Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1192/2021 17.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı-nin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və s.” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 31.08.2020-ci il tarixli, SBLMB-6551 saylı kredit müqaviləsi üzrə kreditə görə 587,45 manat əsas, faiz borcuna görə 96,33 manat, cərimə borcuna görə 123 manat, borcun cəmi məbləği 806,78 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması; Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi, komplekt - 1 ədəd, çəkisi - 5,8 qr, əyarı - 585; sep-klon - 1 ədəd, çəkisi - 3,1 qr, əyarı - 585; üzük - 1 ədəd, çəkisi - 5,4 qr, əyarı - 585; cəmi: 14,3 qr. ; bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 31.08.2020-ci il tarixli, SBLMB- 6551 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 806,78 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi; girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 31.08.2020-ci il tarixli, SBLMB- 6551 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdehnın digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı-nin “Səbail” filialı ilə Cavabdeh arasında bağlanmış 31.08.2020-ci il tarixli, SBLMB-6551 saylı kredit müqaviləsinə əsasən illik 30 % dərəcəsi olmaqla 18 ay müddətinə 615 manat məbləğində cavabdehə kredit verilmişdir. 31.08.2020-ci il tarixli, SBLMB-6551 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazıh və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh 31.08.2020ci il tarixli, SBLMB-6551 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 587,45 manat əsas, faiz borcuna görə 96,33 manat, cərimə borcuna görə 123 manat, borcun cəmi məbləği 806,78 manat təşkil edir. 31.08.2020-ci il tarixli, SBLMB-6551 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları 31.08.2020-ci il tarixli, SBLMB-6551 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları 31.08.2020-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı-nin “Səbail” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: komplekt - 1 ədəd, çəkisi - 5,8 qr, əyarı - 585; sep-klon - 1 ədəd, çəkisi - 3,1 qr, əyarı - 585; üzük - 1 ədəd, çəkisi - 5,4 qr, əyarı - 585; cəmi: 14,3 qr. Cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyi üçün 31.08.2020-ci il tarixli, SBLMB-6551 saylı kredit müqaviləsi üzrə kreditə görə 587,45 manat əsas, faiz borcuna görə 96,33 manat, cərimə borcuna görə 123 manat, borcun cəmi məbləği 806,78 manat pul tutulmalıdır, tələb girov predmetləri olan adları yuxarıda çəkilən qızıl-zinət əşyalarına yönəldilməlidir, girov predmetləri satıldıqdan sonra əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə yetərli olmazsa, qalan məbləğ borcludan tutulmalıdır. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı-nin “Səbail” filialı ilə Cavabdeh arasında bağlanmış 31.08.2020-ci il tarixli, SBLMB-6551 saylı kredit müqaviləsinə əsasən illik 30 % dərəcəsi olmaqla 18 ay müddətinə 615 manat məbləğində cavabdehə kredit verilmişdir. 31.08.2020-ci il tarixli, SBLMB-6551 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdeh 31.08.2020-ci il tarixli, SBLMB-6551 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 587,45 manat əsas, faiz borcuna görə 96,33 manat, cərimə borcuna görə 123 manat, borcun cəmi məbləği 806,78 manat təşkil edir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsasən cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında 20.04.2021-ci il tarixə İddiaçı-yə kredit kartına dair müqaviləsinə əsasən 587,45 manat əsas, 96,33 manat faiz, 123 manat cərimə borcu olmaqla, cəmi 806,78 manat borcu vardır. İş materiallarında olan 31.08.2020-ci il tarixli, SBLMB-6551 saylı kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh illik 30% dərəcəsi olmaqla 18 ay müddətinə 615 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 31.08.2020-ci il tarixli SBLMB-6551 saylı saxlanc girovu haqqında müqaviləyə əsasən, 31.08.2020-ci il tarixli, SBLMB-6551 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi komplekt - 1 ədəd, çəkisi - 5,8 qr, əyarı - 585; sep-klon - 1 ədəd, çəkisi - 3,1 qr, əyarı - 585; üzük - 1 ədəd, çəkisi - 5,4 qr, əyarı - 585; cəmi: 14,3 qr. Cavabdeh məxsus olan qızıl-zinət əşyaları banka girov qoyulmuşdur. İş materiallarında olan 31.08.2020-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsi və kassaya təhvil verilməsinə dair aktdan görünür ki, 1 ədəd, çəkisi - 5,8 qr, əyarı - 585; sepklon - 1 ədəd, çəkisi - 3,1 qr, əyarı - 585; üzük - 1 ədəd, çəkisi - 5,4 qr, əyarı - 585; cəmi: 14,3 qr. Cavabdeh məxsus olan qızıl-zinət əşyalarının bazar dəyəri 1144,14 manat təşkil etmişdir. İş materiallarında olan 06.10.2020-ci il tarixli bildirişdən görünür ki, İddiaçı tərəfindən cavabdehə 3 iş günü müddətində banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlarla İddiaçı-nin “Səbail” filialı ilə Cavabdeh arasında bağlanmış 31.08.2020-ci il tarixli, SBLMB- 6551 saylı kredit müqaviləsinə əsasən illik 30 % dərəcəsi olmaqla 18 ay müddətinə 615 manat məbləğində kreditin verilməsi, Cavabdeh kredit müqaviləsinin təminatı olaraq özünə məxsus komplekt - 1 ədəd, çəkisi - 5,8 qr, əyarı - 585; sep-klon - 1 ədəd, çəkisi - 3,1 qr, əyarı - 585; üzük - 1 ədəd, çəkisi - 5,4 qr, əyarı - 585; cəmi: 14,3 qr. qızıl-zinət əşyalarını İddiaçı-yə girov qoyması, İddiaçı müqavilə öhdəliklərini yerinə yetirməyərək, iddiaçı təşkilata 587,45 manat əsas, 96,33 manat faiz, 123 manat cərimə borcu olmaqla, cəmi 806,78 manat məbləğində pul hesablanması, həmçinin hazırki iddianın qaldırılması üçün İddiaçı-nin 30 manat dövlət rusumu ödəməsi müəyyən olunmuşdur. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279-cu maddəsininin tələbinə görə girov (ipoteka) saxlayanın tələbinə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi və sair xərclər daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının cavabdehə qarşı yönəltdiyi 587,45 manat əsas borc tələbi və 96,33 manat faiz borcu tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddiaçının cavabdehdən tələb etdiyi 123 manat cərimə növündə dəbbə pulu 587,45 manat əsas borc tələbi və 96,33 məbləğində faiz borcu müqabilində tənasübsüz surətdə yüksək məbləğdir. Ona görə də məhkəmə borcluya hesablanmış cəriməni 12 (on iki) manat məbləğində müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, girov müqaviləsində və digər sənədlərdə tərəflərin razılaşması ilə qızıl-zinət əşyaları göstərilən çəki və əyarda girov qoyulduğu üçün, iddia ərizəsində qeyd olunan 1 ədəd komplekti 585 əyarda 5,8 qram çəkidə, 1 ədəd sep-klonu 585 əyarda 3,1 qram çəkidə, 1 ədəd üzüyü 585 əyarda 5,4 qram çəkidə qəbul edir. Məhkəmə 31.08.2020-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsi və kassaya təhvil verilməsinə dair akta əsasən 585 əyarda 1 ədəd, 5,8 qram çəkidə komplekt, 585 əyarda 1 ədəd, 3,1 qram çəkidə sep-klonu, 585 əyarda 1 ədəd, 5,4 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyalarının ilkin satış qiymətini 1144,14 manat məbləğində müəyyən edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia borcun əvəzinin Cavabdeh mülkiyyətindəki 585 əyarda 1 ədəd, 5,8 qram çəkidə komplekt, 585 əyarda 1 ədəd, 3,1 qram çəkidə sep-klonu, 585 əyarda 1 ədəd, 5,4 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyalarına yönədilməsi və həmin əşyaların açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi hissəsində də təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia girov qoyulmuş qızıl-zinət əşyaları borcun ödənilməsinə kifayət etmədikdə borcun cavabdehin digər əmlaklarına yönəldilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iddia ərizəsində 31 avqust 2020-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən əsas borc, faiz borcu və cərimə məbləği olmaqla iddiaçıya olan ümumi borcun tutulması tələbi qoyulmuş və məhkəmə tərəfindən cavabdehdən 587,45 manat əsas borc, 96,33 manat faiz və 12 manat cərimə məbləğinin tutularaq, iddiaçı banka ödənilməsi, borcun əvəzinin Cavabdeh mülkiyyətindəki qızıl-zinət əşyalarına yönədilməsi və həmin əşyaların açıq hərracda satılaraq tələb olunan borcun ödənilməsi nəticəsinə gəlinmişdir. Bu nəticəyə görə cavabdeh 31 avqust 2020-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya olan ümumi borcun ödənilməsi öhdəliyi daşıyır. Belə olan halda girov qoyulan qızıl-zinət əşyalarının satışından əldə edilən vəsait kifayət etmədikdə, qalan məbləğin də ödənilməsi sözsüz ki, cavabdehin üzərinə düşür. 31 avqust 2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış ümumi borcun cavabdehdən tutulması halında, girov qoyulan əşyaların satışından əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi tələbi əsassız və absurd bir tələbdir. Belə ki, bu tələb qətnamənin icrası qaydasına aiddir və qətnamə qanuni qüvvəyə mindikdən sonra «İcra haqqında» Azərbaycan Respublikası Qanununun müdədaları ilə tənzimlənir. Qətnamənin icraya yönəlmədiyi halda, icra prosedurlarına aid məsələnin hazırki işdə tələb kimi qoyulması düzgün deyildir və əsassızdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı-nin xeyrinə 31.08.2020-ci il tarixli, SBLMB-6551 saylı kredit (borc) və girov müqaviləsi üzrə 587,45 manat əsas, 96,33 manat faiz, 12 manat cərimə borcu olmaqla, cəmi 695,78 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalı, 31.08.2020-ci il tarixli, SBLMB-6551 saylı kredit (borc) və girov müqaviləsinin təminatı olaraq girov qoyulmuş Cavabdeh mülkiyyətində olan 585 əyarda 1 ədəd, 5,8 qram çəkidə komplekt, 585 əyarda 1 ədəd, 3,1 qram çəkidə sep-klonu, 585 əyarda 1 ədəd, 5,4 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyalarına yönəldilməli, 585 əyarda 1 ədəd, 5,8 qram çəkidə komplekt, 585 əyarda 1 ədəd, 3,1 qram çəkidə sep-klonu, 585 əyarda 1 ədəd, 5,4 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyalarının ilkin satış qiyməti 1144,14 manat məbləğində müəyyən edilməli, həmin əşyalar açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçı-yə olan 587,45 manat əsas, 96,33 manat faiz, 12 manat cərimə borcu olmaqla, cəmi 695,78 manat məbləğində borcu və 30 manat dövlət rüsumu ödənilməli, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi girov qoyan Cavabdeh verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh İddiaçı-nin xeyrinə 31.08.2020-ci il tarixli, SBLMB-6551 saylı kredit (borc) və girov müqaviləsi üzrə 587,45 manat əsas, 96,33 manat faiz, 12 manat cərimə borcu olmaqla, cəmi 695,78 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun; İddiaçı-nin tələbi 31.08.2020-ci il tarixli, SBLMB-6551 saylı kredit (borc) və girov müqaviləsinin təminatı olaraq girov qoyulmuş Cavabdeh mülkiyyətində olan 585 əyarda 1 ədəd, 5,8 qram çəkidə komplekt, 585 əyarda 1 ədəd, 3,1 qram çəkidə sep-klonu, 585 əyarda 1 ədəd, 5,4 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyalarına yönəldilsin, 585 əyarda 1 ədəd, 5,8 qram çəkidə komplekt, 585 əyarda 1 ədəd, 3,1 qram çəkidə sep-klonu, 585 əyarda 1 ədəd, 5,4 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyalarının ilkin satış qiyməti 1144,14 manat məbləğində müəyyən edilsin, həmin 585 əyarda 1 ədəd, 5,8 qram çəkidə komplekt, 585 əyarda 1 ədəd, 3,1 qram çəkidə sep-klonu, 585 əyarda 1 ədəd, 5,4 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyaları açıq hərracda satılsın və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçı-yə olan 587,45 manat əsas, 96,33 manat faiz, 12 manat cərimə borcu olmaqla, cəmi 695,78 manat məbləğində borc və 30 manat dövlət rüsumu ödənilsin, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi girov qoyan Cavabdeh oğluna verilsin; İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1192/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1192/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver