Məhkəmə qərarları › İş №2(027)-116/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-116/2021

29.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-116/2021 29.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı-cavabdeh İddiaçı, vəkili X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “torpağın özgəsinin qanunsuz sahibliyindən alınaraq qaytarılması tələbinə” dair ilkin iddia ərizəsi və iddiaçı Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin və mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrdən ********** qeydiyyat nömrəli, xx xxxxx 2019-cu il qeydiyyat tarixli Çıxarışa əsasən ona məxsus Quba rayonu, Fətəlixan küçəsi ərazisində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbi üzrə İddiaçı qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı, xx xxxxxxx 2014- cu il qeydiyyat tarixli çıxarışın, Quba Bələdiyyəsi ilə İddiaçı arasında xx xxxxx 2019-cu il tarixində bağlanmış alqısatqı müqaviləsinin və onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı, xx xxxxx 2019-cu il qeydiyyat tarixli çıxarışın etibarsız edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı-cavabdeh İddiaçı iddia ərizəsini müdafə edərək bildirdi ki, ona ünvan 1 A ünvanında yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi verilmiş və adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrdən ********** qeydiyyat nömrəli, xx xxxxx 2019-cu il qeydiyyat tarixli Çıxarış verilmişdir. Cavabdehin həyətyanı torpaq sahəsi ona məxsus torpaq sahəsilə qonşuluqda yerləşir. Həmin torpaq sahəsinə mütamadi olaraq gedib gəlmədiyindən cavbdeh ona məxsus 0,04 ha həyətyanı torpaq sahəsini öz həyətyanı torpaq sahəsinə birləşdirib, qanunsuz zəbt edərək istifadə edir. Onu öz mülkiyyətində olan torpaq sahəsinə buraxmayaraq, həmin torpaq sahəsindən istifadə etməyinə imkan vermir, onun həmin torpaq sahəsinə olan mülkiyyət hüquqlarını pozur. Cavabdeh torpaq sahəsindən çıxmasını dəfələrlə təklif etsə də, onu eşitmir və torpaq sahəsindən könüllü olaraq çıxmaq fikrində deyildir. Cavabdehin təqsiri üzündən həmin torpaq sahəsindən istifadə edə bilmir, mülkiyyətimdə verilmiş torpaq sahəsinə olan hüquqlarını məhdudlaşdıraraq, ona həm maddi, həm də mənəvi ziyan vurur. R. Həmzəyev qeyd etdi ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin mütəxəsisisi ilə birlikdə sözü gedən torpaq sahəsində olmuş, lakin Cavabdeh torpaq sahəsinə baxış keçirilməsinə etiraz etmiş, onları ora buraxmamışdır. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrdən ********** qeydiyyat nömrəli, xx xxxxx 2019-cu il qeydiyyat tarixli Çıxarışa əsasən ona məxsus Quba rayonu, Fətəlixan küçəsi ərazisində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq ona verilməsi barədə və ona qarşı verilmiş iddianın əsassız olduğu səbəbdən rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı oğlı ona qarşı torpaq sahəsindəın çıxarılma barədə iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. O, Quba Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı çıxarışın və torpaq sahəsinin planı və ölçüsünü xx xxxx 2020-ci il tarixində alıb. Ona görə də qarşılıqlı iddia ərizəsi ilə hal- hazırda müraciət edib. Bildirir ki, iddia ərizəsində mübahisələndirilən torpaq sahəsi 1985-ci ildən onun icarəsində olub. 1999-cu il tarixində Quba rayon X1 aparılan torpaq islahatı ilə əlaqədar, mərhum atası X4 və ailə üzvlərinə dövlət tərəfindən 1 hektar torpaq sahəsinin ayrılması barədə Dövlət Aktı tərtib edilib. Həmin torpaq sahəsinin 0,036 hektarı onun icarəçisi olduğu torpaq sahəsində Aqrar İslahat Komissiyası tərəfindən ayrılaraq, həyətyanı sahəsinə əlavə olunmuşdur. Bu barədə xx xxxxxx 1999-cu il tarixində X7 X3 komissiyasının üzvləri tərəfindən müvafiq akt tərtib edilmişdir. Ayrılan torpaq sahəsi naturada təhkim olunub və bundan sonra bələdiyyə büdcəsinə köçürülməli olan torpaq vergisi onlar tərəfindən köçürülüb. Elə həmin tarixdən sözügedən 0,036 hektar torpaq sahəsi 21 il ərzində sahibliyində və istifadəsində olub. Burada ağaclar əkib becəriblər. İddia ərizəsinə əlavə olunan çıxarışlardan və torpaq sahəsinin planı ölçüsündən göründüyü kimi Quba Bələdiyyəsi bu torpağa dair Çıxarışı xx xxxxxxx 2014-cü ildə almış, İddiaçı bu torpaq sahəsini xx xxxxx 2019-cu il tarixli al satqı müqaviləsi əsasında əldə etmişdir. Quba Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin predmetini təşkil edən ilkin torpaq sahəsinin planı və ölçüsündəki əsas döngə nöqtələrinin koordinatları ilə, sonrakı torpaq sahəsinin planı və ölçüsünddəki əsas döngə nöqtələrinin koordinatları arasında fərq vardı. Bu ziddiyyət satılan torpaq sahəsinin eyni ərazidə yerləşmədiyini göstərir. Həmçinin satılan torpaq sahəsi onun həyətyanı torpaq sahəsinin hasarı ilə əhatə olunur və yuxarıda qeyd etdiyi kimi onların icarəsində, sonradan istifadəsində olmuşdur. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı, xx xxxxxxx 2014-cü il qeydiyyat tarixli çıxarışın, Quba Bələdiyyəsi ilə İddiaçı arasında xx xxxxx 2019-cu il tarixində bağlanmış alqı-satqı müqaviləsinin və onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı, xx xxxxx 2019-cu il qeydiyyat tarixli çıxarışın etibarsız edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh-iddiaçı Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5ci maddəsinə əsasən, məhkəmə iddiaçı-Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı-cavabdeh İddiaçı dinləyib, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarış əsasında Quba şəhəri, Fətəlixan küçəsi, 28A ünvanda yerləşən 0.04 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin tərtib etdiyi ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, torpaq sahəsinin planı və ölçüsü əsasında Quba şəhəri, Fətəlixan küçəsi, 28A ünvanda yerləşən 0.04 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş və həmin torpaq sahəsinin kadastr planı tərtib edilmişdir. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ünvan 3 mənzil 4 ünvanda qeydiyyatdadır. Mülki iş üzrə mütəxəssis rəyinin təqdim edilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmış və müraciətlə əlaqədar hazırlanmış xx.xx.2020-ci il tarixli, A-94 saylı arayışdan görünür ki, mübahisə predmeti olan torpaq sahəsinin naturada ölçülərini dəqiqləşdirmək məqsədilə Xidmətin əməkdaşları orada olmuş, lakin Cavabdeh torpaq sahəsinə baxış keçirilməsinə etiraz etmiş və ora gəlmədiyindən mütaxəssis rəyinin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Quba şəhəri İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1741 saylı arayışdan görünür ki, Cavabdeh ünvan 4 ünvanda qeydiyyatdadır. Məhkəmədə müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarış əsasında Quba şəhəri, Fətəlixan küçəsi, 28A ünvanda yerləşən 0.04 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı məxsus olan Quba rayonu, Fətəlixan küçəsi ərazisində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq İddiaçı verilməlidir. Qarşılıqlı iddia əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia təmin edilsin. İddiaçı məxsus olan Quba rayonu, Fətəlixan küçəsi ərazisində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq İddiaçı verilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar