Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1129/2025 20.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi maraqlı şəxs Quba rayon “Asan Xidmət” Mərkəzində Notariat Ofisi cəlb olunmaqla qohumluq münasibətində olma faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 05 dekabr 2016-cı ildə vəfat etmiş X3 03 iyun 2020-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X4 bacısı olmaqla qohumluq münasibətində olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi 10 dekabr 2003-cü il tarixdə X8 ilə aralarında olan nikahı rəsmiləşdirmişdir. Həyat yoldaşı X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam, torpaq sahəsi isə X5 ilə ümumi birgə mülkiyyətdə olmaqla miras əmlak qalmışdır. Həmin miras əmlaka miras qoyanların mülkiyyət hüquqlarını təsdiq edən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********05- 10301 reyestr nömrəli çıxarış mövcuddur. Miras qoyan əri X4 qanun üzrə birinci növbə vərəsəsi o və qızı Bikəxanım Əlixanovadır. Notariat ofisi tərəfindən verilən məktubdan da göründüyü kimi o, mərhum əri X4 vərəsəsi sırasına daxildir. Eynulla Əlixanovun valideynləri olan X6 və X15 vəfat etmişlər. Mülkiyyət hüququnu təsdiq edən çıxarışda torpaq sahəsinin ümumi bigə mülkiyyətçisi kimi qeyd edilən digər mülkiyyətçi X5 əri Eynulla Əlixanovun bacısı olmuşdur. O, 1927-ci ildə anadan olmuş və 05 dekabr 2016-cı il tarixdə vəfat etmişdir. Vəfat edərkən subay olmuş və uşaqları olmamışdır. Mərhum əri Eynulla Əlixanov onun qardaşı olaraq yeganə qanun üzrə vərəsəsi olmuşdur. Hal-hazırda həm mərhum əridən, həm də X2 qalmış miras əmlakdan əri Eynulla Əlixanova düşən paya irsi transmissiya qaydasında vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Quba regional ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinə müraciət etmişdir. Lakin ona mərhum X3 doğum haqqında şəhadətnaməsini təqdim edə bilmədiyindən qohumluq münasibətlərini təsdiq etmək və vərəsəlik hüuququ haqqında şəhadətnamənin veriməsinin mümkün olmadığı bildirilmişdir. Qohumluq münasibətinin təsdiq olunması ilə bağlı sənədləri ona görə notariat orqanına təqdim edə bilməmiş ki, mərhum əri X4 adına xx.xx.1960-cı il tarixli, 459 nömrəli doğum haqqında akt qeydi aşkar olunsa da, onun bacısı olan X5 barəsində isə heç bir doğum haqqında akt qeydi aşkar edilməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı və Quba rayon qeydiyyat şöbəsi tərəfindən müvafiq cavab məktublarını ərizəsinə əlavə edir. Mərhum əri X13 Əlixanovanın bacı-qardaş olmasını soyadlarının və ata adlarının eyni- olması ilə yanaşı, Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli 05 saylı qərarı ilə ailə üzvü kimi onlara birlikdə 0,04 ha torpaq sahəsinin verilməsi də təsdiq edir. X5 vəfat etdiyindən onun doğum fakının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək mümkün deyildir. Ona görə də xx.xx.2016-cı il tarixdə vəfat etmiş X3 mərhum əri xx.xx.2020ci il tarixdə vəfat etmiş X4 bacısı olmaqla qohumluq münasibətində olması faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bu faktın müəyyən olunması ona vərəsəlik məsələlərinin həlli üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərərk ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Quba regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi nümayəndəsinin iştirakını təmin etməmiş və müraciətlərin çoxluğu səbəbindən məhkəmə iclasında iştirakın mümkün olmayacağını bildirmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********05-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X5 və X4 ümumi birgə paylı mülkiyyətindədir. İş materiallarında olan Quba regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2022ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli V-670 nömrəli vərəsəlik işinə əsasən Ərizəçi xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi sırasına daxildir. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Ərizəçi həyat yoldaşı X8 xx.xx.2020-cı ildə vəfat etmişdir. Onun vəfatından sonra Ərizəçi, (doğum tarixi xx.xx.1959-cu il) və X7, (doğum tarixi 26 12.1991-ci il) adlı vərəsələri qalmışdır. Qeyd; X1 valideynləri vəfat etmişlər. Quba rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/Q-393 sayıı arayışına əsasən onların nigah haqqında akt qeydi aşkar olunmamışdır. Digər şəxslərin vərəsə olub-olmaması barədə Quba RİHB-nın Quba şəhər İƏD üzr nümayəndəliyində heç bir məlumat yoxdur. İş materiallarında olan AZ-İ 685215 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1937-ci ildə anadan olmuşdur. Onun atası – X6, anası isə - X14r. İş materiallarında olan Dövlət arxivinin Quba filialının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Quba rayonu VVAQ şöbəsinin 1.X-1928-1929-CU illərə aid Quba şəhəri üzrə doğum aktlarının qeydi kitabında X3 doğum faktı aşkar edilməmişdir. İş materiallarında olan Quba regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, X1 və mərhum X3 doğum haqqında şəhadətnamələrini təqdim edə bilmədiyinizdən qohumluq münasibətlərini təsdiq etmək və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Məsələ ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, qeyd edilən şəxslərin bacı-qardaş olmasını təsdiq edən sənədləri (doğum haqqında şəhadətnamələrini) qeydiyyat şöbəsinə təqdim edə bilmədiyiniz üçün onların doğum haqqında şəhadətnamələrinin verilməsi Quba rayon qeydiyyat şöbəsi tərəfindən mümkün deyildir. Qohumluq faktının təsdiq olunması Quba rayon qeydiyyat şöbəsinin səlahiyyətində olmadığı üçün bununla əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.1-ci bəndində qeyd edilmişdir ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1159.2-ci maddəsində ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, 05 dekabr 2016-cı ildə vəfat etmiş X3 03 iyun 2020-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X4 bacısı olması qohumluq münasibətinə dair hüquqi əhəmiyyəti fakt öz təsdiqini tapır. Sadalanan hüquq normalarını rəhbər tutaraq, habelə qeyd edilən hüquqi əhəmiyyəti faktın müəyyən edilməsinin məhz vərəsəlik işi ilə (mirasdan pay almaq üçün) əlaqədar olduğunu nəzərə alaraq, hesab edir ki, ərizə təmin edilməli, qohumluq faktı müəyyən edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı birinci növbə üzrə vərəsələrinin (ər, uşaqlar, valideynlər) olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 05 dekabr 2016-cı ildə vəfat etmiş X3 03 iyun 2020-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X4 bacısı kimi qohumluq münasibətində olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1129/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1129/2025
20.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver