Məhkəmə qərarları › İş №2(027)-1185/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1185/2021

17.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1185/2021 17.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, vəkili X7 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «evdən çıxarılma tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı məhkəməyə iddia ərizəsilə müraciət edərək, Cavabdeh qarşı 5000 (beş min) manat kompensasiya verilməklə Cavabdeh uşaqları 22.09.2015-ci il təvəllüdlü X11 və 02.09.2016-cı il təvəllüdlü X9 ilə birlikdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən ********** qeydiyyat nömrəli, 31.10.2018-ci il tarixli Seriya RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reystrindən çıxarışa əsasən Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən ona məxsus evdən çıxarılaraq, yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh ilə oğlu X4 14 iyul 2014-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 22 sentyabr 2015-ci il tarixdə Aslan və 02 sentyabr 2016-cı il tarixdə Asiman doğulmuşlar. X16 ilə Cavabdeh xasiyyəti uyğun gəlmədiyindən münasibətləri pozulmuş, cavabdeh uşaqlarını götürərək valideynlərinin evinə getmişdir. Quba rayon Məhkəməsinin iş № 2(027)-2702/2017 saylı 17 avqust 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh uşaqları, 22 sentyabr 2015-ci il təvəllüdlü X11 və 02 sentyabr 2016-cı il təvəllüdlü Müslümova Asim qızı ilə birlikdə Quba rayonu, İ Nügədi kəndində yerləşən faktiki X4 və İddiaçı məxsus fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Quba rayonu, İ Nügədi kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan ********** qeydiyyat nömrəli, 31.10.2018-ci il qeydiyyat tarixli Seriya RX ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ona məxsusdur. Cavabdeh uşaqları ilə birlikdə ona məxsus 4 otaqlı yaşayış evinin 3 otağını zəbt etməklə onun evində yaşayır. Cavabdeh uşaqları ilə birlikdə ona məxsus evdən çıxarıldığı halda ona 5000 (beş min) manat kompensasiyanın veriləcəyini qeyd etdi. “Bu pula ev almağı mümkün olmasa da, atasının torpağı var, orda tikinti tikə bilər”. Əks halda cavabdeh mülkiyyətçi kimi ona məxsus olan yaşayış evindən istifadə etməyə imkan vermir. Ona həm mənəvi və həm də maddi ziyan vurmaqla onların öz evində yaşamağı mümkünsüz etmişdir. Ailəsi polis şöbəsində münaqişəli ailə kimi qeydiyyatdadır və bir yaşayış məkanında onlarla birlikdə yaşamağ qeyri-mümkündür. Ona görə də məcbur olub qanuna uyğun olaraq məhkəməyə müraciət etməli olub. Qeyd edib ki, Cavabdeh ilə X4 arasında olan 14 iyul 2014-cü il tarixli nikahları Quba rayon Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Göstərilənləri nəzərə alaraq, Cavabdeh qarşı 5000 (beş min) manat kompensasiya verilməklə Cavabdeh uşaqları 22.09.2015-ci il təəllüdlü X11 və 02.09.2016-cı il təvəllüdlü X9 ilə birlikdə Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən ona məxsus evdən çıxarılaraq, yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, onunla X4 arasındakı nikah 2020-ci ildə məhkəmənin qətnaməsi əsasında pozulub, lakin boşanmadan əvvəl onların münasibəti pozulmuş və o uşaqları ilə bir müddət valideynlərinin yanında yaşamışdır. Sonradan Quba rayon Məhkəməsinin 2(027)-2702/2017 saylı 17 avqust 2017-ci il tarixli qətnaməsi ilə ona və uşaqlarına İddiaçı məxsus evdə yaşamaq hüququ verilmişdir. Ona görədə iddiaçı tərəfdən ona təklif olunan 5000 (beş min) manat məbləğə razı deyil, indiki zamanda o vəsaitlə başqa yerdə davamlı surətdə yaşaya bilməz. Belə də ki, o evə gəlin köçüb, iki övladı dünyaya gəlib, onlar küçələrdə qalmalı deyil. O ailə ona qarşı zorakılığ edir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib iş матеriallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlatra məcmu halda qiymət verərək, hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 12.02.2021-ci il tarixli, AZ-İ N-365823 saylı “nikahın pozulması haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X4 ilə Cavabdeh arasında olan 14 iyul 2014-cü il tarixli nikah Quba rayon məhkəməsinin 09 dekabr 2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İş materiallarında olan Quba RİHB-nın İ Nügədi İƏD-si üzrə nümayəndəliyindən verilmiş arayışdan məlum olur ki, İddiaçı Quba rayonu İ Nügədi kəndində qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. İşə əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan ********** qeydiyyat nömrəli, 31.10.2018-ci il qeydiyyat tarixli Seriya RX ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən məlum olur ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı, X3, X2 və X1 məxsusdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin iş № 2(027)-2702/2017 saylı 17 avqust 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh uşaqları 22 sentyabr 2015-ci il təvəllüdlü X11 və 02 sentyabr 2016-cı il təvəllüdlü Müslümova Asim qızı ilə birlikdə Quba rayonu, İ Nügədəi kəndində yerləşən faktiki X4 və İddiaçı məxsus fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Аzərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Аzərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə görə, hər kəsin mənzil toxunulmazlıq hüququ vardır. “İnsan Hüquqlarının və X6 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mölkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Аzərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi “R.Аğalarovun şikayəti üzrə Аzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Аzərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, “Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birinə (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Аzərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır”. Konstitusiya Məhkəməsi daha sonra qeyd etmişdir ki, öz müstəqilliyini elan etmiş, hüquqi və demokratik dövlət quruculuğuna başlamış Azərbaycan Respublikasında dövlət tərəfindən mülkiyyət hüququna münasibət tamamilə dəyişmişdir. Konstitusiyanın 13 və 29 maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Аzərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu, mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsi tələb etmək hüququnu verməsə də, o, yaşayış istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə kompensasiya təklif edən şəxsin təklif etdiyi məbləğdən artıq məbləğ müəyyən etməklə və ya məbləği azaltmaqla istifadə hüququna xitam verməkdə haqlı deyil. Kompensasiya məbləğinin mübahisəli evin satılıb əldə edilən məbləğdən ödənilməsinə yalnız mülkiyyətçinin müvafiq təklifi olduqda, həmin əmlaka digər şəxslərin hüquqları nəzərə alınmaqla yol verilə bilər. Kompensasiya təklif olunan şəxsin evin satılaraq ona pay verilməsini tələb etmək hüququ yoxdur. Аzərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh ilə X4 14 iyul 2014-cü il tarixdə rəsmi nikah qeyd etdirərək ailə qurub və birgə nikahlarından 22 sentyabr 2015-ci il tarixdə Aslan və 02 sentyabr 2016-cı il tarixdə Asiman doğulmuşlar. Asim Müslümov ilə Cavabdeh arasında münaqişələr yaranmış və münasibətləri pozulmuş, bu səbəbdən Cavabdeh uşaqları ilə birlikdə bir müddət valideynlərinin evində yaşamışdır. Quba rayon Məhkəməsinin iş № 2(027)- 2702/2017 saylı 17 avqust 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh azyaşlı uşaqları 22 sentyabr 2015-ci il təvəllüdlü X11 və 02 sentyabr 2016-cı il təvəllüdlü Müslümova Asim qızı ilə birlikdə Quba rayonu, İ Nügədəi kəndində yerləşən faktiki İddiaçı və X3 məxsus fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Cavabdeh hal- hazırda uşaqları ilə birlikdə həmin evdə yaşayır. İddiaçı isə 5000 (beş min) manat kompensasiya verilməklə Cavabdeh uşaqları ilə birlikdə ona məxsus evdən çıxarılmasını tələb edir, cavabdeh isə həmin məbləğin başqa yerdə davamlı surətdə yaşamaq üçün yetərli olmadığını bildirmişdir. Şərh edilənləri və iddiaçı tərəfdən təklif edilən 5000 (beş min) manat pul vəsaitinin Cavabdeh müəyyən müddətdə hazırda yaşadığı mənzilə uyğun eyni şəraitdə davamlı yaşamaq üçün yetərli olmadığını nəzərə alaraq, məhkəmə İddiaçı Cavabdeh qarşı 5000 (beş min) manat kompensasiya verilməklə Cavabdeh azyaşlı övladları ilə birlikdə Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən evə istifadə hüquqlarına xitam verilməsi barədə iddia tələbi təmin edilməməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı 5000 (beş min) manat kompensasiya verilməklə Cavabdeh azyaşlı övladları ilə birlikdə Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən evə istifadə hüquqlarına xitam verilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar