Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1151/2021 14.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X23 oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda 2 mərtəbəli evin 1-ci mərtəbəsində yerləşən özəlləşməmiş mənzildə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 saylı, 32,8 kv.m sahədən ibarət ev mərhum arvadı X1 adına 364 nömrəli, 19.12.1986-cı il tarixli order əsasında verilmişdir. Hazırda 23 iyun 2009-cu il tarixli, 459 saylı order əsasında həmin ev onun mülkiyyətindədir. Həmin evin ikinci mərtəbəsinə mərhum arvadının anasın X5 adına çıxarış verilmişdir. Cavabdehlərdən Cavabdeh1 həmin ünvanda yaşasa da, artıq 2006-cı il tarixdə ailə həyatı quraraq bu evdən köçmüşdür. Digər Cavabdeh2 isə 14.09.1998-ci il tarixli 05 nömrəli qərar ilə 14.09.1998-ci il tarixli 148 nömrəli qeydiyyat vəsiqəsi əsasında verilmiş otağa (evə) köçmüşdür. Göründüyü kimi cavabdehlər orderlə verilmiş mənzildən çıxaraq daimi olaraq başqa evə köçmüşlər. Cavabdehlər 32,8 kv.m olan sahənin 2-ci mərtəbəsi olan və mülkiyyətdə olan bir otaqda yaşayır. Digər sahə, yəni orderlə göstərilmiş 32,8 kv.m sahənin birinci mərtəbəsində isə cavabdehlər yaşamırlar. Yəni 32,8 kv.m sahənin bir hissəsi mülkiyyətdə, digər hissəsi onun istifadəsindədir. Orderdə göstərilən, tərəflər arasında yaranmış hüquq münasibətlərindən də göründüyü kimi, 2010-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin maddi hüquq normaları tətbiq edilməlidir. Cavabdehlərin qeyd olunan mənzildə yaşamalarına baxmayaraq, qeydiyyatda olmaqları ona əsassız olaraq kommunal xərcləri ödəməyinə rəvac verir. Odur ki, 2010-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə əsasən cavabdehlərin bu mənzildə istifadə hüquqları qalmadığından, onların istifadə hüquqlarına xitam verilməlidir. Özü 1-ci qrup əlil olduğundan, maddi imkanı olmadığından cavabdehlərin əvəzinə kommunal xərclər ödəməyi onu ağır maddi vəziyyətə salır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 26.05.2021-ci il tarixdə məhkəmə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşıqlı iddianın təmin edilməsi, onların yəni, Cavabdeh1 və Cavabdeh2 yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilə cavabdeh İddiaçı tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışlar ki, onlar Quba rayon İcra hakimiyyəti başçısının 23 iyun 2009-cu il tarixli 459 saylı orderində göstərilmiş mənzildə yaşayırlar. Hətta həmin mənzildə yaşadıqları zamanı atasının yeni həyat yoldaşı X12 ilə mübahisələri olmuş, X12 onları təhqir etdiyi üçün Quba Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli 3(027)-1222/2018 saylı qərarı ilə X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 manat məbləğində cərimə növündə inzibati qaydada cərimə edilmişdir. Bu da iddiaçının dediyinin əksinə olaraq həmin mənzildə yaşamağını sübut edir. Onlar doğulduğu vaxtdan həmin evdə yaşamış və hazırda da həmin evdə yaşayırlar. Onlar həmin evin kommunal xərclərini də ödəyir. Onlar, susuz, işıqsız və qazsız qalmışlar. Dəfələrlə komunal sistemin onların yaşadığı otaqlara verilməsini tələb etsələr də, cavabdeh onlara qarşı qərəzli olduğundan buna icazə verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Əvvəlki məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi X13 iddianı müdafiə edərək, mübahisə predmeti olan mənzilin iddiaçının mülkiyyətində olmasını, mənzillə bağlı icra hakimiyyəti tərəfindən 2009-cu il tarixdə müvafiq order verilməsini, 2007-ci il tarixdə Tatiyananın anasının ölümündən sonra cavabdehlərin həmin mənzildə yaşamamalarını, lakin iddiaçının həmin mənzildə yaşadığını, iddiaçı 1-ci qrup əlil olduğundan etibarnamə üzrə onu müdaifə etdiyini qeyd edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iddianı qəbul etməyərək, mübahisə predimetini təşkil edən evdə yaşadığını, məhrum anası sağ olan zaman atasının başqa qadınla evlənərək həmin qadını evlərinə gətirdiyini, anasının buna dözməyib vəfat etdiyini, anası sağ olan zaman atası ilə heç bir problem yaşamadıqlarını, atası tez-tez ondan polis şöbəsinə ərizə verərək, yalandan onu döydüyünü bildirdiyini, sudan, işıqdan və qazdan istifadə etməyə icazə vermədiyini qeyd edərək ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddianı qəbul etməyərək, doğulduğundan hal-hazıradək mübahisə predimetini təşkil edən evdə yaşadığını, mənzilin anasının olduğunu, atasının anasına məxsus evdə yaşamağa gəldiyini, anasının vəfatından sonra evin atasının adına keçirildiyini, lakin özəlləşdirilmədiyini, həmin mənzilin dövlət tərəfindən onların istifadəsinə verildiyini, həmin evin 1 otağında yaşadığını, evin yararsız vəziyyətdə olduğunu, cavabdehin onların işıq, qaz və sudan istifadə etməyə qoymadığını qeyd edərək, ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ilk iddia təmin olunmamalı, qarşılıqlı iddia isə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba rayon İcra hakimiyyətinin 23.06.2009-cu il tarixli, 459 nömrəli orderindən görünür ki, İddiaçı onun 3 nəfərdən ibarət ailəsi ilə birlikdə Quba şəhəri, H.Əliyev prospekti 142 saylı evdə, 2 otaqdan ibarət, 32,8 kmv mənzil sahəsi tutmağa ixtiyarı vardır. Onun ailə tərkibi: İddiaçı, Cavabdeh1 və Cavabdeh2 ibarətdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 24.01.2007-ci il tarixdə Quba şəhərində vəfat etmişdir. İş materiallarında olan 19.12.1986-cı il tarixli orderdən görünür ki, X6 və onun 4 nəfərdən ibarət ailəsi ilə birlikdə Quba şəhəri, H.Əliyev prospekti 142 saylı evdə, 2 otaqdan ibarət, 32,8 kmv mənzil sahəsi tutmağa ixtiyarı vardır. Onun ailə tərkibi: İddiaçı, Cavabdeh1 və Cavabdeh2 və X2 ibarət olmuşdur. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 01.07.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı ilə X10 arasında 01.03.1984-cü il tarixdə Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən nikah bağlanmışdır. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 07.05.2021-ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1985 -cı il tarixində Azərbaycan Respublikası, Quba şəhərində anadan olmuş X4 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə 11.07.2013-ci ildən 07.05.2021 -ci ilədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 3(027)-1222/2018 saylı, 27.12.2018-ci il tarixli qərarı ilə, X12 Azərbaycan.Respublikası inzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X16 arasında 06.12.2010-cu il tarixdə Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən nikah bağlanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Cavabdeh2 04.03.2011-ci il təvəllüdlü X18 və 02.02.2013-cü il təvəllüdlü X15 adında övladları vardır. İş materiallarında olan Quba rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinin 25.05.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 Quba şəhəri, Heydər Əliyev prospekti 142 saylı kommunal evdə qeydiyyatdadır. İş materiallarında olan Quba rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinin 25.05.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 Quba şəhəri, Heydər Əliyev prospekti 142 saylı kommunal evdə qeydiyyatdadır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azəbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.07.2001-ci il tarixli Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair qərarına əsasən, Qanunverici eyni məzmunlu mülki hüquq münasibətlərini tənzimləyən yeni normativ-hüquqi akt qəbul etdikdə əvvəl yaranmış hüquq münasibətlərinin davamlılığı və sabitliyinə xələl gətirməmək üçün belə aktın hüquqi qüvvəsini onun qəbul edilməsindən sonra yaranan hüquq münasibətlərinə şamil edir. Bu hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.1.-ci maddəsində öz əksini tapmışdır: “Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir”. Göstərilənləri nəzərə alaraq 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26.09.2007-ci il tarixli qərarına əsasən, Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, beynəlxalq hüquq aktlarında (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı) protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) isə nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Konstitusiya Məhkəməsinin 27.07.2001-ci il tarixli qərarı Ali Məhkəmənin sorğusu əsasında qəbul olunmuşdur. Buna səbəb yaşayış sahəsindən istifadə etmək və yaşayış binasının tərkib hissəsindən istifadə hüquqlarının müvafiq olaraq Mənzil Məcəlləsində və Mülki Məcəllədə müxtəlif tənzimlənməsi, o cümlədən onların əmələ gəlməsi və həyata keçirilməsində olan fərqlər, təcrübədə həmin qanunvericilik aktlarının tətbiqində yaranmış mübahisələr olmuşdur. Konstitusiya Məhkəməsi qanunun zamana görə qüvvəsini nəzərə alaraq qərara gəlmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlərinin evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarını onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməməsi halından asılı edir. Lakin bu maddədə həmin istifadənin qaydası, o cümlədən onun hansı şərtlər və hüdudlar daxilində həyata keçirilməsi müəyyən olunmamışdır. Mənzil Məcəlləsi müddəalarının mülkiyyət hüququnun ziddinə təfsir olunması Konstitusiyanın 13 (mülkiyyətin toxunulmazlığı), 29 (mülkiyyət hüququ), 71 (insan və vətəndaş hüquq və azadlıqlarının təminatı), 147 (Konstitusiyanın birbaşa hüquqi qüvvəsi), 149-cu (qanunların Konstitusiyaya zidd olmasının yolverilməzliyi) maddələrinin, habelə Konstitusiyanın keçid müddəalarının 8-ci bəndinin (Konstitusiyadan əvvəl qəbul olunmuş qanunların Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlaması) müddəaları ilə uyğunsuzluq təşkil edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakının dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə tədqiqatı zamanı sübuta yetirilmişdir ki, İddiaçı ilə X10 arasında 01.03.1984-cü il tarixdə Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən nikah bağlanmışdır. Bu nikahdan ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar - Cavabdeh1 və Cavabdeh2 anadan olmuşlar. Mübahisə predmetini təşkil edən ev ilk öncə Quba rayon İcra Hamiyyəti tərəfindən 19.12.1986-cı il tarixdə X3 istifadəsinə verilmişdir. Həmin vaxt mübahisəli mənzildə o, və onun ailə tərkibi olan - İddiaçı, Cavabdeh1 və Cavabdeh2 və X11 yaşamışlar. 24.01.2007-ci il tarixdə X8 vəfatından sonra mübahisəli mənzil Quba rayon İcra hakimiyyətinin 23.06.2009-cu il tarixli, 459 nömrəli orderi əsasında İddiaçı onun ailəsi yəni, Cavabdeh1 və X7 istifadəsinə verilmişdir. Quba rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinin arayışları ilə də, müəyyən edilmişdir ki, Cavabdeh1 və Cavabdeh2 hal-hazırda da mübahisəli mənzildə qeydiyyatdadırlar. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmədən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda 2 mərtəbəli evin 1-ci mərtəbəsində yerləşən özəlləşməmiş mənzildə olan istifadə hüquqlarına xitam verilməsini xahiş edir. İddiasında isə cavabdehlərin həmin evdə yaşamadığını, Cavabdeh1 ailə qurararaq evdən köçdüyünü, Cavabdeh2 isə qeydiyyat vəsiqəsi əsasında ona verilmiş otağa köçdüyünü iddia etsə də, ilkin iddia üzrə cavabdehlərin mübahisəli mənzildə yaşamadıqlarını təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 07.05.2021-ci il tarixli arayışı ilə müəyyən edilmişdir ki, Cavabdeh1 barəsində 11.07.2013-ci ildən 07.05.2021 -ci ilədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. Bundan başqa, Cavabdeh2 ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşayır. Göründüyü kimi, Cavabdeh1 və X17 hal-hazırda mübahisəli evdə yaşayırlar. Ona görə də, ilk iddia tələbi təmin edilə bilməz. Bundan başqa, Cavabdeh1 və X17 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların yəni, Cavabdeh1 və Cavabdeh2 yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilə cavabdeh İddiaçı tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarından da göründüyü kimi Cavabdeh1 və X17 qeyd edilən evdə qeydiyyatdadırlar və həmin evdə yaşayırlar. Onların yaşadıqları evdə maneələrlə üzəşməsi həmin evə yaranmış mülkiyyət hüquqlarını tam həyata keçirə bilməmələrinə səbəb olur. Ona görə də, Cavabdeh1 və X14 münasibətdə ünvan 2 ünvanında yerləşən mənzilə cavabdeh İddiaçı tərəfindən yaradılmış maneələrin aradan qaldırılmalıdır. Məhkəmə yuxarıda göstərilən qanun normalarına istinad edərək, hesab edir ki, ilkin iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1 ünvanda 2 mərtəbəli evin 1-ci mərtəbəsində yerləşən özəlləşməmiş mənzildə olan istifadə hüquqlarına xitam verilməsi barədə iddiası təmin edilməməlidir. Qarşılıqlı iddia təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilə cavabdeh İddiaçı tərəfindən yaradılmış maneələrin aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1 ünvanda 2 mərtəbəli evin 1-ci mərtəbəsində yerləşən özəlləşməmiş mənzildə olan istifadə hüquqlarına xitam verilməsi barədə iddiası təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddiaları təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilə cavabdeh İddiaçı tərəfindən yaradılmış maneələrin aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1151/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1151/2021
14.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver