Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1252/2021 16.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22.09.2020-ci il tarixli A0050 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 1209 (bir min iki yüz doqquz) manat əsas borc, həmin məbləğin gecikdirilməsinə görə 912.00(doqquz yüz on iki) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2121.00 (iki min yüz iyirmi bir) manat məbləğində borcun və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı-nin səlhiyyətli nümayəndəsi Şəbnəm Əliyeva Məhkəməyə ərizə ilə müraciət edərək mülki iş üzrə məhkəmə iclaslarının onların iştirakı olmadan baxılmasına və iddianın təmin olunmasını xahiş etmişdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 22.09.2020-ci il tarixli, A0050 saylı “Alqı-satqı müqaviləsi” bağlanmış və həmin müqaviləyə uyğun olaraq eyni tarixli təhvil- təslim aktı tərtib edilərək dəyəri 1513,00 manat olan “Samsung” markalı Samsung A50 və Samsung S2 model mobil telefonlar Cavabdeh satılmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinə əməl etməmiş və aldığı malın dəyərini ödəməmişdir. Əlavə olaraq qeyd edir ki, “ARGE GROUP" MMC-nin adı dəyişdirilərək İddiaçı adlandırılmış və bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 06 iyul 2020-ci il tarixdə şirkətə yeni çıxarış təqdim edilmişdir. Hazırda cavabdehin İddiaçı-yə əsas borcu 1209,00 manat və gecikdirdiyi günlərin sayına görə cərimə borcu 912,00 manat, ümumilikdə 2121.00 manat təşkil edir. Borcun ödənilməsi barədə İddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilsə də, o, bu xəbərdarlıqlara əhəmiyyət verməmişdir. Buna görə də, İddiaçı yaranmış mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22.09.2020-ci il tarixli A0050 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 1209 (bir min iki yüz doqquz) manat əsas borc, həmin məbləğin gecikdirilməsinə görə 912.00 (doqquz yüz on iki) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2121.00 (iki min yüz iyirmi bir) manat məbləğində borcun və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22.09.2020-ci il tarixli A0050 saylı müqavilədən görünür ki, Cavabdeh İddiaçı-dən dəyəri 1513,00 manat olan 1(bir) ədəd “Samsung” markalı Samsung A50 və 1(bir) ədəd Samsung S2 model mobil telefonlarını almışdır. İş materiallarında olan 22.09.2020-ci il tarixli, təhvil- təslim aktından məlum olur ki, Cavabdeh İddiaçı-dən 1(bir) ədəd “Samsung” markalı Samsung A50 və 1(bir) ədəd Samsung S2 model mobil telefonlarını almışdır. İş materiallarında olan AZE 100****** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Quba rayonu Güləzi kəndində qeydiyyatdadır. İş materiallarında olan 16.05.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən məlum olur ki, İddiaçı iddia ərizəsilə bağlı 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xəbərdarlığın surətindən görünür ki, cavabdeh MMC-yə gecikdirilmiş borcun olması, ödənilməyəcəyi təqdirdə barəsində müvafiq tədbir görüləcəyi barədə xəbərdar edilmişdir. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla əsasən belə nəticəyə gəlinir ki, İddiaçı -nin iddia ərizəsi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 279-cu maddəsininin tələbinə görə girov (ipoteka) saxlayanın tələbinə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi və sair xərclər daxildir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsum cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22.09.2020-ci il tarixli, A0050 saylı “Alqısatqı” müqaviləsi ləğv edilməli, Cavabdeh 1209 (bir min iki yüz doqquz) manat əsas borc, 12 (on iki) manat cərimə borcu, cəmi 1221 ( bir min iki yüz iyirmi bir) manat borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti İddiaçı-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22.09.2020-ci il tarixli, A0050 saylı “Alqı-satqı” müqaviləsi ləğv edilsin, Cavabdeh 1209 (bir min iki yüz doqquz) manat əsas borc, 12 (on iki) manat cərimə borcu, cəmi 1221 ( min iki yüz iyirmi bir) manat borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti İddiaçı-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1252/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1252/2021
16.07.2021 · Müqavilələrin ləğv edilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver