Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1127/2023 31.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə müraciət edərək, anası X6 ilə, xalası X4 bacı olmaqla qohumluq faktının müəyyən edilməsinə və xalasının vərəsəsi olaraq tanınmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın Qeyd olunan hüquq normasının tələblərinə əsasən iddiaçı Ərizəçi məhkəməyə ərizə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, maraqlı şəxs qismində - Quba rayonu Qeydiyyat Şöbəsininin əvəzinə "Quba ASAN Notariat Kantoru" ilə əvəz edilməsi və X7na məxsus mirasının faktiki qəbul etməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayonu, Amsar kəndində yerləşən 0,09 ha həyətyanı sahəsinin JN - 710F KOD 30307018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən və 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin əsasında JN:676, KOD 30307018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən mülkiyyətçisi onun xalası X7 olmuşdur. O, 11 fevral 1999-cu il tarixdə vəfat etmişdir. Xalasının övladı olmamışdır. Anası - X6 04 fevral 2009-ci il tarixdə vəfat etmişdir. Xalası sağlığında və ölümündən sonra onun vərəsəsi kimi ondan miras qalmış torpaq sahəsi o, sahiblik etmişdir. Faktiki olaraq mirası qəbul edərək idarə edir. Ondan başqa heç bir vərəsəsi yoxdur. Miras qalmış torpaq sahələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Quba Regional "ASAN" Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Xalası ilə qohumluq əlaqəsi təsdiq edən sənəd olmadığından ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Bununla da vərəsəlik hüququnu həyata keçirmək imkanından məhrum olmuşdur. X8 və xalası X4 bacı olmaları faktını isə başqa yolla təsdiq etmək mümkün deyildir, bu fakt yalnız məhkəmə vasitəsi ilə müəyyən edilməlidir. Bu qohumluq faktını şahidlər də təsdiq edə bilərlər. Əvvəlki məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, maraqlı şəxs Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. Onun anası X5r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan JN:710F, KOD30307018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Quba rayonu, Amsar kəndində yerləşən 0,09 ha torpaq sahəsi Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 04 saylı qərarı ilə X4 mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN:676, KOD30307018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Quba rayonu, Amsar kəndində yerləşən 0,23 ha torpaq sahəsi Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 04 saylı qərarı ilə X4 mülkiyyətinə verilmişdir. İş materiallarında olan vəsiyyətnamədən görünür ki, X7 ona məxsus evini və əmlaklarını doğma bacısı oğlu Ərizəçi vəsiyyət etmişdir. İş materiallarında olan Quba RİHB-nın Amsar kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X2 rayonu, Amsar kəndində yaşamış, xx.xx.1999-cu il tarixdə nümayəndəliyin Amsar kəndində vəfat etmişdir. Vəfat etdikdən sonra heç bir vərəsəsi qalmamışdır. İş materiallarından görünür ki, X7 1914-cü il tarixdə Quba rayonu, Amsar kəndində anadan olmuşdur. İş materiallarında olan aktdan görünür ki, X7 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Dəfn və ehsan xərclərini mərhumun bacısı oğlu Ərizəçi çəkmişdir. Mərhumun əmlakına sahibliyi də ilk gündən Ərizəçi həyata keçirir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, JN:710F, KOD30307018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən Quba rayonu, Amsar kəndində yerləşən 0,09 ha torpaq sahəsi və JN:676, KOD30307018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Quba rayonu, Amsar kəndində yerləşən 0,23 ha torpaq sahəsi ərizəçinin xx.xx.1999-cu ildə vəfat edən X1 miras qalmışdır. Ərizəçinin xalası X7 vəfat etməzdən əvvəl mülkiyyətində olan JN:710F, KOD30307018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən Quba rayonu, Amsar kəndində yerləşən 0,09 ha torpaq sahəsi və JN:676, KOD30307018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Quba rayonu, Amsar kəndində yerləşən 0,23 ha torpaq sahəsi vəsiyyətnamə əsasında Ərizəçi vəsiyyət etmişdir. Halhazırda ərizəçi Quba rayonu, Amsar kəndində yerləşən 0,09 ha və 0.23 ha torpaq sahələrini X4 ölümündən sonra, vəsiyyətnamə əsasında vərəsəsi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsini məhkəmədən xahiş edir. Ərizəçi mərhum X3 qalmış miras əmlaka dair vergiləri ödəmiş, təsərrüfatı o idarə etmişdir. Lakin, Ərizəçi qanunu bilməməzlikdən və savadsızlıqdan xalası vəfat etdikdən sonra notariat kontorunda miras qəbul edilməsi barədə ərizə verməmişdir. X1 qalmış əmlakı vərəsəlik yolu qəbul etmək üçün Quba regional “ASAN xidmət” mərkəzinin notariat kontoruna müraciət etmiş, oradan mirası qəbul edilməsi barədə sübutlar təqdim edilmədiyindən miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Qanunun 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Ərizəçi göstərdiyi hallar, yəni xx.xx.1999-cu il tarixdə vəfat etmiş X1 miras qalmış JN:710F, KOD30307018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən Quba rayonu, Amsar kəndində yerləşən 0,09 ha torpaq sahəsi və JN:676, KOD30307018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Quba rayonu, Amsar kəndində yerləşən 0,23 ha torpaq sahəsindən ibarət miras əmlakı xalasının ölümündən sonra, onun yəni, Ərizəçi qəbul etmiş hal-hazırda həmin əmlak onun faktiki sahibliyi və istifadəsindədir. Göstərilənləri nəzərə alaraq, ərizə əsaslı olduğu üçün təmin edilməli, xx.xx.1999-cu il tarixdə vəfat etmiş xalasından qalmış miras JN:710F, KOD30307018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən Quba rayonu, Amsar kəndində yerləşən 0,09 ha torpaq sahəsi və JN:676, KOD30307018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Quba rayonu, Amsar kəndində yerləşən 0,23 ha torpaq sahəsi vərəsəliyin açılma yeri Quba rayonu, Amsar kəndi olmaqla, Ərizəçi tərəfindən qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi xalası X4 mülkiyyətində olan JN:710F, KOD30307018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən Quba rayonu, Amsar kəndində yerləşən 0,09 ha torpaq sahəsi və JN:676, KOD30307018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Quba rayonu, Amsar kəndində yerləşən 0,23 ha torpaq sahəsi vərəsəliyin açılma yeri Quba rayonu, Amsar kəndi olmaqla, Ərizəçi tərəfindən vərəsəlik qaydasında mirası qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1127/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1127/2023
31.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver