Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1209/2023 25.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3, İddiaçı4, Cavabdeh2, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X11 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə, üçüncü şəxslər "xxxx" MMC-yə və “X18” MMC-yə qarşı “hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi, alğı-satqı müqaviləsinin, çıxarışın ləğv edilməsi və əmlakın geri qaytarılması”, iddiaçılar İddiaçı4, İddiaçı5, İddiaçı6 Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qusar rayon Notariat Ofisinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab olunması”, İddiaçı3 Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs Qusar rayon Dövlət Notariat Kontoruna qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X14 yekunları barədə 87 nömrəli xx.xx.2018-ci il tarixli protokolunun etibarsız hesab edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində qeydə alınmış mülkiyyət hüquqlarının (********** qeydiyyat nömrəli. **********06-06301 reyestr nömrəli) Qusar rayon notariat ofisinin xüsusi notariusu tərəfindən bağlanmış 19 07.2022-ci il tarixli 4Ə-1601 saylı alğı-satqı müqaviləsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində qeydə alınmış mülkiyyət hüquqlarının (********** qeydiyyat nömrəli 30301 1000206-06301 reyestr nömrəli) ləğv edilməsi, həmçinin icarə hüquqlarının bərpa edilərək, əmlakın onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizələrini onunla əsaslandırmışlar ki, “Gülüstan" firması ilə İddiaçı1 arasında bağlanmış 20 aprel 2017-ci il tarixli müqaviləyə əsasən firmanın daimi istifadəsində olan 1,7 ha torpaq sahəsinin 0,0096 ha hissəsi İddiaçı1 49 il müddətinə icarəyə verilmişdir. Həmçinin “Gülüstan' firması ilə İddiaçı2 arasında bağlanmış 01 aprel 2017-ci il tarixli müqaviləyə əsasən firma mülkiyyətində olan inzibati binanın içərisindən 13 kv.metr olan otağı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı2 2047-ci il tarixə kimi icarəyə vermişdir. Qeyd olunan müqaviləyə “Gülüstan” firmasına məxsus qeyri-yaşayış binası Quba Rayon şöbəsinin xx.xx.2018-ci il tarixli məktubuna əsasən qanunsuz olaraq hərraca çıxarılaraq dəyərindən qat-qat aşağı məbləğə Cavabdeh1 satılmışdır. Hərrac keçirilərkən onlara və digər mülkiyyətçilərə heç bir məlumat və xəbərdarlıq edilməmiş, firma qərəzli şəkildə borclandırılaraq guya hərraca çıxarılaraq satılmış, nəticədə əldə edilmiş vəsait yenidən firmanı borclandıran şəxsə - cavabdehin atası Yunis Əliyevə çatmışdır. Daha sonra Cavabdeh1 qeyd olunan əmlaka dair xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, **********06-06301 reyestr nömrəli çıxarış alaraq əmlakı 19 iyul 2022-ci il tarixli 4Ə-1601 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-yə satmışdır. Hazırda həmin əmlak "xxxx" MMC-nin mülkiyyətindədir. Atasının vəfatından sonra mübahisə predmetini təşkil edən əmlak hərrac yolu ilə cavabdehlərin adına qeydiyyata alınmışdır. Göründüyü kimi qanunsuz aparılmış sənədləşmə işi nəticəsində onlara mülkiyyət və icarə hüquqları kobud şəkildə pozulmuş və həmin qanunsuzluq hazırda da davam etməkdədir. İddiaçı X30 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Yunus qızı ilə “X58 MMC” ilə Qusar Rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş - Quba Şəhəri Heydər Əliyev prospekti 194 N-li ünvanda yerləşən 0,02472 ha torpaq sahəsinə və həmin sahədə yerləşən 298,5 kv metr qeyri-yaşayış binasının satılmasına dair 19 iyul 2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun həyat yoldaşı X10 avtovağzalında müxtəlif vəzifələrdə çalışmış və o, vəfat etmişdir. Həyat yoldaşı R.Xəlilov vəfat etdikdən sonra Quba avtovağzalı bazasında “Gülüstan” firması yaradılmış və onun həyat yoldaşı R.Xəlilov qeyd olunan müəssisənin səhmlərində 14,738 % payı olmuş və vərəsə kimi onun payını tələb etmək hüququ yaranmışdır. Quba avtovağzalı bazası əsasında yaranmış “Gülüstan” fırrmasma rəhbərlik edən Yunis Mirzəyev saxtakarlıq yolu ilə həmin qeyri-yaşayış obyektini qızı Cavabdeh1 adına rəsmiləşdirmiş və Cavabdeh1 bu hüquqdan sui-istifadə edərək bütün payçıların hüquqlarını pozaraq öz adına çıxarış alaraq həmin qeyri-yaşayış obyektini özgəninkiləşdirmişdir. İddiaçılar İddiaçı4, İddiaçı5 və İddiaçı6 məhkəməyə ərizə ilə müraciət edərək, Qusar rayon notariat ofisində xx.xx.2022-ci ildə Cavabdeh2 və X31 arasında olunmuş AN-İ№ ******* saylı Alqı-satqı müqaviləsin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddia ərizələrini onunla əsaslandırmışlar ki, 1999-cu ildə çek və nəğd pul vəsaiti qoyaraq Gülüstan firmasını yaratmışlar. Onlar təsisçilər öz aralarında iclas keçirərək Cavabdeh2 öz firmalarına icraçı direktor təyin etmişlər. Gülüstan firmasının 17 təsisçisi olmasına baxmayaraq icraçı direktor Cavabdeh2 onların yəni bütün təsisçilərin iştirakı və razılığı olmayaraq, əlavə tanımadıqları şəxsi təsisçi kimi əlavə edərək yaratdıqları Gülüstan firmasını sataraq təsisçi payların (manatlarla) düzgün yazmayaraq Gülüstan Firmasın qanunsuz olaraq alğı-satqı etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və İddiaçı2 iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş İddiaçı3 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı5 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı4 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X18” MMC məhkəməyə ərizə ilə müraciət edərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Həmçinin, üçüncü şəxs "xxxx" MMC etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli 4Ə-1601 saylı alqı-satqı müqaviləsi bağlanmış və bu müqavilə əsasında Cavabdeh1 Quba şəhəri, Heydər Əliyev prospekti 194 ünvanda 0.02472 ha torpaq sahəsində yerləşən 298.5 kv.metr qeyri-yaşayış binasını "xxxx" MMC-yə satmışdır. Alıcı - "xxxx" MMC mübahisə predmeti olan qeyri-yaşayış binasını notarial qaydada imzalanmış müqavilə əsasında almış, alqı-satqı zamanı əmlaka dair heç bir yüklülük və ya mübahisə mövcud olmamışdır. İş materiallarında olan sənədlərdən də görünür ki, hazırkı iddiaçılar Cavabdeh1 ilə qarşılıqlı razılaşmaları olmuş və obyektin satılması nəticəsində əldə edilmiş vəsaitin müəyyən məbləği onlar arasında bölüşdürülmüşdür. Hazırda iddiaçılar əsassız iddialar qaldıraraq obyektin mülkiyyətçisi "xxxx" MMC-yə öz mülkiyyəti üzərində sahiblik və mülkiyyət hüquqularının sərbəst şəkildə həyata keçirməsinə maneələr yaratmaqdadırlar. Qanunvericilik dəqiq müəyyən etmişdir ki, vicdanlı alıcı olan üçüncü şəxslərin hüquqları qorunmalıdır. Həmçinin iddiaçılar vərəsəlik hüquqları əsasında tələblər irəli sürsələr də onların mirası qəbul edib-etməmələri, ümumiyyətlə vərəsə olmaları təqdim etdikləri sənədlərlə müəyyənləşməmişdir. Yəni iddiaçıların iddia üzrə subyektiv hüquqlarının yaranıb-yaranmadığı müəyənləşdirilməmişdir. Odur ki, iddia əsassız və qanunsuz olduğu üçün rədd edilməsi barədə qərar qəbul etmənizi xahiş etmişdir. Bundan başqa Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, İddiaçı6, üçüncü şəxslər X18” MMC və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qusar rayon Notariat Ofisi məhkəmə iclasında iştirakın təmin etməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin 2-12.2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsindən görünür ki, ilkin iddia ərizəsi üzrə X4 “Gülüstan” firmasından mülkiyyət hüququ üzrə payının natura şəkilində ayrılması barədə iddia tələbi rədd edilmişdir. Cavabdeh2 və qeyrilərinin “Quba” avtovağzalının bazasında yaradılan Gülüstan firmasının mülkiyyətində olan paylarının müəyyən edilməsi üzrə iddia tələbi təmin edilmiş və “Quba” avtovağzalının özəlləşdirilməsi nəticəsində yaradılmış Gülüstan firmasının dövlət tərəfindən firmanın işçilərinə bağlanmış əmlak payı nəzərə alınmaqla ayrı-ayrı işçilərin əmlak payının X4 adına özəlləşdirilməsi rəsmiləşdirilən 56.154.040 manat dəyərində əmlakın faizlə nisbətdə müəyyən edilmişdir. İş materiallarında olan Quba RİHB-nın xx.xx.2003-cü il tarixli Sərəncamından görünür ki, Quba şəhəri “Gülüstan” firmasına təsdiq olunmuş layihə əsasında avtovağzalın ərazisində yenidən qurma işləri ilə əlaqədar yeni perronun və ticarət obyektlərinin tikilməsinə icazə verilmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-5955/2016 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh “Gülüstan” fırmasından əmək haqql borcu üzrə 659 manat 60 qəpik, son haqq-hesab üzrə 857 manat 36 qəpik, cəmi 1516 manat 96 qəpik məbləğində pul alınaraq Cavabdeh2 xeyrinə, 609 manat 60 qəpik əmək haqqı borcu, son haqq hesab üzrə 598 manat 27 qəpik, cəmi 1207 manat 87 qəpik məbləğində pul X1 xeyrinə ödənilməlidir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-102/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seryalı, ******* saylı çıxarış qeydə alınmış qeyri-yaşayış binasının paylı əmlakındakı 25 payının nəvəsi X12 bağışlanması ilə bağlı notariat hərəkətlərinin aparılması Quba rayon Notariat Kontorunun xüsusi notariusu X32 həvalə edilmişdir. İş materiallarında olan 01 aprel 2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı2 ilə Mirabdulla Rzayev arasında xx.xx.2047-ci il tarixədək icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan 20 aprel 2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı2 ilə Mirabdulla Rzayev arasında xx.xx.2066-ci il tarixədək icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********06-06301 reyestr nömrəli Çıxarışından görünür ki, Quba şəhəri, Heydər Əliyev prospekti 194 ünvanında yerləşən qeyri-yaşayış binası X19 29.8 pay, X15 7.7 pay, X16 7.5 pay, X20 5.2 pay, X33 0.5 pay, X34 5.2 pay, X6 0.7 pay, İddiaçı4 5.4 pay, İddiaçı5 4.4 pay, X35 1.5 pay, X21 29.3 pay, X13 1.7 pay, X41 1.6 pay, İddiaçı6 1.0 pay, İddiaçı3 və X7 1 pay olaraq qeyd olunan şəxslərin paylı mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh3 xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 2(027)-5955/2016 saylı icra sənədinə əsasən “Gülüstan” firmasıa məxsus Quba şəhəri, Heydər Əliyev prospekti 194 ünvanında yerləşən qeyri-yaşayış binası "xxxx" MMC tərəfindən 21.000 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Hərrac yekunları barədə protokoldan görünür ki, Azərbaycan Respublikası Quba rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(027)-5955/2016 saylı icra sənədinə əsasən Quba şəhəri, Heydər Əliyev prospekti 194 ünvanında yerləşən qeyri-yaşayış binası 18900 manata Cavabdeh1 Yunus qızına satılmışdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03-06301 reyestr nömrəli Çıxarışından görünür ki, Quba şəhəri, Heydər Əliyev prospekti, 194 ünvanında yerləşən 298.5 kv.m olan qeyri-yaşayış binası Cavabdeh1 mülkiyyətində olmuşdur. İş materiallarında olan notariat qaydada təsdiqlənmiş ərizələrdən görünür ki, İddiaçı4, X13, X35, X25, X21, İddiaçı6, X26, X17, X6 və X3 şəhəri, Heydər Əliyev prospekti 194 ünvanında yerləşən qeyri-yaşayış binasının Cavabdeh1 və ya onun etibar etdiyi tərəfindən istənilən qiymətə satılmasına etiraz etmirlər və bununla əlaqədar hər hansı bir iddia və təlbələri olmayacaqdır. İş materiallarından görünür ki, iddiaçı X21 və İddiaçı4 cavabdehlər “X18” MMC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DİDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (Cavabdeh3, Cavabdeh1, “Gülüstan” firması, X25, X17, İddiaçı6, X8, X33, X13 və X35 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsinə tələblərinə dair iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13 dekabr 2019cu il tarixli, 2(005)-1138/2019 saylı qətnaməsindən görünür ki, iddia tələbləri təmin edilmiş, “X18” MMC-nin “hərrac yekunları barədə” xx.xx.2018-ci il tarixli, 87 nömrəli protokolu etibarsız hesab edilmiş, Quba şəhəri, Heydər Əliyev prospekti 194 ünvanında yerləşən, ümumi sahəsi 298.5 kv.m olan qeyri-yaşayış binasına dair Cavabdeh1 verilmiş xx.xx.2018ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilərək ləğv edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3565/2020 saylı, 16 iyun 2020-ci il tarixli qərardadından görünür ki, İddiaçılar X9 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 saylı Xaçmaz ərazi idarəsinə və qeyrilərinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 16 iyun 2020-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilmişdir. 1.1. “Birinci” və “İkinci” iddaçı və “Hər iki iddianı müdafiə edən və maraqlarına toxunulan şəxslər”. 1.2. Maraqlarına toxunulan-cavabdeh şəxs” Cavabdeh1 Yunus qızı iddiaçılar X21 və İddiaçı4 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-l 138/2019 saylı qətnaməsinə əsasən “X18” MMC-nin “Hərracın yekunlan barədə” 29 mart 2018-ci il tarixli 87 nömrəli protokolunun etibarsız hesab edilməsi, “Qiymətləndirmə Xidməti Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin 08 yanvar 2018-ci il tarixli QR-753 nömrəli “Qiymətləndirmə rəyinin ləğv edilməsi, ünvan 4 ünvanında 0,02472 bekar tapaq mhəri üzərində yerləşən, ümumi sahəsi 298,5 kv.m olan qeyri-yaşayış binasına dair Cavabdeh1 Yunus qızının adına verilmiş 30 may 2018-ci il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışı ləğv etmək hüququnu tanıyır. 1.3. Birinci iddiaçı" X21, “ikinci iddiaçı” İddiaçı4 və "Hər iki iddianı müdafiə edən və maraqlarına toxunulan şəxslər” X33, X6, X35, X17, X25, İddiaçı6, X13 və X8 “Maraqlarına toxunulan cavabdeh şəxs" Cavabdeh1 Yunus qızma və üçüncü şəxs “Gülüstan" firmasına qarşı irəli sürdükləri hər iki iddiadan imtina edirlər və işin icraatına xitam verilməsinə razılıq verirlər və bu işlə bağlı bütün digər artıq başlanmış və başlanması nəzərdə tutulan məhkəmə çəkişmələrindən imtina edirlər və “Maraqlarına toxunulan-cavabdeh şəxs Cavabdeh1 Yunus qızı bu sazişin 2.2.1-ci bəndində qeyd olunan öhdəliyi məhkəmə tərəfindən sazişin təsdiqlənərək qanuni qüvvə aldığı tarixdən 6 (altı) ay ərzində icra etməyi öhdəsinə götürür. 1.4. Təsisçiləri olduqları “Gülüstan” firması tərəfindən irəli sürülən bütün iddia tələblərinin geri çağrılması üçün firmanın rəhbərliyinə nüvafıq göstəriş verirlər. 1.5. “Maraqlarına toxunulan-cavabdeh şəxs” Cavabdeh1 Yunus qızı öz növbəsində “Birinci iddiaçı” X21, “ikinci iddiaçı" İddiaçı4 və "Hər iki iddianı müdafiə edən və maraqlarına toxunulan şəxslər" X33, X6, X35, X17, X25, İddiaçı6, X13 və X8 qarşısında öhdəlik götürür ki. ona qarşı irəli sürülmüş hər iki iddiadan imtina edilməsi və işin icraatına xitam verilməsinə razılıq verilməsi və onların bu müqavilədə göstərilən digər hərəkətlərdən imtinası müqabilində, mülkiyyətində olan və mübahisə predmetinin əsasını təşkil edən, Quba şəhəri H.Əliyev prospekti 194 ünvanında 0,022472 hektar torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 298,5 kv.metr olan qeyri-yaşayış binasının satışından əldə ediləcək məbləğin 35%-ni (otuz beş) “Birinci iddiaçı” X21, “İkinci İddiaçı4 və “Hər iki iddianı müdafiə edən və maraqlarına toxunulan şəxslər” X33, X6, X35, X17, X25, İddiaçı6, X13 və X5 notariat qaydasında nümayəndə etdikləri şəxsə verilməsinə razılıq verir. 1.6. “Maraqlarına toxunulan-cavabdeh şəxs" habelə öhdəlik götürür ki, mülkiyyətində olan və mübahisə predmetinin əsasını təşkil edən, Quba şəhəri H.Əliyev prospekti 194 ünvanında 0,022472 hektar torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 298,5 kv.m. olan qeyri-yaşayış binasını hər hansı bir üçüncü şəxsə bağışlamaycaq və bu əmlakla bağlı “Birinci” və “İkinci” iddaçının, habelə “Hər iki iddiam müdafiə edən və maraqlarına toxunulan şəxslər” in bu müqavilənin 2.2.1-ci maddəsi ilə təsdiq edilən mənafelərinə zidc sərəncam verməyəcək. 1.7. “Maraqlarına toxunulan-cavabdeh şəxs” öhdəlik götürür ki, adı çəkilən binanın real dəyərinə xələl gətirə biləcək heç bir hərəkət etməyəcək, binanın konstruktiv elementlərini dəyişdirməyəcəkdir. 1.8. “Maraqlarına toxunulan-cavabdeh şəxs” öhdəlik götürür ki, gələcəkdə “Gülüstan" firmasına qarşı bütün iddialardan imtina edir. 1.9. Mülkiyyətində olan və mübahisə predmetinin əsasını təşkil edən binanın qorunub saxlanılması üçün bütün zəruri xərcləri öz üzərinə götürür və müvafiq vergi və sair ödənişləri öz vəsaiti hesabına həyata keçirir. Binanın istismarı və istifadəsi ilə bağlı yarana biləcək bütün borclara görə məsuliyyət daşıyır. 1.10. Binanın satılması ilə bağlı müştəri ilə danışıqlara başlayarkən bu barədə mütləq "Birinci" və "İkinci" iddaçı və “Hər iki iddianı müdafiə edən və maraqlarına toxunulan şəxslər'ün notariat qaydasında nümayəndə etdikləri şəxsə əv. əlcədən məlumat verir və satışla bağlı bütün aparılan danışıqlarda onun iştirakını təmin edir. 1.11. Satış prosesi zamanı bu müqavilənin 2.2.6-cı maddəsinə əsasən tərəflərin nümay əndə etdikləri şəxsin əqdin notariat qaydasında bağlanmasında iştirakını təmin edir və həmin əmlakın satışından əldə edilən pul vəsaitinin 35%-nin (otuz beş faiz) həmin şəxsin adına depozitə qoyulmasına razılıq verir. 1.12. Mülkiyyətində olan və mübahisə predmetinin əsasını təşkil edən binanı heç bir halda 3 milyon manatdan aşağı qiymətə satmayacağını öhdəsinə götürür. 1.13. “Mülki iş üzrə maraqlarına toxunulan “Gülüstan” firmasının digər təsisçiləri”: 1.14. X15, İddiaçı3, X41, İddiaçı5 və X19, mülki mübahisə üzrə tərəflərin bu müqavilə əsasında bağladıqları sazişin şərtləri ilə qeyri-şərtsiz razı olduqlarını təsdiq edirlər.” Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli 2(005)- 1138/2019 saylı qətnaməsi ləğv edilərək həmin mülki işin icraatına xitam verilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli 2(006)- 2786/2019 saylı qərardadı ilə Quba şəhəri H.Əliyev prospekti 194 ünvanında 0,02472 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 298,5 kv.m olan qeyri-yaşayış binasının üzərinə qoyulmuş həbs götürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 4-Ə-1601 reyestr nömrəli alğı-satqı müqaviləsindən görünür ki, mülkiyyətçi Cavabdeh1 Yunus qızının adından Cavabdeh2 Quba şəhəri, Heydər Əliyev prospekti, 194 ünvanında yerləşən 298.5 kv.m olan qeyriyaşayış binasını "xxxx" MMC-yə 620.000 manata satmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh2 tərəfindən X2 hesabına satışdan əldə olunan gəlirin payçılar arasında bölünməsi üçün 217000 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, etibarnamə ilə iddiaçılar tərəfindən alğı-satqıda iştirak edən Ramazanov Qoşqar məlumat verərək, Quba şəhəri, Heydər Əliyevprospekti 194 ünvanında yerləşən Cavabdeh1 məxsus mülkiyyətin 620.000 manata satılmasında iştirak etdiyini və məhkəmə qərardadına əsasən mülkiyyətçinin etibar etdiyini, məhkəmə qərardadına əsasən mülkiyyətinin etibar etdi şəxs Cavabdeh2 tərəfindən X2 hesabına alğı-satqı predmetinin dəyərinin 35% olmaqla 217.000 manat vəsaitin köçrüldüyünü bildirmişdir. Köçürülmüş məbləğ barışıq müqaviləsindəki subyektlər arasında onların “Gülüstan” fırmasının nizamnaməsindəki paylarına uyğun bölünmüşdür. X19 29.8 pay – 67.000 manat, X15 7.7 pay – 15.600, X16 7.5 pay – 15.100 manat, X20 5.2 pay – 10.500 manat, X33 0.5 pay – 1000 manat, X34 5.2 pay – 10.500 manat, X6 0.7 pay – 1400 manat, İddiaçı4 5.4 pay – 10.900 manat, İddiaçı5 4.4 pay – 8900 manat, X35 1.5 pay – 3000 manat, X21 29.3 pay – 61.500 manat, X13 1.7 pay – 3400 manat, X41 1.6 pay – 3200 manat, İddiaçı6 1.0 pay – 2000 manat və İddiaçı3 1.5 pay – 3000 manat olmaqla ümumilikdə 217.000 manat məbləğində pul 103 pay əsasında bölünmüşdür. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********06-06301 reyestr nömrəli Çıxarışından görünür ki, Quba şəhəri, Heydər Əliyev prospekti 194 ünvanında yerləşən qeyri-yaşayış binası "xxxx" MMC-nin mülkiyyətindədir. İş materiallarında olan Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisininin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli, V-817 reyestr nömrəli vərəsəlik işinə əsasən İddiaçı3 xx.xx.2023-cü il tarixdə vəfat etmiş X22 qanun üzrə vərəsələri sırasına daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasəm Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Etibarsız əqdlər, əsasən iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün məhkəmə qərarının tələb edilməsi meyarına görə. Əqdin elementinin qüsurlu olması meyarına görə etibarsız əqdlərin də dörd növü fərqləndirilir: subyektiv tərkibi qüsurlu olan etibarsız əqdlər; iradəsi qüsurlu olan etibarsız əqdilər; forması qüsurlu olan etibarsız əqdlər; məzmunu qüsurlu olan etibarsız əqdlər. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fərqləndirilir: daxili iradə olmadan bağlanan əqd; daxili iradəsi düzgün formalaşmayan əqdlər. Həmin Məcəllənin 269.4, 269.5-ci maddələrinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinin tələbinə görə, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 368-ci maddəsinin tələbinə görə, Vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Həmin Məcəllənin 372-ci maddəsinin tələbinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. (maddə (372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. (maddə 372.2.). Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinin tələbinə görə, Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375-ci maddəsinin tələbinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. (maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. (maddə 375.2.). Həmin Məcəllənin 377-ci maddəsinin tələbinə görə, İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. (maddə 377.1.). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. (maddə 377.3.). Mülki Məcəllənin 374-cü maddəsinə əsasən Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 337.3-337.4-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-340.2-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.6-cı maddəsinə əsasən əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. İpoteka Haqqında Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinə əsasənbu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarizli Qərarında qeyd edimişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Hərracın yekunları barədə protokolun və alğı-satqı müqaviləsinin etibarsız olması üçün iş materillarından hər hansı bir sübut mövcud deyil. İddiaçının iddia ərizəsində irəli sürdüyü dəlillər yalnız formal mülhaizələr olmaqla qanunverciliklə müəyyən olunmuş qaydada sübuta yetirilmir. Məhkəmə hesab edir ki, hazırkı işdə Azərbaycan Respublikasının Mülki Məcəlləsin 337 və 340-cı maddəsinin dispozitiv şərtlərinin mövcudluğu təsdiq olunmur. Məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir: 1.Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********06-06301 reyestr nömrəli Çıxarışa əsasən, Quba şəhəri, Heydər Əliyev prospekti 194 ünvanında yerləşən qeyri-yaşayış binası X19 29.8 pay, X15 7.7 pay, X16 7.5 pay, X20 5.2 pay, X33 0.5 pay, X34 5.2 pay, X6 0.7 pay, İddiaçı4 5.4 pay, İddiaçı5 4.4 pay, X35 1.5 pay, X21 29.3 pay, X13 1.7 pay, X41 1.6 pay, İddiaçı6 1.0 pay, İddiaçı3 və X7 1 pay olaraq qeyd olunan şəxslərin paylı mülkiyyətində olmuşdur. 2.Quba rayon Məhkəməsinin 2(027)-5955/2016 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə, cavabdeh “Gülüstan” fırmasından əmək haqql borcu üzrə 659 manat 60 qəpik, son haqq-hesab üzrə 857 manat 36 qəpik, cəmi 1516 manat 96 qəpik məbləğində pul alınaraq Cavabdeh2 xeyrinə, 609 manat 60 qəpik əmək haqqı borcu, son haqq hesab üzrə 598 manat 27 qəpik, cəmi 1207 manat 87 qəpik məbləğində pul X1 xeyrinə ödənilməlidir. Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 2(027)- 5955/2016 saylı icra sənədinə əsasən “Gülüstan” firmasıa məxsus Quba şəhəri, Heydər Əliyev prospekti 194 ünvanında yerləşən qeyri-yaşayış binası "xxxx" MMC tərəfindən 21.000 manat dəyərində qiymətləndirilmişdir. xx.xx.2018-ci il tarixli hərrac əsasında Azərbaycan Respublikası Quba rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(027)- 5955/2016 saylı icra sənədinə əsasən Quba şəhəri, Heydər Əliyev prospekti 194 ünvanında yerləşən qeyri-yaşayış binası 18900 manata Cavabdeh1 Yunus qızına satılmışdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********03-06301 reyestr nömrəli Çıxarışın əsasən Quba şəhəri, Heydər Əliyev prospekti, 194 ünvanında yerləşən 298.5 kv.m olan qeyri-yaşayış binası Cavabdeh1 mülkiyyətində olmuşdur. 3.Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 2(005)- 1138/2019 saylı qətnaməsi ilə, “X18” MMC-nin “hərrac yekunları barədə” xx.xx.2018-ci il tarixli, 87 nömrəli protokolu etibarsız hesab edilmiş, Quba şəhəri, Heydər Əliyev prospekti 194 ünvanında yerləşən, ümumi sahəsi 298.5 kv.m olan qeyri-yaşayış binasına dair Cavabdeh1 verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilərək ləğv edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3565/2020 saylı, 16 iyun 2020-ci il tarixli qərardadı ilə, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli 2(005)- 1138/2019 saylı qətnaməsi ləğv edilərək həmin mülki işin icraatına xitam verilmişdir. 4.xx.xx.2022-ci il tarixli, 4-Ə-1601 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən mülkiyyətçi Cavabdeh1 Yunus qızının adından Cavabdeh2 Quba şəhəri, Heydər Əliyev prospekti, 194 ünvanında yerləşən 298.5 kv.m olan qeyri-yaşayış binasını "xxxx" MMC-yə 620.000 manata satmışdır. Köçürülmüş məbləğ barışıq müqaviləsindəki subyektlər arasında onların “Gülüstan” fırmasının nizamnaməsindəki paylarına uyğun bölünmüşdür. X19 29.8 pay – 67.000 manat, X15 7.7 pay – 15.600, X16 7.5 pay – 15.100 manat, X20 5.2 pay – 10.500 manat, X33 0.5 pay – 1000 manat, X34 5.2 pay – 10.500 manat, X6 0.7 pay – 1400 manat, İddiaçı4 5.4 pay – 10.900 manat, İddiaçı5 4.4 pay – 8900 manat, X35 1.5 pay – 3000 manat, X21 29.3 pay – 61.500 manat, X13 1.7 pay – 3400 manat, X41 1.6 pay – 3200 manat, İddiaçı6 1.0 pay – 2000 manat və İddiaçı3 1.5 pay – 3000 manat olmaqla ümumilikdə 217.000 manat məbləğində pul 103 pay əsasında bölünmüşdür. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********06-06301 reyestr nömrəli Çıxarışından görünür ki, Quba şəhəri, Heydər Əliyev prospekti 194 ünvanında yerləşən qeyri-yaşayış binası "xxxx" MMC-nin mülkiyyətindədir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən "xxxx" MMC vicdanlı alıcıdır. Belə ki, Qanunvericilik dəqiq müəyyən etmişdir ki, vicdanlı alıcı olan üçüncü şəxslərin hüquqları qorunmalıdır. Həmçinin iddiaçılar İddiaçı1 və İddiaçı2 vərəsəlik hüquqları əsasında tələblər irəli sürsələr də onların mirası qəbul edib-etməmələri, ümumiyyətlə vərəsə olmaları təqdim etdikləri sənədlərlə müəyyənləşməmişdir. Yəni iddiaçıların iddia üzrə subyektiv hüquqlarının yaranıb-yaranmadığı müəyyənləşdirilməmişdir. Bundan başqa, İddiaçı3 19 iyul 2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, araşdırma zamanı 19 iyul 2021-ci il tarixli alğı-satqı müqaviləsinin mövcud olmadığı müyyən edilmişdir. Bundan başqa, hal-hazırda Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3565/2020 saylı, 16 iyun 2020-ci il tarixli qərardadı qüvvədədir. Həmin qərardad əsasında tərəflər arasında barışıq sazişi məhkəmə qaydasında təsdiq edilmişdir. İddiaçıların hazırki iddia ilə məhkəməyə müraciət etmələri əsassızdır. Belə ki, hazırki işdə olan tərəflərin bəzilərinin də iştirak etdiyi eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcuddur. İddiaçılar ilk növbədə Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 3565/2020 saylı, 16 iyun 2020-ci il tarixli qərardadından şikayət verməli və ya barışıq sazişinin ləğv edilməsi barədə iddia ilə məhkəməyə müraciət etməli idilər. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəf tələb üzrə iddia müddətini ötürmüşdür. Belə ki, C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir. Mülki Məcəlləsinin 367.1-ci maddəsinin tələbinə görə, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 368-ci maddəsinin tələbinə görə, vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Həmin Məcəllənin 372-ci maddəsinin tələbinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə (372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. (maddə 372.2.). Həmin Məcəllənin 374.1-ci maddəsinin tələbinə görə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375-ci maddəsinin tələbinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir (maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2.). Həmin Məcəllənin 377-ci maddəsinin tələbinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (maddə 377.1.). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (maddə 377.3.). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. Mülki Məcəlləninin 354-cü maddəsində müəyyən edilmiş müddətlər iddia müddəti deyil, “mübahisələndirilən əqdin etibarsız sayılması barədə” və “əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi barədə” mülki hüququn həyata keçirilməsi müddətidir. Bu səbəbdən həmin müddətlər bitdikdə məhkəmə cavabdehin “müddətin tətbiqi barədə” ərizə verib-vermədiyindən asılı olmayaraq müddəti tətbiq edərək iddianı rədd etməlidir. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə, üçüncü şəxslər "xxxx" MMC-yə və “X18” MMC-yə qarşı “hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi, alğı-satqı müqaviləsinin, çıxarışın ləğv edilməsi və əmlakın geri qaytarılması”, iddiaçılar İddiaçı4, İddiaçı5, İddiaçı6 Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qusar rayon Notariat Ofisinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab olunması”, İddiaçı3 Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs Qusar rayon Dövlət Notariat Kontoruna qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbləri təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə, üçüncü şəxslər "xxxx" MMC-yə və “X18” MMC-yə qarşı “hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi, alğı-satqı müqaviləsinin, çıxarışın ləğv edilməsi və əmlakın geri qaytarılması”, iddiaçılar İddiaçı4, İddiaçı5, İddiaçı6 Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qusar rayon Notariat Ofisinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab olunması”, İddiaçı3 Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs Qusar rayon Dövlət Notariat Kontoruna qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbləri təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1209/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1209/2023
25.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver