Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1157/2025 29.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1 və Quba rayon “Asan Xidmət” Mərkəzində Notariat Ofisi cəlb olunmaqla qohumluq münasibətində olma faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2006-cı ildə vəfat etmiş X2 nənəsi və xx.xx.2024- cü ildə vəfat etmiş X3 anası olmasına dair qohumluq faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli 08 nömrəli qərarı ilə 6 nəfər ailə üzvlərimizə torpaqa mülkiyyət hüququna dair JN- 241 X24 ilə 2.28 ha torpaq sahəsi verilmişdir. Hal hazırda həmin Dövlət Aktında göstərilən torpaq sahəsinə çıxarış ala bilmir. Belə ki, yuxarıda qeyd etdiyi Dövlət aktında nənəsi X2 və anası X3 adlarıda qeyd olunmuşdur. Çıxarışla bağlı Quba ASAN xidmətə müraciət edərkən ona bildirilmişdir ki, X2 və X3 doğum şəhadətnamələri olmadan çıxarışın verilməsi mümkün deyildir. X19 xx.xx.2006-cı ildə, anası X8 xx.xx.2024-cü ildə Zərqava kəndində vəfat etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Əlavə edərək torpaqla bağlı sənədləşmə zərurəti olduğundan, ərizə ilə müraciət etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X4 ifadəsində bildirmişlər ki, ərizəçi onların qardaşıdır. xx.xx.2006-cı ildə vəfat etmiş X9 onların nənəsi və xx.xx.2024- cü ildə vəfat etmiş X8 isə onların anasıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Quba rayon “Asan Xidmət” X11 və Quba rayon “Asan Xidmət” Mərkəzində Notariat Ofisi nümayəndəsinin iştirakını təmin etməmiş və müraciətlərin çoxluğu səbəbindən məhkəmə iclasında iştirakın mümkün olmayacağını bildirmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan АЗ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. Onun anası X6r. İş materiallarında olan İ-ИЕ 376590 saylı “Evlənmə haqqında şəhadətnamə”nin surətindən görünür ki, X1 ilə X8 arasında nikah xx.xx.1963-cü ildə bağlanmışdır. İş materiallarında olan Quba RİHB-nın Zərqava kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025ci il tarixli arayışından görünür ki, X8 1936-cı ildən Quba rayonunun Zərqava kəndində yaşamış və 2024-cü ildə vəfat etmişdir. İş materiallarında olan Quba RİHB-nın Zərqava kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025ci il tarixli arayışından görünür ki, X9 1890-cı ildən Quba rayonunun Zərqava kəndində yaşamış və 2006-cı ildə vəfat etmişdir. İş materiallarında olan AZ-İİ 420728 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ 179469 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı bildirir ki, Quba rayonu Zərqava kənd X7 İcraiyyə Komitəsinin 1951-1953-cü illərə aid Zərqava kəndi üzrə 10 saylı təsərrüfatbaşına kitabında X15 296 nömrəli təsərrüfatın başçısı olub, 1890-cı ildə doğulmuş X10 arvadı kimi,1936-cı ildə doğulmuş X13 qızı kimi qeyd olunmuşdur. Qeyd: Quba rayonu Qeydiyyat şöbəsinin 1929-cu ildən əvvəlki dövr üzrə sənədləri X22 mühafizə edilir. Maraqlı şəxs1 xx.xx.1934-xx.xx.1939-cu illərə aid Zərqava kəndi üzrə doğum qeydinin aktları kitabında Məmmədova (Qədimova) Həbibə Bəyəli qızının doğum faktı aşkar olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.1-ci bəndində qeyd edilmişdir ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1159.2-ci maddəsində ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, xx.xx.2006-cı ildə vəfat etmiş X9 Ərizəçi nənəsi, xx.xx.2024- cü ildə vəfat etmiş X3 isə anası olması qohumluq münasibətinə dair hüquqi əhəmiyyəti fakt öz təsdiqini tapır. Sadalanan hüquq normalarını rəhbər tutaraq, habelə qeyd edilən hüquqi əhəmiyyəti faktın müəyyən edilməsinin məhz vərəsəlik işi ilə (mirasdan pay almaq üçün) əlaqədar olduğunu nəzərə alaraq, hesab edir ki, ərizə təmin edilməli, qohumluq faktı müəyyən edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı birinci növbə üzrə vərəsələrinin (ər, uşaqlar, valideynlər) olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2006-cı ildə vəfat etmiş X9 Ərizəçi nənəsi, xx.xx.2024- cü ildə vəfat etmiş X3 isə doğma anası kimi qohumluq münasibətində olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1157/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1157/2025
29.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver