Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1245/2023 14.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı qanuni nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpağın özgənin sahibliyindən geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı torpağın özgənin sahibliyindən geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçına məxsus Quba rayonu Xırt kəndi ərazisində yerləşən 153 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu, “Təngə” sovxozunun AİK-nın Xırt kəndində İddiaçı yaradılması ilə əlaqədar 14 oktyabr 1995-ci il tarixli, 07 saylı qərarı ilə İddiaçı yaradılmış və Quba rayon Aqrar İslahat Komissiyasının qərarı ilə həmin qərar təsdiq edilərək, İddiaçı təsərrüfatının başçısı mərhum atası X6 tanınmışdır. O zaman İddiaçı mülkiyyətinə Xırt kəndi ərazisindən faktiki 1980-ci ildən onların istifadəsində olan yaylaq sahəsindən 153 ha ərazi ayrılmışdır. O vaxt onlar İddiaçına ayrılmış həmin torpaq sahəsinə dair 08 aprel 1996-cı il tarixli, 43 nömrəli akt və xəitə almışlar. Təsərrüfatlarının bir müddət rentabelli fəaliyyət göstərmiş, öz ailələrini kənd təsərrüfatı məhsulları ilə təmin etməklə yanaşı ölkə iqtisadiyyatına da öz tövhələrini vermiş, dövlət büdcəsinə və xalqımına mənfəəti təmin edilmişdir. Bütün bəlaları bələdiyyə təsis edildikdən sonra konkret Güləzi Bələdiyyəsi yaradıldıqdan sonra başlamış və onların birgə təsərrüfatla bağlı qanunsuz hərəkətlər və qanuni rəsmi müraciətləri ilə bağlı bələdiyyənin hərəkətsizliyi halhazırda da davam edir. Belə ki, onların ailəsi 1999-cu ildən Güləzi Bələdiyyəsinin sabiq sədri X3 dövründən tamah üzündən artıq 20 ildən çoxdur ki, İddiaçına məxsus torpaq sahələrini faktiki itirmişlər. Onlar təsərrüfatlarına ayrılan sahədə qalıb işləməkləri üçün yaylaq evi tikərək yay mövsümünü orada yaşamış və təsərrüfatı idarə etmişlər. İddiaçı başçısı ataları vəfat etdikdən sonra vərəsələri kimi onlar birgə təsərrüfatı idarə etmişlər və vərəsələrdən X12 İddiaçı başçısı seçilmişdir. Güləzi Bələdiyyəsinin sədri olmuş Məhəmməd Balaqadaşov təsərrüfatın torpaq sahələrini qeyri-rəsmi olaraq olaraq oğlu Xıdır Ələsgərov vasitəsilə qeyri-qanuni kəndləri ilə heç bir əlaqəsi olmayan digər şəxslərin istifadəsinə vermiş, bundan sonrakı mübahisələrin səbəbkarı olmuşdur. Sonradan Güləzi bələdiyyəsinin sədri olmuş Xanəhməd Haşımov, Xıdır Ələsgərovla 24 sentyabr 2005-ci il tarixli, 10 saylı qərarla 15 il müddətinə qanunsuz müqavilə bağlayaraq onlara məxsus ərazini Xıdır Ələsgərovun vasitəçiliyi ilə həmin digər şəxslərin –Şamaxı rayon sakinlərinin istifadəsinə vermişdir. Bununla əlaqədar müxtəlif instansiyalara, o cümlədən Quba rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinə, Torpaq Komitəsinə və bir neçə dəfə məhkəmələrə pozulmuş hüquqlarının bərpası üçün iddia ərzisəi ilə müraciətlər etsələr də, hüquqları çatan torpaqlarına de-fakto hüquqlarının bərpa etməyə müyəssər ola bilməmişlər. Çarəsiz qalıb Güləzi Bələdiyyəsinə məsələlərinin həll anınadək ərazilərinin 60 ha hissəsini icarəyə almaq üçün Bələdiyyə sədrinin vədlərinə inanaraq həmin bələdiyyə büdcəsinə 320 manat pul ödəsələr də, 25 may 2021-ci il tarixində İddiaçına ayrılmış ərazidən 60 ha torpaq sahəsinə dair Güləzi bələdiyyəsilə mövsümi müqavilə bağlasalar da, onların heyvanları həmin əraziyə buraxılmamış və bizə onlara qarşı cavabdeh öz qanunsuz hərəkətlərini davam etdirmişlər. Cavabdehin hərəkətlərindən Quba rayon İcra Hakimiyyətinə, Quba rayon Prokurorıuğuna, Quba rayon Polis Şöbəsinə və Xaçmaz Regional Ədliyyə İdarəsinə köməklik göstərilməsi xahişi ilə müraciətlər etmişdir. Ədliyyə Nazirliyinin Xaçmaz Regional İdarəsinin xx.xx.2021ci il tarixli, Quba rayon İcra Hakimiyyəti Başçısının müavini Ruslan Şahbalayevin xx.xx.2021-ci il tarixli onlara ünvanlanmış məktublardan aydın olduğu kimi yaranmış problemin həllində Güləzi bələdiyyəsinə ona köməklik göstərilməsi tapşırılmışdır. Quba RPŞ-nin TQ-nın baş təhqiqatçısı Famil Mirzəbəyovun xx.xx.2020-ci il tarixli, HK-1/43 saylı “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarından görünür ki, Cavabdeh hərəkətlərində cinayət əlamətləri aşkar edilməsə də, onun mülki qaydada məhkəməyə müraciət etmək hüququ müəyyən edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onların heyanları lazımi qaydada saxlanılmasına imkan verilməmiş, hətta heyvanları su və otlaq sahəsinə buraxılmamış, bu səbəbdən də heyvanlar tələf olmuş və onlara zərər vurulmuşdur. Beləliklə, cavabdeh özünün 2000-ə yaxın xırda buynuzlu və 100-ə yaxın iri buynuzlu heyvanatın bizə məxsus torpaq sahəsindən istifadə etmələrinə imkan vermir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı qanuni nümayəndəsi X12 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndəsi və vəkili məhkəməyə ərizə göndərərək işin onların iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba rayonu Güləzi bələdiyyəsi məhkəməyə ərizə verərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini bildirmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının qanuni təmsilçisinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Azərqaztəchizat” İB Quba rayon Təngə qoyunçuluq sovxozunun “Yerli Aqrar islahat komissiyasının iclasının 15 oktyabr 1995-ci il tarixli, 7 saylı protokolunun qərarına əsasən Xırt və Aydınkənd kənd sakinlərinin birgə təsərrüfat yaratmaq barədə 30 nəfərin ərizəsi nəzərə alınmaqla Xırt kənd birgə təsərrüfatının yaradılması haqqında 15 sentyabr 1995-ci il tarixli iclas qərarı təsdiq edilmiş, X17 adam başına 1,51 ha olmaqla 153 ha torpaq payı (ondan 40 ha əkin, 70 ha biçənək, 43 ha örüş) verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin arayışından görünür ki, Quba Rayon məhkəməsinin 05 iyul 2023-cü il tarixli 2(027)-1245/2023 saylı məktubu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X21 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş Quba Rayon məhkəməsinin icraatında olan iş üzrə bildirilmişdir ki, məktubda göstərilən tarixdə iddiaçı, cavabdeh və digər şəxslərin iştirakı ilə mübahisəli torpaq sahəsində olmuşlar, sözügedən mübahisəli ərazinin ölçü və koordinatları GPS aləti vasitəsilə naturadan (yerdən) götürülmüşdür. Məktubda göstərilən 4-cü suala uyğun faktiki istifadə olunan və iddia olunan torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin tərəflər tərəfindən təqdim olunmasına bildirilmişdir. İddiaçı iddia oluann torpaq sahəsinə dair sənədlərin surətlərini təqdim etmişdir. Lkain cavabdeh və digər şəxslər sənədlərin surətlərini növnəti gün ərzində təqdim olunacağını bildirmişlər. Sözügedən mübahisəli torpaq sahəsinə dair tərəflər tərəfindən təqdim olunmuş sənədlər kameral şəraitdə araşdırılmışdır. Kameral araşdırma nəticəsində məlum olmuşdur ki, “X17 dair təqdim edilmiş yerquruluşu xəritəsindən çıxarışda həmin təsərrüfatda ayrılmış torpaq sahəsinin cizgiləri göstərilməmişdir. Bu səbəbdən də mütəxəssis qarşısına qoyulmuş sualların cavablandırılması mümükün olmamışdır. İş materiallarına əlavə edilmiş Quba Rayon məhkəməsinin 06 yanvar 2017-ci il tarixli, 2(027)-136/2017 saylı qətnaməsinə əsasən iddia tələbi rədd edilmiş, iddiaçı X8 Quba rayonu Güləzi bələdiyyəsi ilə X9 arasında 120 hektar örüş sahəsini 15 il müddətinə icarəyə verilməsi barədə bağlanmış 04 noyabr 2005-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Həmin qətnamədə məhkəmə müəyyən etmişdir ki, “icarəyəverən” Quba rayonu Güləzi Bələdiyyəsinin sədri X11 ilə “icarəçi” Quba rayon Künxırt kənd sakini X9 arasında 04 noyabr 2005-ci il Hüquqların Dövlət qeydiyyatı haqqında tarixdə icarə müqaviləsi bağlanmış, Quba rayonu Güləzi bələdiyyəsinin 24 sentyabr 2005-ci il tarixli 10 saylı qərarına əsasən Quba rayonu Güləzi bələdiyyəsinə məxsus 120 hektar örüş sahəsini 15 il müddətinə illik icarə haqqı 500 manat olmaqla X7 icarəyə vermiş və müqavilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin qeydiyyat kitabında 209 sayla 05 dekabr 2005-c il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 22 iyun 2017-ci il tarixli, 2(105)-2012/2017 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 06 yanvar 2017-ci il tarixli, 2(027)-136/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədə hazırkı iddiaçı tərəfindən apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o və ailə üzvləri hal-hazırda mübahisələndirilən ərazi olan Güləzi bələdiyyəsinin “Qızıl-Qaya” adlı ərazisində yerləşən torpaq sahəsindən 1985-ci ildən mal-heyvanların yay mövsümündə saxlanılması üçün yaylaq sahəsi kimi istifadə etmişlər. Sonradan mərhum atası X4 rəhbərliyi altında İddiaçı yaradılmış Quba rayon Aqrar İslahat Komissiyasının 08 aprel 1996-cı il tarixli 43 saylı qərarı ilə birgə təsərrüfatın üzvləri Xırt və Aydınkənd kəndlərinin sakinlərinə çatan 93 hektar örüş və 60 hektar ot çalğı sahəsi olmaqla ümumilikdə 153 hektar torpaq sahəsinə dair Akt və xəritə alınmışdır. Həmin torpaq sahələri 2005-ci ilədək təyinatı üzrə istifadələrində olmuşdur. Bununla yanaşı Respublikada aparılan torpaq islahatları və Bələdiyyələrin yaradılmasından sonra istifadələrində olan və hal-hazırda mübahisələndirilən həmin torpaq sahələrinə dair icarə müqaviləsi bağlanılaması üçün bələdiyyə rəhbərliyinə dəfələrlə rəsmi və şifahi etdikləri müraciətlər nəticəsiz qalmış, hər dəfə müxtəlif bəhanələrlə icarə müqaviləsinin bağlanılmasından imtina edilmişdir. Sonradan isə istifadələrində olan torpaq sahəsinə dair Güləzi bələdiyyəsi ilə X9 arasında icarə müqaviləsinin bağlanması məlum olmuşdur. Birinci instansiya məhkəməsində iddia tələbinin əsaslı olduğunu sübut edən çoxsaylı sənədlə iş materiallarına əlavə edilsə də, həmin sübutlara hüquqi qiymət verilməmiş, şahid ifadələri dinlənilməmiş, eyni zamnada qətnamədə iddia tələbinin təmin olunmalı olduğu qeyd edilsə də nədənsə nəticə də əsassız hesab edilərək rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Quba rayonu Güləzi bələdiyyəsinin 25 avqust 2023-cü il tarixli, 28 nömrəli arayışıdan görünür ki, Aqrar İslahat Komissiyasının xx.xx.1995-ci il tarixli iclas protokolu ilə İddiaçına ayrılmış 153 ha torpaq sahəsi hal-hazırda mövcud deyildir. İş materiallarına əlavə edilmiş Quba rayonu Güləzi bələdiyyəsinin 25 avqust 2023-cü il tarixli, 29 nömrəli arayışıdan görünür ki, , Aqrar İslahat Komissiyasının xx.xx.1995-ci il tarixli iclas protokolu ilə İddiaçına ayrılmış 153 ha torpaq sahəsinin harada yerləşməsi barədə bələdiyyədə məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Quba rayon İcra Hakimiyyəti Başçısının Güləzi kənd İƏD üzrə nümayəndəliyinin 25 avqust 2023-cü il tarixli, 5-61/2-41/2023 saylı arayışından görünür ki, X1 İƏD üzrə nümayəndəliyin Xırt kəndi qeydiyyatındadır, 2012-ci ildən Yeni Güləzi kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Quba rayon İcra Hakimiyyəti Başçısının Güləzi kənd İƏD üzrə nümayəndəliyinin 25 avqust 2023-cü il tarixli, 5-61/2-42/2023 saylı arayışından göürünür ki, Güləzi kənd İƏD üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitablarında İddiaçına aid heç bir iribuynuzlu və xırdabuynuzlu heyvan qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş Quba rayon İcra Hakimiyyəti Başçısının Güləzi kənd İƏD üzrə nümayəndəliyinin 25 avqust 2023-cü il tarixli, 5-61/2-43/2023 saylı arayışından göürünür ki, Güləzi kənd İƏD üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitablarında Xırt kənd sakini X8 adına son beş ildə iribuynuzlu və xırdabuynuzlu heyvanların qeydiyyatı aşağıdakı kimi olmuşdur: 2019-cu il üzrə-xırdabuynuzlu 231 baş, 2020-ci il üzrəxırdabuynuzlu 188 baş, at 1 baş 2021,2022,2023-cü illər üzrə heç bir iribuynuzlu və xırdabuynuzlu heyvan qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş Quba rayon Güləzi bələdiyyəsinin 25 avqust 2023-cü il tarixli 27 nömrəli arayışdan görünür ki, Aqrar İslahat Komissiyasının xx.xx.1995-ci il tarixli iclas protokolu ilə İddiaçına ayrılmış 153 ha torpaq sahəsi Güləzi bələdiyyəsinin mülkiyyətinə aiddir. İş materiallarına əlavə edilmiş Cavabdeh nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş etirazda qeyd edilir ki, iddia tələbi tamamilə qanunsuz və əsassızdır. İddiaçının iddia qaldırmaq üçün subeyktiv hüququ yoxdur. Ona görə ki, verilmiş sorğulardan da aydın olur ki, İddiaçı rəhbəri adından istifadə edən X12 ona və digər şəxslərə qarşı əsassız iddialarla məhkəməyə müraciət edərək, məhkəmənin vaxtını almaqla, məhkəmələri əsassız olaraq yükləməklə məşğuldur. Ona görə ki, İddiaçı halhazırda heç bir torpaq sahəsi yoxdur. İddiaçının iddia etdiyi torpaq sahələri Quba rayonu Güləzi bələdiyyəsinin mülkiyyətinə aiddir. Ümumimiyyətlə birgə təsərrüfatda olan şəxslər Aqrar İslahat zamanı hər biri öz torpaq sahəsini (pay) almış, ayrıca təsərrüfatları ilə məşğuldurlar. İddiaçı hal-hazırda mövcud deyildir. Bundan başqa iddiaçı ona qarşı dəfələrlə məhkəmələrdə iddia qaldırmış, iddia tələbi təmin edilməmişdir. Belə ki, “Elektron Məhkəmə İnformasiya” Sisteminə əlavə etdiyi Quba Rayon Məhkəməsinin 2(027)- 136/2017 saylı, 06 yanvar 2017-ci il tarixli qətnaməsindən də görünür ki, iddiaçı özü qeyd etmişdir ki, birgə təsərrüfat bələdiyyələr yaranana kimi fəaliyyət göstərmiş, 2002-ci ildə torpaq islahatı zamanı həmin sahələr bölgüyə salınmamış, bələdiyyə mülkiyyətinə verilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti versə də, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2012/2017 saylı, 22 iyun 2017-ci il tarixli qətnaməsilə apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 2(027)-136/2017 saylı, 06 yanvar 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən əvvəl barəsində Quba rayon Polis şöbəsinə ərizə ilə müraciət etmiş, 12 iyun 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh və X8 Quba rayonu, Xırt kəndi ərazisində Güləzi bələdiyyəsinin müqaviləsi əsasında istifadə etdikləri yay-otlaq sahələri qonşuluq təşkil etdiyi üçün və hər hansı bir hasarlama işləri aparılmadığına görə zəbtin əlamətləri müşahidə edilməmişdir. X10 mübahisəli torpaq ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Beləliklə bələdiyyə mülkiyyətində olan torpaq sahələri ilə bağlı hər hansı bir iddia tələbinin irəli sürülməsi üçün iddiaçının heç bir subyektiv hüququ yoxdur. İş üzrə məhkəmə tərəfindən təyin edilmiş ekspertiza zamanı mütəxəssis rəyinin alınması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edilmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisinin verdiyi arayışdan da göründüyü kimi İddiaçına dair təqdim olunmuş yerquruluşu xəritəsindən çıxarışda həmin təsərrüfata ayrılmış torpaq sahəsinin cizgiləri göstərilmədiyindən, bu səbəbdən mütəxəssis qarşısına qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı» olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. İş materiallarına əlavə edilmiş Quba rayonu Güləzi bələdiyyəsi tərəfindən məhkəməyə təqdim edilmiş etirazdan görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. İddiaçı adına bələdiyyə ərazisində dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi mövcud deyildir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respubliksı Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Beləliklə göründüyü kimi, İddiaçı bələdiyyə ərazisində heç bir torpaq sahəsi mövcud deyildir. İddiaçının hazırkı iddianın qaldırmaq üçün subyektiv hüququ yoxdur. Yuxarıda qeyd edilən qanunvericliyin tələbinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri qanunauyğun olaraq icarəyə verilə bilər. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə dair sərəncam verilməsi bələdiyyənin müstəsna səlahiyyətinə aiddir. Beləliklə tərəflərin izahatları və məhkəmə araşdırılmaları zamanı müəyyən olunmuşdur ki, İddiaçına Quba rayon Aqrar İslahat Komissiyasının 08 aprel 1996-cı il tarixli 43 saylı qərarı ilə birgə təsərrüfatın üzvləri Xırt və Aydınkənd kəndlərinin sakinlərinə çatan 93 hektar örüş və 60 hektar ot çalğı sahəsi olmaqla ümumilikdə 153 hektar torpaq sahəsinə dair Akt və xəritə alınmışdır. X22 zamanı təsərrüfatın üzvləri olan kənd sakinlərinə Aqrar İslahatın qərarına əsasən pay torpaq sahələri verilmiş, vaxtilə İddiaçına ayrılmış torpaq sahələrindən kənd sakinlərinə ayrılan torpaq sahələri çıxıldıqdan sonra yerdə qalan torpaq sahələri bələdiyyə mülkiyyətinə verilmişdir. İddiaçı adından torpaq sahələrinin özgənin qanunsuz sahibliyindən geri tələb etsə də, təsərrüfata ayrılmasını iddia etdiyi torpaq sahəsinin müəyyən edilməsi üçün məhkəmə torpaqşunaslıq ekspertizası təyin edilmiş, iddiaçıya ayrılmış torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin məhkəmə iclasdında o da müəyyən olunmuşdur ki, iddiaçı bundan əvvəl də məhkəmələrə eyni tələblərə müraciət etmiş, lakin həmin vaxtı da torpaq sahəsinin harada yerləşməsi müəyyən oluna bilməmiş, iddiaçının qanunu təmsilçisi öz izahatlarında və apellyasiya şikayətində İddiaçına ayrılmış torpaq sahəsinin 2000-ci ildən sonra bələdiyyə mülkiyyətinə verildiyini qeyd etmişdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunun 23-ci maddəsinə əsasən Torpaqlardan səmərəli istifadə olunmasına və onların mühafizəsinə bələdiyyə nəzarətinin vəzifələri istifadəyə və icarəyə verilmiş bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi və mühafizəsi sahəsində torpaq qanunvericiliyinin tələblərinə əməl olunmasını təmin etməkdir. Bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarəti bələdiyyələr həyata keçirirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16-cı maddəsinə əsasən Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibatiərazi vahidləri arasında bölüşdürülür. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpağın özgənin sahibliyindən geri qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı torpağın özgənin sahibliyindən geri qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1245/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1245/2023
14.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver