Məhkəmə qərarları › İş №2(027)-1105/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1105/2025

29.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1105/2025 29.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı, İddiaçı üçüncü şəxs Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi cəlb olunmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı vəsiyyətnamə üzrə miras əmlakdan tam vərəsəlik payının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəmə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən “torpağın mülkiyyətə verilməsinə dair” JN - 2870A KOD 30301004 saylı Şəhadətnaməyə əsasən ümumi paylı mülkiyyətdə olan 0,05 ha həyətyanı torpaq sahəsindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 paylarının müəyyən edilərək naturada ayrılması və həmin torpaq sahəsindən çatan hissədən, miras qalmış paydan o, İddiaçı miras payının müəyyən edilərək ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən “torpağın mülkiyyətə verilməsinə dair” JN - 2870A KOD 30301004 saylı Şəhadətnaməyə əsasən ümumi paylı mülkiyyətdə olan 0,05 ha həyətyanı torpaq sahəsinin və üzərində yerləşən evin vərəsə kimi tam payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, yaşadığı ünvan 2 ünvanda yerləşən yaşayış evinin yerləşdiyi 0.05 ha həyətyanı torpaq sahəsi “torpağın mülkiyyətə verilməsinə dair” JN - 2870A KOD 30301004 saylı Şəhadətnaməyə əsasən mərhum qaynatası X9, X5 və X10 adları qeyd olunan, mülkiyyətlərində olan 0.05. həyət yanı torpaq sahəsində 2 otaq 1 balkon 1 quxna ibarət hətəy evi var. O, 1994-cü ildə həmən evə gəlin köçərək bu günədək o, üç övladı ilə həmin ünvanda yaşayır. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ümumi paylı mülkiyyətindədir. Qaynatası 09 iyun 1998-ci ildə, qaynanası X5 26 may 2017-ci ildə vəfat etmişdir. X2 xx.xx.2023-cü ildə rəhmətə gedib. Qaynatasının vəfatından sonra 4 vərəsəsi qalmışdır - Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4. Qaynatasından miras qalmış evdə o və övladları ilə yaşayır. Qaynatasından qalmış mirası iddiaçılardan o - İddiaçı istifadə və sahiblik etməklə faktiki qəbul etmişdir. O, 1994-cü ildən həmən evə gəlin köçmüş, üç övladı olmuş və onunla yaşayırlar. Qaynatası, qaynanası və yoldaşının yaş mərasimlərin o, keçirmiş dəfn o və övladları ilə birlikdə həyata keçirmişlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının övladları olan üçüncü şəxslər X7, X8 və X11 iddia tələbi üzrə anaları olan İddiaçı tərəfindən mirasın qəbuluna etiraz etmədiklərini bildirmişlər. Məhkəmənin hazırlıq iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iddia tələbini qəbul etdiyini və təmin olunmasına etiraz etmədiyini bildirmişlər. İş üzrə üçüncü şəxs Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin notariusu məhkəməyə ərizə ilə müraciət edərək, işin çoxluğu səbəbindən məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini nəzərə alıb, işə nümayəndələrinin iştirakı olmadan baxlmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh4 lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbayan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, işə qeyd edilən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AZ-İ 869982 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İİ 339821 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan V-ЖГ 303625 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan İ-ИЕ 252146 “Evlənmə haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 ilə X9 arasında nikah xx.xx.1960-cı il tarixdə bağlanmışdır. İş materiallarında olan Vİ-ЖГ 414782 saylı “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 ilə İddiaçı arasında nikah xx.xx.1994-cü il tarixdə bağlanmışdır. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə dair JN-2870A, KOD30301004 saylı Şəhadətnamədən görünür ki, Quba rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 05 saylı qərarı ilə X9, X5 və X6 Quba şəhəri ərazisində 0.05 ha torpaq sahəsi birgə mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx.xx.2023-cü il tarixinədək qüvvədə olan 1246-cı maddəsinə əsasən mirasın qəbulu müddətini ötürdüyünüzdən, mirasa faktiki sahiblik etməsi barədə sübutlar təqdim edilmədiyindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Məsələ ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 notariat qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, mübahisə predmetini təşkil edən əmlakdan öz paylarından imtina etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci tarixli Qərarına əsasən Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, miras qoyan mərhumlar X9, X5 və X6 məxsus miras əmlakı olan torpaq sahəsi və ev sonuncuların vəfatından sonra İddiaçı tərəfindən faktiki qəbul edilmişdir. Digər vərəsələr miras əmlakından imtina etdiklərini notarial qaydada təsdiq olunmuş ərizələrlə ifadə etdiklərindən və mirasın qəbulunda ifadə edilən hər hansı hərəkətlər etmədiklərindən, miras əmlakın hazırda yalnız vərəsə İddiaçı tərəfindən qəbul edilməklə idarə olunması müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2014-cü il tarixli Qərarına əsasən miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü tarixli Qərarına əsasən vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Həmin Qərara əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəllənin 1265-ci maddəsinə əsasən mirasdan nəvənin xeyrinə imtina etməyə o halda yol verilir ki, mirasın açıldığı gün onun miras qoyanın vərəsəsi olmalı valideyni sağ olmasın və ya nəvə vəsiyyət üzrə vərəsə olsun. Beləliklə də, ünvan 2 ünvanda yerləşən yaşayış evi və evin yerləşdiyi 0.05 ha həyətyanı torpaq sahəsinə “torpağın mülkiyyətə verilməsinə dair” JN - 2870A KOD 30301004 saylı Şəhadətnaməyə əsasən X3, mərhum X5 və mərhum X1 vərəsələri - İddiaçı tam pay hüququ müəyyən edilməklə vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X3, mərhumə X5 və X4 miras qalmış -ünvan 1 ünvanda yerləşən “torpağın mülkiyyətə verilməsinə dair” JN - 2870A KOD 30301004 saylı Şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətdə olan 0,05 ha həyətyanı torpaq sahəsinə və üzərində yerləşən evə vərəsələri - İddiaçı tam pay hüququ müəyyən edilməklə vərəsəlik hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar