Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-126/2021 01.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Yolçuyev Ruslan Əlisimranoviçə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Quba rayonu Hacıhüseynli kəndində yerləşməklə onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmasına və həmin torpaq sahəsinin onların qanuni istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını və Azərbaycan Respublikası MPM-nin 78.2ci maddəsinə əsasəntorpaq sahəsi barəsində onun və cavabdehin arasında tərtib edilmiş 10 dekabr 2005-ci il tarixli aktın əslini cavabdeh Yolçuyev Ruslan Əlisimranoviçdən tələb edillməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərir ki, Quba rayonunun Hacıhüseynli kəndində onun və ailə üzvlərinin xüsusi mülkiyyətində 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə əvvəlcə ailə üzvlərinin adına Dövlət Aktı var idİ. Hal-hazırda isə həmin torpaq sahəsinə mülkiyyət hüquqları RX 159763 saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla təsdiq olunur. 2005-ci ildə özünə və ailə üzvlərinə məxsus həmin 0,90 ha kənd təsərrüfatı təyinatlı sahəsini Cavabdeh satmaq barədə Cavabdehlə danışıb razılaşıb. Həmin torpaq sahəsini o vaxtkı pulla 11.000.000 (on bir ) manata Cavabdeh satmağa, Cavabdeh isə torpağı həmin məbləğə almağa razılaşıb. Torpaq sahəsinin alqı-satqısı barədə razılaşdığı 11.000.000 (on bir milyon) manat məbləğdən 6.000.000 (altı milyon) manatı 10 dekabr 2005-ci il tarixdə Cavabdeh nəğd olaraq ona ödəmişdir. Cavabdeh özünə məxsus QAZEL markalı avtomobilini ən geci 2-3 ay ərzində satıb qalan 5.000.000 (beş milyon) manatı da ona qaytaracağını bildirmişdi. Onlar razılaşıblar ki, qalan pul da ödənildikdən sonra torpaq sahəsinin alqı-satqısını notariatda təsdiqləsinlər. Yuxarıda qeyd edilən razılaşma və cavabdeh tərəfindən ona ödənilmiş 6.000.000 (altı milyon) manat pul barədə 10 dekabr 2005-ci il tarixdə müvafiq akt tərtib etdirib həmin aktı hər ikisi, habelə aktı tərtib etmiş vəkil X5 imzalayıb. Həmin vaxtdan 0.90 ha torpaq sahəsini Cavabdeh istifadəsinə verib. Lakin Cavabdeh razılaşmaya uyğun olaraq 2-3 ay borclu qaldığı 5.000.000 (beş milyon) manatı qaytarmayıb. Həmin puldan ötrü dəfələrlə Cavabdeh müraciət etsə də o, hələ pulunun olmadığını bildirərək, torpaq sahəsinin alqı-satqısının yekunlaşdırılmasnı ləngidib. Təxminən 2 il qabaq o oğlu X1 ilə birlikdə Quba rayonunun Hacıhüseynli kəndinə, Cavabdeh yanına gedib ona bildirib ki, toy eləmək üçün ona təcili pul lazımdır, ona görə də o borclu qaldığı pulu qaytarmasını xahiş eləyib. Cavabdeh ona deyib ki, onun pulu qaytarmağa gücü yoxdur, torpaq sahəsini istəmir və ona görə də özünün ona verdiyi 6.000.000(altı milyon) manat köhnə pulun əvəzinə ona 6000 (altı min) manat pulu və həmin sahədə əkdiyi alça ağaclarının pulunu qaytarmağını tələb edib. O, cavabdeh Yolçuyev Əlisimranoviçə deyib ki, ona onun ağacları lazım deyildir, ağaclarını çıxarıb aparsın və verdiyi 6.000.000 (altı milyon) manat köhnə pulun əvəzinə isə ona 6000 (altı min) manat geri qaytarmağa razıdır. Cavabdeh həmin vaxt orada əkdiyi ağacları çıxarıb, torpaq sahəsini boşaldıb. Onun 2005-ci ildə verdiyi 6.000.000 (altı milyon) manat köhnə pulun əvəzinə ona 6000 (altı min) manat pulu aparıb qaytarmaq istəyəndə Cavabdeh yenə də pulu geri götürməyib torpaq sahəsinə görə borclu qaldığı 5.000.000 (beş milyon) manat köhnə pul əvəzinə 5000 (beş min) manat verəcəyini və torpaq sahəsini alacağını bildirib. Bu söhbətdən sonra yenə iki il vaxt keçib, lakin Cavabdeh yenə də ona borclu qaldığı 5.000.000 (beş milyon) manat köhnə pul əvəzinə verəcəyini vəd etdiyi 5000 (beş min) manat pulu qaytarmayıb. Artıq həmin torpaq sahəsini başqa bir şəxsə satmağı qərara alıb. 05 may 2020-ci il tarixdə, oğlu X1, qızı X3, habelə həmin torpaq sahəsıni almaq istəyən başqa bir alıcı ilə birlikdə yenə də Quba rayonunun Hacıhüseynli kəndinə, Cavabdeh yanına gedib. Cavabdeh deyib ki, torpağa görə ona borclu qaldığı 5000 (beş min) manat pulu qaytarsın, əks halda torpaq sahəsindən çıxsın, torpağı təzə alıcıya satacağını bildirib. Cavabdeh bir həftə ərzində ona borclu qaldığı 5.000 (beş min) AZN pulu qaytaracağını, yeri başqa adama satmamağını xahiş eləyib. Buna da razı olub, torpaq sahəsinin başqa şəxsə satışını dayandırıb. Lakin bundan 1-2 həftə sonra cavabadeh Cavabdeh ona borclu qaldığı 5.000 (beş min) AZN pulu qaytarmaq əvəzində, ondan Qusar rayon Polis Şöbəsinə şikayət ərizəsini yazaraq guya onun tərəfindən onu aldadılaraq dələduzluq yolu ilə onun pulunu mənimsədiyini bildirmişdir. Cavabadeh Cavabdeh tərəfindən ona həmin torpaq sahəsinə görə pulun tam ödənilməsini təsdiq edən, guya imzalanmış yazılı ərizəni Qusar rayon Polis Şöbəsinə təqdim etmişdir. Lakin həmin qəbzi o yazmayıb və imzalamayıb. Həmin qəbz cavabadeh Cavabdeh tərəfindən saxtalaşdırılaraq tərtib edilmiş, üstündə qaralamalar, düzəlişlər olan saxta bir sənəddir. Halbuki, 05 may 2020-ci il tarixdə o oğlu X1, qızı X3, habelə həmin torpaq sahəni almaq istəyən başqa bir alıcı ilə birlikdə onun yanına gedən zaman Cavabdeh ona yalvarırdı ki, torpaq sahəsini başqasına satmasın. Həmin vaxt o, pulu tam almağı barədə onun yazdığı ərizənin onda olduğu barədə heç danışmayıb. Cavabdehin əlində o cür ərizə olsaydı həmin vaxt göstərib etirazını biuldirərdi. Bu faktı həmin vaxt cavabdehin yanına birlikdə getdiyi oğlu X1, qızı X3, habelə həmin torpaq sahəni almaq istəyən alıcı da təsdiq edə bilərlər. Bildirir ki, hal-hazırki qiymətlərlə Quba rayonunun Hacıhüseynli kəndində 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri təxminən 11.000-12.000 AZN civarında satılır. Onun və ailə üzvlərimin xüsusi mülkiyyətində olan 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hazırki qiymətlərlə dəyəri 11.000 (on bir min) AZN-dir. Həmin puldan cavabadeh Cavabdeh verdiyi 6.000.000 (altı milyon) manat köhnə pulun əvəzinə ona 6000 (altı min) AZN pulu geri qaytarmağa razıdır. Cavabadeh Cavabdeh təxminən 2 il qabaq oğlu X1 ilə birlikdə onun yanına gedəndə verdiyi 6.000.000 (altı milyon) manat köhnə pulun əvəzinə ona 6000 (altı min) AZN geri qaytarmağı tələb edib. Hazırki iddia ərizəsilə pulu Cavabdeh qaytarmaqla Cavabdeh torpaq sahəsindən çıxarılmasını və həmin torpaq sahəsinin onların qanuni istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını və Azərbaycan Respublikası MPM-nin 78.2ci maddəsinə əsasən torpaq sahəsi barəsində onun və cavabdehin arasında tərtib edilmiş 10 dekabr 2005-ci il tarixli aktın əslini cavabdeh Yolçuyev Ruslan Əlisimranoviçdən tələb edillməsini məhkəmədən xahiş etmişdir Məhkəmədə iş üzrə cavabdeh Yolçuyev Ruslan Əlisimranoviç iddianı qəbul etməyərək bildirdi ki, 1999-cu ildən 2005-ci ilədək İddiaçı məxsus torpaq sahəsini öz aralarındakı razılaşmaya əsasən istifadə edib. İddiaçı bir gün gəlib ona deyib ki, ona və ailə üzvlərinə məxsus Quba rayon Aqrar İslahat Komissiyasının 18 fevral 1999-cu il tarixli, 03 saylı qərarı ilə verilmiş JN 204; 13018 kodlu Dövlət Aktında qeyd edilmiş 2,97 ha torpaq sahəsinin 0.90 sotunu satır, onunla razılaşıb, öz aralarında bağlanmış akta əsasən o vaxtkı 11 (on bir milyon manata), yəni 5 paçka şirvana həmin yeri ondan alıb. Həmin pulu aldığı barədə İddiaçı öz imzası yazılan ərizəsi də var. Lakin aralarında alqı-satqı rəsmləşdirilməyib. O, Rusiya Federasiyasının vətəndaşı olduğu üçün torpaq sahəsini həyat yoldaşının adına rəsmiləşdirmək istəyib. Dəfələrlə bu barədə İddiaçı xəbərdarlıq etsə də, o, qəsdən bu işdən boyun qaçırıb. Sonradan onu tapa bilməyib,onun yaşayış yeri barədə dəqiq məlumatı olmayıb və buna görə də Torpaq sahəsinin alqı-satqısı rəsmləşdirilməyib. Lakin torpaq sahəsi uzun müddətdir onun istifadəsindədir, o baxır. İddiaçı onun etibarından sui istifadə edib, onu aldadaraq pulunu alıb. Göstərilənləri nəzərə alaraq Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş edib. Məhkəmə İddiaçı və cavabdeh Yolçuyev Ruslan Əlisimranoviçi dinləyib, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, ********** qeydiyyat nömrəli, **********19 reyestr nömrəli, 14.02.2013-cü il qeydiyyat tarixli Çıxarış əsasında Quba rayonu Hacıhüseynli kəndi ərazisində yerləşən 0.9052 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmədə müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, ********** qeydiyyat nömrəli, **********19 reyestr nömrəli, 14.02.2013-cü il qeydiyyat tarixli Çıxarış əsasında Quba rayonu Hacıhüseynli kəndi ərazisində yerləşən 0.9052 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. İşdə olan Sumqayıt Apelyasiya Məhkəməsinin 02.07.2021-ci il tarixli qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli, 2(027)-149/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, Cavabdeh İddiaçı ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu Hacıhüseynli kəndi ərazisində yerləşən 0.9052 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152. 157-ci, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu Hacıhüseynli kəndi ərazisində yerləşən 0.9052 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-126/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-126/2021
01.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver