Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1189/2024 01.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, Ounn nümayəndəsi qismində vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zaminlik müqaviləsinə əsasən borcunun əvəzinə ödənilmiş pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" ASC arasında bağlanmış 11 dekabr 2013-cü il tarixli QUFS-3912 saylı zaminlik müqaviləsi üzrə ödədiyi 2305 (iki min üç yüz beş) manat 87 (səksən yeddi) qəpik məbləğində pul vəsaitinin və 45 (qırx beş) manat dövlət rüsumunun borclu-Cavabdeh alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdi ki, Cavabdeh onun həmkəndlisi olmaqla yaxın tanışıdır. 2013-cü ilin sonlarında cavabdeh ona təcili pul lazım olduğunu və bunun üçün bankdan kredit almaq istədiyini bildirərək, ondan onun üçün zamin durmağını xahiş etmişdir. Cavabdeh götürəcəyi krediti vaxtlıvaxtında banka özünün ödəyəcəyini bildirmişdir. O, Cavabdeh tanıdığından və həmkəndli olduğlarından, eləcə də, aralarında inam və etibar olduğundan onun üçün zaminlik etməyə razılaşmışdır. Cavabdeh 11 dekabr 2013-cü il tarixli QUFS-3912 saylı Kredit müqaviləsinə əsasən "xxxx"ASC-dən 10.000 manat məbləğində kredit götürmüş, onunla "xxxx"ASC arasında 11 dekabr 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit götürdükdən sonra kredit müqaviləsinə əsasən hər ay ödəməli olduğu kredit borcunu ödəməmişdir. Bu səbəblə də, "xxxx"ASC məhkəməyə müraciəti əsasında Quba rayon məhkəməsinin 2(027)-194/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi qəbul edilmiş və icrası təmin olunaraq, kredit borcunun tutulması onun əmək haqqına yönəldilmiş, əmək haqqından aylar üzrə cəmi 2305,87 manat məbləğində pul vəsaiti tutularaq "xxxx"ASC-nin hesabına köçürülmüşdür. Bu fakt ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyi 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi Quba rayon Təhsil Şöbəsinin xx.xx.2022-ci il tarixli 593 saylı arayışı ilə də təsdiq olunur. Dəfələrlə cavabdehdən ondan əsassız olaraq 2305,87 manat məbləğində pulunu tələb etsə də, cavabdeh həmin pulu ona ödəməkdən imtina etmişdir. Məhkəmə qətnaməsinə əsasən ondan tutulmuş 2305,87 manat məbləğində pul cavabdehdən tutularaq ona verilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi qismində vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmənin hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, ödənişlərin əvəzində şahidlərin iştirakı ilə 450 kq buğda vermişdir. Borcu qalmadığından, idianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh sonrakı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını nümayəndəsi qismində vəkilini dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli QUFS-3912 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi Quba rayon Təhsil şöbəsinin arayışından görünür ki, Quba Rayon məhkəməsi tərəfindən verilmiş 19.01. 2017-ci il tarixli, 2(027)- 194/2017 saylı icra sənədi üzrə İddiaçı əməkhaqqısından aylar üzrə cəmi 2305 (iki min üç yüz beş) manat 87 (səksən yeddi) qəpik vəsait tutularaq "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdehyla bank arasında kredit müaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən cavabdehə kredit verilmişdir. Həmin öhdəliyin icrasının təminatı qismində bankla İddiaçı arasında zaminlik müqaviləsi bağlanılmışdır. Zaminlik müqaviləsinin tələbinə əsasən kreditora dəymiş zərərə, kreditin məbləği, ona hesablanmış faiz və dəbbə pulunun borcalan tərəfindən yerinə yetirilməməsinə görə zaminin borcalan şəxslə eyni həcmdə birgə məsuliyyət daşıması qeyd olunmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə bank qarşısında yaranmış borc öhdəlikləri lazımi qaydada və vaxtında icra edilməmiş, nəticədə cavabdehin bank qarşısında icra edilməyən borc öhdəlikləri yaranmış və müqavilə tələblərinə uyğun olaraq həmin icra edilməyən borc öhdəlikləri zamin qismində çıxış edən İddiaçı tərəfindən banka ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin bank qarşısında yaranmış borc öhdəliyinin 2305.87 manat hissəsi onun tərəfindən icra edilmişdir. Bununla da, mülki qanunvericiliyin tələblərinə əsasən zamin qismində çıxış edən iddiaçı kreditor qismində banka qarşısında yerinə yetirdiyi öhdəliklər həcmində cavabdehə qarşı həmin məbləğdə öhdəliyin onun xeyrinə ödənilməsini reqres qaydasında tələb etmək hüququna malik olmuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh 2305 (iki min üç yüz beş) manat 87 (səksən yeddi) qəpik və 45 (qırx beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2305 (iki min üç yüz beş) manat 87 (səksən yeddi) qəpik və ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1189/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1189/2024
01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver