Məhkəmə qərarları › İş №2(027)-1132/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1132/2020

05.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1132/2020 05.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı1 vəkili və etibarnamə əsasında nümayəndəsi vəkili X2 və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və Süleymanov (Ərzumanova) Lalə Şəmsəddin qızının Cavabdeh qarşı cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və Süleymanov (Ərzumanova) Lalə Şəmsəddin qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Torpağa Mülkiyyətə Verilməsinə dair JN:032A seriyalı, KOD 30307048 nömrəli Şəhadətnaməyə əsasən ona və ailə üzvlərinin mülkiyyətində olan 0,22 ha torpaq sahəsinin yol kimi qanunsuz istifadə etdiyi 0,0114 ha hissəsinin onlara qaytarılması və yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və Süleymanov (Ərzumanova) Lalə Şəmsəddin qızı iddia tələbini onunla əsaslandırmışlar ki, onların mülkiyyətində Torpağa Mülkiyyətə Verilməsinə dair JN:032A seriyalı, KOD 30307048 nömrəli Şəhadətnaməyə əsasən torpaq sahəsi vardır. Cavabdeh mülkiyyətlərində olan 0,22 ha torpaq sahəsinin 0,0114 ha sahəsindən qanunsuz olaraq yol kimi istifadə edir. Dəfələrlə ona bununla əlaqədar xəbərdarlıq edilsə də, cavabdeh həmin torpaq sahəsinin onlara qaytarılmasından imtina etmişdir. Hazırda zəbr və istifadə etdiyi torpaq sahəsinin özünün olduğunu iddia edir. Görülmüş tədbirlər və müvafiq orqanlara edilmiş müraciətlər heç bir nəticə verməmişdir. Bununla əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə əsasında nümayəndəsi vəkil X3 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək məhkəməyə verdiyi izahatında bildirdi ki, onun tərəfindən iddiaçının torpaq sahəsi zəbt edilməmişdir. Həmin torpaq sahəsi onundur və iddia əsassız olduğundan iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər iddiaçı Süleymanov (Ərzumanova) Lalə Şəmsəddin qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, nümayəndəsini məhkəməyə göndərməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələbinə uyğun olaraq işə Süleymanov (Ərzumanova) Lalə Şəmsəddin qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, İddiaçı1, Süleymanov (Ərzumanova) Lalə Şəmsəddin qızına və onların ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 04 saylı qərarına əsasən Torpağa Mülkiyyə Verilməsinə dair JN:032A seriyalı, KOD 30307048 nömrəli Şəhadətnamə tərtib edilərək, 0.22 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə tikinti-texniki ekspertizasının 1739 saylı, xx.xx.2020ci il tarixli rəyindən görünür ki, İddiaçı1 və ailə üzvlərinin faktiki istifadə etdikləri torpaq sahəsi Torpağın Mülkiyyətə verilmsinə dair JN-032 seriyalı, KOD 30307048 olan şəhadətnaməyə əsasən onlara məxsus torpaq sahəsi və Cavabdeh və ailə üzvlərinə məxsus Torpağın mülkiyyətə verilməsinə dair JN-053 seriyalı, KOD 30307048 olan Şəhadətnaməyə əsasən torpaq sahələrinin plan və ölçüsündə qeyd olunan əsas döngə nöqtələrinin konfiqurasiyaları elektron xəritə üzərində yoxlanılmışdır. Quba rayonu, Alıc kəndində yerləşən JN-032A seriyalı, KOD 30307048 saylı olan 0,22 ha torpaq sahəsinin 0,0114 ha hissəsi yol olaraq ümumi istifadə olunması müəyyən edilmişdir. İş üzrə təyin edilmiş “xxxxxxxx” MMC-nin 01/423 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı1 və ailə üzvlərinə məxsus olan Torpağa Mülkiyyətə Verilməsinə dair JN:032A seriyalı, KOD 30307048 nömrəli Şəhadətnamədə Torpaq sahələrinin plan və ölçüsü sənədində qeyd olunan əsas döngə nöqtələrinin konfiqurasiyaları elektron xəritə üzərində yoxlanmışdır. Quba rayonu, Alıc kəndində yerləşən JN:032A seriyalı, KOD 30307048 olan 0,22 ha torpaq sahəsinin cavabdehin ümumi istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İş üzrə təyin edilmiş Məhkəmə tikinti-texniki ekspertizasının 10/3251 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, “xxxxxxxx” MMC-nin 01/423 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı1 və ailə üzvlərinə məxsus olan Torpağa Mülkiyyətə Verilməsinə dair JN:032A seriyalı, KOD 30307048 nömrəli Şəhadətnamədə Torpaq sahələrinin plan və ölçüsü sənədində qeyd olunan əsas döngə nöqtələrinin konfiqurasiyaları elektron xəritə üzərində yoxlanmışdır. Quba rayonu, Alıc kəndində yerləşən JN:032A seriyalı, KOD 30307048 olan 0,22 ha torpaq sahəsinin cavabdehin ümumi istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Beləliklə tərəflərin izahatları və məhkəmə araşdırılmaları zamanı müəyyən olunmuşdur ki, Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 04 saylı qərarına əsasən, İddiaçı1, Süleymanov (Ərzumanova) Lalə Şəmsəddin qızına və onların ailə üzvlərinə Torpağa Mülkiyyətə Verilməsinə dair JN:032A seriyalı, KOD 30307048 nömrəli Şəhadətnamə tərtib edilərək, 0.22 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İddiaçılar məhkəmədən Cavabdeh Torpağa Mülkiyyətə Verilməsinə dair JN:032A seriyalı, KOD 30307048 nömrəli Şəhadətnaməyə əsasən ona və ailə üzvlərinin mülkiyyətində olan 0,22 ha torpaq sahəsinin yol kimi qanunsuz istifadə etdiyi 0,0114 ha hissəsinin onlara qaytarılması və yaradılmış maneələrin aradan qaldırılmasını xahiş etmişlər. İş üzrə təyin edilmiş “xxxxxxxx” MMC-nin 01/423 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi və Məhkəmə tikinti-texniki ekspertizasının 10/3251 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə İddiaçı1 və ailə üzvlərinə məxsus olan Torpağa Mülkiyyətə Verilməsinə dair JN:032A seriyalı, KOD 30307048 nömrəli Şəhadətnamədə Torpaq sahələrinin plan və ölçüsü sənədində qeyd olunan əsas döngə nöqtələrinin konfiqurasiyaları elektron xəritə üzərində yoxlanmışdır. Quba rayonu, Alıc kəndində yerləşən JN:032A seriyalı, KOD 30307048 olan 0,22 ha torpaq sahəsinin cavabdehin ümumi istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə tikinti-texniki ekspertizasının 1739 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, İddiaçı1 və ailə üzvlərinin faktiki istifadə etdikləri torpaq sahəsi Torpağın Mülkiyyətə verilmsinə dair JN-032 seriyalı, KOD 30307048 olan şəhadətnaməyə əsasən onlara məxsus torpaq sahəsi və Cavabdeh və ailə üzvlərinə məxsus Torpağın mülkiyyətə verilməsinə dair JN-053 seriyalı, KOD 30307048 olan Şəhadətnaməyə əsasən torpaq sahələrinin plan və ölçüsündə qeyd olunan əsas döngə nöqtələrinin konfiqurasiyaları elektron xəritə üzərində yoxlanılmışdır. Quba rayonu, Alıc kəndində yerləşən JN-032A seriyalı, KOD 30307048 saylı olan 0,22 ha torpaq sahəsinin 0,0114 ha hissəsi yol olaraq ümumi istifadə olunması sübuta yetirilmişdir. İddiaçı1 məxsus olan Quba rayonu Alıc kəndində yerləşən 0,22 ha torpaq sahəsinin 0,0114 ha hissəsinin Cavabdeh tərəfindən ümumi yol kimi faktiki olaraq istifadə edilməsi və bununla bağlı ekspertlərə heç bir sənəd təqdim etməməsi aydın olmuşdur. İddiaçılara və onların ailə üzvlərinə məxsus 0,22 ha torpaq sahəsinin 0,0114 ha hissəsinin cavabdeh tərəfindən istifadə edilməsi faktı iş üzrə toplanmış sübutlar, mütəxəsis və ekspert rəyləri ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X1 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, Avropa Konvensiyasının mülkiyyət hüququ ilə bağlı bu normaları baxımından da iddia təmin edilməli, Cavabdeh Quba rayonu Alıc kəndində yerləşən Torpağa Mülkiyyətə Verilməsinə dair JN:032A seriyalı, KOD 30307048 nömrəli Şəhadətnamə əsasındaiddiaçılar İddiaçı1 və Süleymanov (Ərzumanova) Lalə Şəmsəddin qızına məxsus 0,22 ha torpaq sahəsinin yol kimi istifadə etdiyi 0,0114 ha hissəsi iddiaçılara qaytarılmalı, həmin torpaq sahəsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Quba rayonu Alıc kəndində yerləşən Torpağa Mülkiyyətə Verilməsinə dair JN:032A seriyalı, KOD 30307048 nömrəli Şəhadətnamə əsasındaiddiaçılar İddiaçı1 və Süleymanov (Ərzumanova) Lalə Şəmsəddin qızına məxsus 0,22 ha torpaq sahəsinin yol kimi istifadə etdiyi 0,0114 ha hissəsindən cavabdeh çıxarılsın, həmin torpaq sahəsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar