Məhkəmə qərarları › İş №2(027)-1154/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1154/2023

11.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1154/2023 11.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 yekunları barədə 87 nömrəli xx.xx.2018-ci il tarixli protokolunun etibarsız hesab edilməsi; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində qeydə alınmış mülkiyyət hüquqlarının (********** qeydiyyat nömrəli, **********06-06301 reyestr nömrəli). Qusar rayon notariat ofisinin xüsusi notariusu tərəfindən bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-1601 saylı alqı-satqı müqaviləsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində qeydə alınmış mülkiyyət hüquqlarının (********** qeydiyyat nömrəli, **********06-06301 reyestr nömrəli) ləğv edilməsi, həmçinin icarə hüquqlarımız bərpa edilərək, əmlakın onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 27 aprel 2023-cü il tarixdə iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdlər. Məhkəmə hazırlıq iclasında İddiaçı1 idda ərizəsinin və ona əlavə olunmuş sənədlərin geyri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçıların vəsatətini və iş materiallarını araşdırıb, hesab edir ki, iddiaçıların vəsatətinə əsasən hazırki ərizə və ona əlavə olunmuş sənədlər iddiaçılar İddiaçı1 və İddiaçı2 geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti üzrə ərizə qaytarıla bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 35, 149.2.2, 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması tələbinə dair ərizə və ərizəyə əlavə olunmuş sənədlər iddiaçılar İddiaçı1 və İddiaçı2 vəsatətinə əsasən geri qaytarılsın. Qərardaddan 10 gün ərzində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar