Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1248/2025 17.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən ediməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X4 anası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia həcmini artıraraq, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X5 anası olması faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin anası X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Ərizəçi xx xxxx 1957-ci il tarixdə Quba rayonu, Rustov kəndində doğulmuş, X11 ilə anası X2 rəsmi nikahı olmadığından ona doğum haqqında şəhadətnamə verilərkən soyadı, eləcə də anasının soyadı öz qızlıq soyadı Əlibabayev(a) ilə qeyd olunmuş, ata qrafası isə boş buraxılmışdır. Anasının soyadı ona məlum olmayan səbəblərdən təsərrüfatbaşına kitablarda atasının soyadı ilə Xıdırova kimi qeyd olunmuş, bu səbəbdən də bütün sənədlərində anasının soyadı Xıdırova yazılmışdır. X11 xx.xx.1960-cı il tarixdə, anası X7 xx.xx.2001-ci il tarixdə vəfat etmişlər. X1 qəbiristanlığında dəfn olunmuş, bütün dəfn xərclərini mərhumənin oğlu Ərizəçi çəkmişdir. Hazırda ərizəçi anasından miras qalmış ev və torpaq sahəsini vərəsəlik üzrə adına rəsmiləşdirmək istəyir, lakin onun doğum haqqında şəhadətnaməsində onun və anasının soyadı qızlıq soyadı olan Əlibabayev ilə qeyd edildiyindən hazırda vərəsəliyi həll etdirmək qeyri-mümkündür. Bu səbəblə də, X5 onun anası olmasına dair qohumluq faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə qeyd olunanlara uyğun izahat vermiş və əlavə olaraq bildirdi ki, anasının ölüm haqqında şəhadətnaməsində soyadı atasının soyadı ilə Xıdırova kimi qeyd olunsa da, adı səhvən Beydəlcamal kimi qeyd edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirdi ki, Ərizəçi onun həmkəndlisidir. Əlfidanın anası tanımışdır, sonuncunun adı Bədyəlcamal, soyadı isə Əlibabayeva olmuşdur. Əlfidanın atasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 bildirdi ki, kənddə müəllim işləmiş, Ərizəçi dərs keçmişdir. Əlfidanın anası Bədyəlcamalın soyadı Əlibabayeva, atasının soyadı isə Xıdırova olmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Torpağın mülkiyyətə verilməsinə dair JN-070A KOD 30321078 nömrəli dövlət aktından görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 14 saylı qərarı ilə X6 Quba rayonu, Xanagah kəndi ərazisindəb 0,25 ha torpaq sahəsi verilmişdir; Torpağa mülkiyyət hüququna dair JN-0063 KOD 30321078 nömrəli dövlət aktından görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 14 saylı qərarı ilə X6 Quba rayonu, Xanagah kəndi ərazisindəb 0,46 ha torpaq sahəsi verilmişdir; AZ 069880 nömrəli ölüm haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X5 adı şəhadıtnamədə Beydəlcamal kimi göstərilmişdir; İİ-ИЕ 085291 nömrəli ölüm haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, X16 xx.xx.1960-cı il tarixdə vəfat etmişdir; Quba RİHB-nın Rustov İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş kənd sakinləri tərəfindən tərtib edilmiş aktdan görünür ki, X7 Ərizəçi anası olmuş, xx.xx.2001-ci il tarixdə vəfat etmiş və Xanagah kənd qəbristanlığında dəfn edilmişdir; Quba RİHB-nın Rustov İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş kənd sakinləri tərəfindən tərtib edilmiş aktdan görünür ki, X3 rayonu, Rustov kəndində qeydiyyatda olmuş, xx.xx.2001-ci il tarixdə Xanagah kəndində vəfat etmişdir. X5 vəfatından sonra vərəsəsi Ərizəçi qalmışdır. X5 əri X16 xx.xx.1960-cı il tarixdə vəfat etmişdir; Quba regional “ASAN Xidmət” mərkəzi notariat ofisinin xx.xx.2025-ci il tarixli 746 nömrəli məktubundan görünür ki, Ərizəçi ilə X5 qohumluq faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Bədyəlcamal Siracəddin qızı soyadının həqiqətən də Xıdırova olması, sonuncunun ərizəçinin anası olmasını təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X5 Ərizəçi anası olması müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2001-ci il tarixdə vəfat etmiş X5 Ərizəçi anası olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin X6 məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamə ərizəçiyə yeni doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1248/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1248/2025
17.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver