Məhkəmə qərarları › İş №2(027)-1190/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1190/2024

16.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1190/2024 16.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 1937-ci ildə Quba rayonu, Buduq kəndində doğulmuş, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X10 bibisi olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1959-cu il tarixdə Quba şəhərində doğulmuş, anası X18, atası isə X20r. Anası X18 xx.xx.1995-ci il tarixdə, atası X26 xx.xx.2010-cu il tarixdə vəfat etmişlər. Onun bacısı və ya qardaşı olmayıb. Evin tək uşağı olmuşdur. Atasının bir qardaşı və bir bacısı olmuşdur. X2 xx.xx.1986-cı il tarixdə, bacısı X15 xx.xx.2014-cü il tarixdə ölmüşlər. X3 xx.xx.1976-cı il tarixdə X30 ilə rəsmi qaydada evlənmiş, lakin birgə nikahdan uşaqları olmamışdır. X30 xx.xx.1976-cı il tarixdə ölmüşdür. X5 da ailəli olsa da, uşaqlan olmamışdır. X1 miras əmlak qalmış və ondan başqa vərəsəsi qalmamışdır. Hazırda bibisindən miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir, lakin lazım olan sənədlərdən biri, yəni bibisinə məxsus doğum haqqında şəhadətnamə olmadığından, yəni qohumluq əlaqələri müəyyən edilmədiyindən, ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Doğum haqqında şəhadətnaməni tapa bilmədiyinə görə Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbədə də doğum akt qeydləri aşkar edilməmişdir. X6 babası X21 doğma övladı olmasını, eyni zamanda X10 atasının doğma bacısı olmasını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Ona görə hesab edir ki, 1937-ci ildə Quba rayonu, Buduq kəndində doğulmuş, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X10 bibisi olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmədə Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək və ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13, X25 və X9 ifadələrində Ərizəçi həmkəndliləri olduqlarını, mərhum X10 ərizəçinin bibisi olmasını, Hamiyətin vəfat etdiyini göstərmişlər. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba rayon RİHB-nın Vladimirovka kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2017-ci il tarixli, 351 saylı Arayışından görünür ki, X11 rayonu, Vladimirovka kəndində yaşamış və xx.xx.2010-cu ildə Quba rayonu, Vladimirovka kəndində vəfat etmişdir. İş materiallarında olan Quba rayon RİHB-nın Vladimirovka kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2017-ci il tarixli, 350 saylı Arayışından görünür ki, X7 rayonu, Vladimirovka kəndində yaşamış və xx.xx.2014-cü ildə Quba rayonu, Vladimirovka kəndində vəfat etmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 704569 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 08 sentyabr 2014-cü ildə Quba rayonu, Vladimirovka kəndində ürək dayanması səbəbindən ölmüşdür. İş materiallarında olan AZ-İ seriyalı, 418110 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 08 may 2010-cu ildə Quba rayonu, Vladimirovka kəndində miokard infarkt səbəbindən ölmüşdür. İş materiallarında olan 357390 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 01 noyabr 1986-cı il tarixdə ölmüşdür. İş materiallarında olan 452990 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1995-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 374724 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.1976-cı il tarixdə ölmüşdür İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 28 aprel 2017-ci il tarixli 783 №li arxiv arayışından görünür ki, Quba rayonu, Qonaqkənd rayonu Buduq kənd Sovetinin 1938-1939-cu illərə aid Buduq kəndi üzrə təsərrüfatbaşına kitabda vətəndaş X17 1930-cu ildə anadan olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 28 aprel 2017-ci il tarixli 784 №li arxiv arayışından görünür ki, Quba rayonu, Qonaqkənd rayonu Buduq kənd Sovetinin 1938-1939-cu illərə aid Buduq kəndi üzrə təsərrüfatbaşına kitabda vətəndaş X12 1935-ci ildə anadan olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 28 aprel 2017-ci il tarixli 794 №li arxiv arayışından görünür ki, Quba rayonu, Qonaqkənd rayonu Buduq kənd Sovetinin 1938-1939-cu illərə aid Buduq kəndi üzrə təsərrüfatbaşına kitabda vətəndaş X22 təsərrüfatında 1930-cu ildə anadan olmuş X17 və 1935-ci ildə anadan olmuş X12 onun nəvələri olduğu göstərilmişdir. 1935-ci ildə anadan olduğu qeyd edilmişdir. Quba rayonu, Vladimirovka kənd sovetinin 1951-1953-cü illərə aid Vladimirovka kəndi üzrə təsərrüfatbaşına kitabında 1928-ci ildə anadan olmuş X23 125 saylı təsərrüfatın başçısı olduğu qeyd edilmişdir. İş materiallarında olan Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin xx.xx.2019-cu ilin 1610 nömrəli vərəsəlik işinə əsasən, Ərizəçi xx.xx.2010-cu il tarixdə vəfat etmiş X16 qanun üzrə vərəsəsidir. İş materiallarında olan Quba Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 645 nömrəli məktubuna əsasən X8 qalmış mirasa vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Ərizəçi xx.xx.2024-cü il tarixdə daxil olmuş ərizəsinə baxılmış, qohumluq əlaqələrini müəyyən etmək mümkün olmadığından ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olmaması, həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsinin məqsdədə uyğun olması qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı mərhum X4 Ərizəçi ilə qohumluq münasibətlərində (bibisi) olması, bu barədə doğum haqqında akt qeydləri kitabında məlumat olmadığı üçün ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilməməsi və həmin hüquqi faktın müəyyən edilməsinin ona X3ndan qalmış mirası qəbul etmək və vərəsəlik haqqında şəhadətnamə almaq üçün lazım olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1 maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlanını əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması barədə hüquqi əhəmiyyətli fakt məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 1937-ci ildə Quba rayonu, Buduq kəndində doğulmuş, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X10 Ərizəçi bibisi olması faktı müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. 1937-ci ildə Quba rayonu, Buduq kəndində doğulmuş, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X10 Ərizəçi doğma anası olması olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar