz şəhərində vəfat etmiş X23 ilə doğma anası 1934-cü ildə Xaçmaz şəhərində doğulmuş və xx.xx.1996-cı ildə Quba rayonunun Mirzəqışlaq kəndində vəfat etmiş Hacıyeva (Pənahova) Tahirə Qəmdi qızı ilə doğma bacı olmalarına dair qohumluq faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 xx.xx.2016-cı ildə Xaçmaz şəhərində vəfat etmişdir. Onun vəfatından sonra ünvan 1 ünvanında (N.Nərimanov döngə 2, ev 20) fərdi yaşayış evi miras qalmışdır. Həmin evə X15 mülkiyyət hüququ xx.xx.1989-cu il tarixli, 899 reyestr nömrəli qeydiyyat vəsiqəsi ilə təsdiqlənir. X6 ərdə olmamış və onun övladları yoxdur. Xalasının vəfatından sonra ikinci növbəli vərəsə kimi miras əmlakı adına rəsmiləşdirmək üçün ərazi üzrə Xaçmaz rayon Notariat Ofisinə müraciət etmişdir. Ona ünvanlanmış 01 dekabr 2023-cü il tarixli, X-1572 saylı cavabda göstərilir ki, vərəsəlik haqqında şəhadətnamənin verilməsi miras qoyanla qohumluq əlaqələrini təsdiq edən sənədin mövcud olmaması səbəbindən mümkün olmamışdır. X23 ilə onun anası Pənahova (ər soyadı Hacıycva) Tahirə Qəmdi qızı doğma bacıdırlar. Onların digər bacıları Pənahova (Qəniyeva) Gülbahar Həmid qızı olmuşdur. xx.xx.1953-cü ildə Xaçmaz şəhərində anadan olmuşdur. Doğum haqqında şəhadətnaməsində anası X30 göstərilmişdir. X1 və anası X31 xx.xx.1952-ci ildə evlənmişlər və anası Həsənova soyadını qəbul etmişdir. Valideynləri boşandıqdan sonra anası X26 ilə ailə qurmuş, nikahları isə xx.xx.1977-ci ildə rəsmiləşdirilmişdir. Həmin nikah əsasında anası Hacıyeva soyadını qəbul etmişdir. Anasına aid müxtəlif sənədlərdə onun adı və ata adı müxtəlif cür yazılmışdır. Ölüm haqqında şəhadətnamədə Təqiyə Qəndi qızı, onun doğum haqqında şəhadətnaməsində Tahirə Qəmdi qızı, şəxsiyyət vəsiqəsi alarkən tərtib edilmiş arayışda X13 yazılmışdır. X4 adına xx.xx.1974-cü ildə tərtib edilmiş XXX-JİC № 690286 saylı sovet pasportunda atasının adının Həmdi kimi yazılması da bir daha sübut edir ki, həqiqətən də, anası ilə xalası Gülxanım doğma bacı olmuşlar Mərhum nənəsi X16 Xaçmaz rayon X22 Soveti İcraiyyə Komitəsinin sədri Cabbarov tərəfindən ünvanlanmış 04 iyun 1955-ci il tarixli, 13/592 saylı cavabda qeyd olunur ki, SSRİ X47 Heyyətinə yazdığı ərizəyə cavab olaraq bildirilir ki, yoxlama zamanı məlum olduğu üzrə 49 yaşı var, ondan əlavə ailədə 1934-cü ildə anadan olmuş iş qabiliyyətinə malik qızının 1953-cü ildə anadan olmuş uşağının olmasına baxmayaraq o işləyib anasını saxlamalıdır. Anasının yuxarıda adları göstərilən sənədlərindən də görünür ki, 1934-cü ildə anadan olmuş, onun övladı olaraq o, isə 1953-cü ildə doğulmuşdur. Nənəsinə ünvanlanmış cavab məktubu anası ilə onu nəzərdə tutmuşdur. Uşaq vaxtdan onu mərhum nənəsi X19 və mərhum xalası X3. O, onlara məxsus Xaçmaz şəhəri, V.Xəlilov küçəsi,20 ünvanda yerləşən evdə yaşamışdır və onlarda yaşadığı dövrdə ünvan 5 bitirmişdir. Doğma anası isə X26 ilə ailə quraraq Quba rayonunun Mirzəqışlaq kəndində yaşamış və həmin kənddə də xx.xx.1996-cı ildə vəfat etmişdir. Bundan başqa X27 verdiyi xx.xx.2023-cü il tarixli, 05/Q-726/69 saylı arayışda göstərilir ki, X26 ilə X33 xx.xx.1977-ci il tarixdə, 41 nömrə ilə akt qeydi tərtib olmuş, nikah bağlandıqdan sonra arvada Hacıyeva soyadı verilmişdir. Arayışın qeyd hissəsində göstərilir. X8 xx.xx.1996-cı ildə ölməsi ilə bağlı xitam verilmişdir. Göründüyü kimi arayışda da anasının adı Taciyə və Təqiyə kimi göstərilmişdir. Onun doğum haqqında şəhadətnaməsində anasının adının Tahirə göstərilməsinin səbəbi anasının adına xx.xx.1981-ci ildə pasport verilərkən adının rusca Taqira kimi göstərilməsi olmuşdur. Xaçmaz rayon Polis Şöbəsindən əldə edilmiş həmin sənədə baxdıqda həqiqətən də, adının Tahirə kimi oxuna bilməsi aydın görünür. Bütün yuxarıda göstərilənlər hamısı sübut edir ki, həqiqətən də, mərhum X6 (sovet pasportunda ata adı Həmdi) ilə anası Pənahova (Hacıyeva) Təqiyə Həmid qızı doğma bacıdırlar. Məhkəmə iclasında Ərizəçi və onun vəkii X10 iddia ərizənin məzmununa uyğun izahat verərərk ərizənin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində ərizəçi ilə uşaqlıq dostu olduğunu, Nərimanov küçəsində qonşuluqda yaşadıqlarını, ərizəçinin anası Tahirə xanımın anası ilə birlikdə yaşadığını, Gülxanım və Gülbahar adlı xalalarının olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində Gülxanımın qardaşının baldızı olduğunu, övladının olmadığını, Tahirə, Gülbahar və Gülxanım olmaqla 3 bacı olduqlarını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Quba rayon “Asan Xidmət” Mərkəzində Notariat Ofisi nümayəndəsinin iştirakını təmin etməmiş və müraciətlərin çoxluğu səbəbindən məhkəmə iclasında iştirakın mümkün olmayacağını bildirmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ T № 021796 saylı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1953-cü il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur. Onun atası – X12 anası-X14 müəyyən olunmuşdur. İş materiallarında olan “Nikah haqqında arayış”ın surətindən görünür ki, X5 Təciyə Qəndi qızı ilə 12 aprel 1977-ci il tarixdə Xaçmaz rayon Qeydiyyat Şöbəsində nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında 41 nömrə ilə qeyd edilmişdir. X20 xx.xx.1996-cı il tarixdə ölməsi ilə bağlı xitam verilmişdir. İş materiallarında olan “Evlənmə haqqında şəhadətnamə”nin surətindən görünür ki, X2 Təqiyə Qəndi qızı ilə 15 avqust 1952-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan AZ-İ 841021 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X34 xx.xx.1996-cı il tarixdə Quba rayon Mirzəqışlaq kəndinə vəfat etmişdir. İş materiallarında olan AZ-İ 792662 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X23 xx.xx.2016-cı il tarixdə Xaçmaz rayonunda vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz rayon 1 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mirasın qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi miras qoyanla vərəsənin qohumluq əlaqələrini təsdiq edən sənədlərin mövcud olmaması səbəbindən mümkün deyildir. Bununla bağlı vərəsəliyin qəbulu, vərəsəlik üzrə payın müəyyən olunması və qohumluq faktının təsdiqi üçün məhkəməyə müraciət edilməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsinin xx.xx.2020ci il tarixli məktubundan görünür ki, X15 adına ünvan 1 ünvanında fərdi yaşayış evi (xx.xx.1989-cu il tarixli, 889 reyestr nömrəli qeydiyyat vəsiqəsi), Ərizəçi adına Quba rayonu, Mirzəqışlaq kəndində 0.47 ha torpaq sahəsinə verilmiş JN-0090 KOD 30319038 nömrəli “torpağa mülkiyyət hüququna dair dövlət aktı” qeydə alınmışdır. İş materiallarında olan arayışın surətindən göründüyü kimi, 1934-cü ildə Xaçmaz rayonunda anadan olmuş Pənahova (Hacıyeva) Təciyə Qəndi qızının Doğumu barədə Xaçmaz rayon Qeydiyyat Şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Xaçmaz Rayon Dövlət Arxivinin 14 may 2024-cü il tarixli arxiv arayışından göründüyü kimi, Pənahova Tahirə (Taqirə, Tairə) Qəndi qızının doğumu haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan SSR Paportunun surətindən göründüyü kimi, X24 13 oktyabr 1940-cı ildə Xaçmaz rayonunda anadan olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.1-ci bəndində qeyd edilmişdir ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1159.2-ci maddəsində ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizəçi xx.xx.2016-ci ildə vəfat etmiş X23 ilə xx.xx.1996-cı ildə vəfat etmiş Hacıyeva (Pənahova) Tahirə Qəmdi qızı bacı qohumluq münasibətinə (bacı olması) dair hüquqi əhəmiyyəti fakt öz təsdiqini tapır. Sadalanan hüquq normalarını rəhbər tutaraq, habelə qeyd edilən hüquqi əhəmiyyəti faktın müəyyən edilməsinin məhz vərəsəlik işi ilə (mirasdan pay almaq üçün) əlaqədar olduğunu nəzərə alaraq, hesab edir ki, ərizə təmin edilməli, qohumluq (bacı olması) faktı müəyyən edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı birinci növbə üzrə vərəsələrinin (ər, uşaqlar, valideynlər) olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1940-cı ildə Xaçmaz şəhərində doğulmuş və xx.xx.2016-cı ildə Xaçmaz şəhərində vəfat etmiş X23 ilə 1934-cü ildə Xaçmaz şəhərində doğulmuş və xx.xx.1996-cı ildə Quba rayonunun Mirzəqışlaq kəndində vəfat etmiş Hacıyeva (Pənahova) Tahirə Qəmdi qızının doğma bacı kimi qohumluq münasibətində olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1105/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1105/2024
17.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver