Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1116/2025 29.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zaminlik müqaviləsinə əsasən borcunun əvəzinə ödənilmiş pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə müraciət edərək, onunla "xxxx" ASC arasında bağlanmış 04 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsi üzrə cəmi ödədiyi 3332,50 manatdan ona cavabdeh tərəfindən ödənilməmiş qalan 832,50 (səkkiz yüz otuz iki manat əlli qəpik) manat məbləğində pul vəsaitinin və hazırkı iddia üzrə ödədiyi 30 manat dövlət rüsumunun borclu-Cavabdeh alınıb ona barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Quba filialı ilə borclu-Cavabdeh arasında illik 24% lə 36 ay müddətinə 04 noyabr 2014-cü il tarixdə bağlanmış QUFS-4416 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Eyni zamanda "xxxx" ASC ilə əsas borclu Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilə üzrə kredit öhdəliyinin təmin edilməsi üçün bank onunla da, xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Əsas borclu Cavabdeh aldığı kredit borcunu hər ay müəyyən olunmuş qrafik üzrə ödəməli olduğu məbləği müəyyən olunmuş müddət ərzində tam ödəmədiyindən bank qalıq borc barədə 2016-cı ildə məhkəməyə müraciət etmişdir. Quba rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(027)-2577 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək əsas borclu Cavabdeh və zamin o, İddiaçı Bəyah oğlundan "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli QUFS 4416 sayh mikro kredit müqaviləsi üzrə əsas kreditə görə 3010.72 (üç min on manat yetmiş iki qəpik) manat, faiz borcuna görə 199.17 (bir yüz doxsan doqquz manat on yeddi qəpik) manat və cərimə borcuna görə 4 manat (dörd) manat, cəmi məbləği 3213,89 (üç min iki yüz on üç manat səksən doqquz qəpik) manat, eləcə də, 26,54 (iyirmi altı manat əlli dörd qəpik) manat dövlət rüsumunun tutulması qət olunmuşdur. O, həmin vaxt A.Məmmədov adma Quba 2 sayh təbiət fənləri təmaüllü məktəbdə müəllim işləmişdir. Həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar onun əmək haqqından 2017-ci ilin oktyabr ayından başlayaraq, tutulmağa başlamışdır. Beləliklə də, 2017-ci ilin oktyabr ayında 337 manat, noyabr ayında 264.50 manat, dekabr ayında 264,50 manat, 2018-ci ilin yanvar ayında 264.50 manat, fevral ayında 296.72 manat, mart ayında 345,16 manat, aprel ayında 342,33 manat, aprel-may aylarında 351.59 manat, iyun ayında 447,60 manat, sentyabr ayında 162,94 manat kredit borcundan, məhkəmə icraçıları üçün noyabr ayında 215,36 manat əmək haqqımdan tutulmuş, eləcə də, məhkəmə qətnaməsində göstərilən dövlət rüsumuna görə 30 manat, bankdan arayış aldığına görə 10 manat əlavə ödəniş etmişdir. Ödədiyi cəmi məbləğ 3332.50 manat olmuşdur. Bu fakt ərizəsinə əlavə etdiyi iş yeri olan Quba şəhəri A.Məmmədov adına 2 saylı təbiət fənləri təmaüllü məktəb-litseyin verdiyi arayışlarla və ödəniş qəbzləri ilə təsdiq olunur. Həmin məbləğdən cavabdeh tərəf xx.xx.2022-ci ilə kimi müxtəlif aylar üzrə ona cəmi 2500 manat ödəmiş, 832,50 manat ona ödənməmiş borcu qalmışdır. Bu da öz aralarında yazıb imzaladığımız cədvəl ilə təsdiq olunur. Həmin borcu da söz vermişdir ki, tezliklə ödəyəcəkdir. O, da ona qonşu olduğundan inanaraq gözləmiş ki, bəlkə verdiyi sözə əməl edər, qalıq borcu da gətirib ödəyər. Amma son vaxtlar görür ki, o, ümumiyyətlə bu barədə danışmaq istəmir və qalıq borcu ödəməyə verdiyi sözə əməl etmir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəldim. Hesab edir ki, Cavabdeh ödəməli olduğu 832,50 (səkiz yüz otuz iki manat əlli qəpik) manatı onun əvəzinə onun əmək haqqından tutulduğuna və nağd ödədiyinə görə həmin məbləğ ondan alınıb ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(027)-2577 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilərək əsas borclu Cavabdeh və zamin İddiaçı Bəyah oğlundan "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli QUFS 4416 sayh mikro kredit müqaviləsi üzrə əsas kreditə görə 3010.72 (üç min on manat yetmiş iki qəpik) manat, faiz borcuna görə 199.17 (bir yüz doxsan doqquz manat on yeddi qəpik) manat və cərimə borcuna görə 4 manat (dörd) manat, cəmi məbləği 3213,89 (üç min iki yüz on üç manat səksən doqquz qəpik) manat, eləcə də, 26,54 (iyirmi altı manat əlli dörd qəpik) manat dövlət rüsumunun tutulması qət olunmuşdur. İş materiallarında Quba şəhər 2 nömrəli məktəb liseyinin arayışlarından görünür ki, İddiaçı Bəyah oğlunun əmək haqqından kredit borcuna görə ümumilikdə 3332.50 manat tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdehyla bank arasında kredit müaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən cavabdehə kredit verilmişdir. Həmin öhdəliyin icrasının təminatı qismində bankla İddiaçı arasında zaminlik müqaviləsi bağlanılmışdır. Zaminlik müqaviləsinin tələbinə əsasən kreditora dəymiş zərərə, kreditin məbləği, ona hesablanmış faiz və dəbbə pulunun borcalan tərəfindən yerinə yetirilməməsinə görə zaminin borcalan şəxslə eyni həcmdə birgə məsuliyyət daşıması qeyd olunmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə bank qarşısında yaranmış borc öhdəlikləri lazımi qaydada və vaxtında icra edilməmiş, nəticədə cavabdehin bank qarşısında icra edilməyən borc öhdəlikləri yaranmış və müqavilə tələblərinə uyğun olaraq həmin icra edilməyən borc öhdəlikləri zamin qismində çıxış edən İddiaçı tərəfindən banka ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin bank qarşısında yaranmış borc öhdəliyinin 832,50 (səkkiz yüz otuz iki manat əlli qəpik) manat hissəsi onun tərəfindən icra edilmişdir. Bununla da, mülki qanunvericiliyin tələblərinə əsasən zamin qismində çıxış edən iddiaçı kreditor qismində banka qarşısında yerinə yetirdiyi öhdəliklər həcmində cavabdehə qarşı həmin məbləğdə öhdəliyin onun xeyrinə ödənilməsini reqres qaydasında tələb etmək hüququna malik olmuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının izahatına əsasən qalıq borcun müəyyən hissəsi qaytarıldığından, Cavabdeh 832,50 (səkkiz yüz otuz iki manat əlli qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 832 (səkkiz yüz otuz iki) manat 50 (əlli) qəpik və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1116/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1116/2025
29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver