Məhkəmə qərarları › İş №2(027)-116/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-116/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-116/2022 07.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “elektrik xəttinin kənarlaşdırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “elektrik xəttinin kənarlaşdırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Quba rayonu, Vladimirovka kəndində yerləşən antena qurğusuna aid elektrik şəbəkəsi və xətlərinin mühafizə zonasının ona məxsus torpaq sahəsinin ərazisinə düşməmək şərtilə yerinin dəyişdirilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 və cavabdeh məhkəməyə barışıq sazişi təqdim edərək barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunmasını və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin məzmunu aşağıdakı kimidir.

1. Bundan başqa, tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək onun təsdiq olunmasını və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. İddiaçı 2(027)-116/2021 nömrəli mülki iş üzrə cavabdehə qarşı iddia tələblərindən imtina edir.

2. Cavabdeh hazırki sazişin təsdiq edilməsi barədə məhkəmə qərardadı elan edildiyi vaxtdan 30 (otuz) təqvim günü ərzində iddiaçıya 7.000 (yeddi min) manat pul vəsaiti ödəməyi öhdəsinə götürür.

3. İddiaçı hazırki barışıq sazişi təsdiq edildikdən sonra Quba rayonu, Vladimirovka kəndində yerləşən və sökülməsi iddia tələblərindən biri kimi qoyulan mobil baza stansiyasına və onun infrastrukturuna (elektrik xətləri, optik kabel xətləri, kondisioner, transformator və s.) müdaxilə etməyəcəyini öhdəsinə götürür.

4. Əgər Sazişin təsdiq edilməsi barədə məhkəmə qərardadı elan olunduğu tarixdən 5 (beş) il müddət ərzində iddiaçının torpaq sahəsinin yeni mülkiyyətçisi və (və ya) mülkiyyətçiləri (torpaq sahəsi özgəninkiləşdirildiyi təqdirdə) tərəfindən Cavabdehə qarşı eyni predmet haqqında və (və ya) eyni əsaslar üzrə və (və ya) eyni tələblə və (və ya) tələblərlə iddia qaldırılarsa və həmin iddia məhkəmənin yekun aktı ilə təmin edilərsə İddiaçı həmin məhkəmə aktı qüvvəyə mindiyi tarixdən 30 (otuz) təqvim günü ərzində Cavabdehə 2000 (iki min) manat məbləğində pulu geri qaytarır.

5. İddiaçı Sazişin 4-cü bəndində göstərilən öhdəliyi o halda daşıyır ki, Cavabdeh həmin bənddə göstərilən iddianın məhkəmə tərəfindən rədd edilməsi və həmin iş üzrə İddiaçının üçüncü şəxs qismində cəlb edilməsi üçün bütün mümkün olan hüquqi vasitələrdən istifadə edəcəkdir.

6. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191.1, 191.2 və 261.0.5.-ci maddələrinin tələbləri tam aydındır və həmin maddələrin tədbiqi nəticəsində baş verəcək hüquqi nəticəni qəbul edirlər.

7. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

8. Bu Saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və biri İddiaçıda, biri cavabdeh "xxxx" MMC-də saxlanılır və üçüncüsü Quba rayon məhkəməsinə təqdim olunur. Bu Saziş məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildiyi andan qüvvəyə minir. Tərəflər bu barışıq razılaşması qüvvəyə mindikdən sonra, biri-digərinə qarşı hər hansı iddia tələbi irəli sürməyəcəklərini bildirirlər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə iş materiallarını araşdıraraq və tərəflərə barışıq sazişinin təsdiq edilməsi üzrə prosessual hərəkətlərin nəticələrini izah edərək hesab edir ki, həmin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, bu hərəkətlər qəbul edilərək barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. (maddə 881.3) Azərbaycan Respublikası MPM-in 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Göstərilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflər barışıq sazişi bağladıqlarından, barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin saziş məhkəmə tərəfindən təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.5, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “elektrik xəttinin kənarlaşdırılması” tələbinə dair iddia ərizəsi üzrə tərəflərin məhkəməyə təqdim etdikləri aşağıdakı məzmununda barışıq sazişi təsdiq edilsin

1. Bundan başqa, tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək onun təsdiq olunmasını və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. İddiaçı 2(027)-116/2021 nömrəli mülki iş üzrə cavabdehə qarşı iddia tələblərindən imtina edir.

2. Cavabdeh hazırki sazişin təsdiq edilməsi barədə məhkəmə qərardadı elan edildiyi vaxtdan 30 (otuz) təqvim günü ərzində iddiaçıya 7.000 (yeddi min) manat pul vəsaiti ödəməyi öhdəsinə götürür.

3. İddiaçı hazırki barışıq sazişi təsdiq edildikdən sonra Quba rayonu, Vladimirovka kəndində yerləşən və sökülməsi iddia tələblərindən biri kimi qoyulan mobil baza stansiyasına və onun infrastrukturuna (elektrik xətləri, optik kabel xətləri, kondisioner, transformator və s.) müdaxilə etməyəcəyini öhdəsinə götürür.

4. Əgər Sazişin təsdiq edilməsi barədə məhkəmə qərardadı elan olunduğu tarixdən 5 (beş) il müddət ərzində iddiaçının torpaq sahəsinin yeni mülkiyyətçisi və (və ya) mülkiyyətçiləri (torpaq sahəsi özgəninkiləşdirildiyi təqdirdə) tərəfindən Cavabdehə qarşı eyni predmet haqqında və (və ya) eyni əsaslar üzrə və (və ya) eyni tələblə və (və ya) tələblərlə iddia qaldırılarsa və həmin iddia məhkəmənin yekun aktı ilə təmin edilərsə İddiaçı həmin məhkəmə aktı qüvvəyə mindiyi tarixdən 30 (otuz) təqvim günü ərzində Cavabdehə 2000 (iki min) manat məbləğində pulu geri qaytarır.

5. İddiaçı Sazişin 4-cü bəndində göstərilən öhdəliyi o halda daşıyır ki, Cavabdeh həmin bənddə göstərilən iddianın məhkəmə tərəfindən rədd edilməsi və həmin iş üzrə İddiaçının üçüncü şəxs qismində cəlb edilməsi üçün bütün mümkün olan hüquqi vasitələrdən istifadə edəcəkdir.

6. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191.1, 191.2 və 261.0.5.-ci maddələrinin tələbləri tam aydındır və həmin maddələrin tədbiqi nəticəsində baş verəcək hüquqi nəticəni qəbul edirlər.

7. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.

8. Bu Saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və biri İddiaçıda, biri cavabdeh "xxxx" MMC-də saxlanılır və üçüncüsü Quba rayon məhkəməsinə təqdim olunur. Bu Saziş məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildiyi andan qüvvəyə minir. İddiaçının cavabdeh "xxxx" MMC-yə qarşı “mülkiyyət hüququnun müdafəsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar