Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1265/2021 03.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi , Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X2 və cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraçiət edərək, Cavabdeh ilə birgə nikah dövründə Quba rayonu İsnovqışlaq kəndində əldə etdikləri 0.08 ha həyətyanı torpaq sahəsində tikdikləri 1 mərtəbəli, zirzəmili yaşayış evinə X3 və X4 ilə birlikdə köçürülməyi barədə qətnamə cıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiacı İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 11 aprel 2005-ci il tarixdə rəsmi nikahı qeyd etdirərək ailə qurub. Birgə nikahdan 24 dekabr 2006-cı il tarixdə X9 oğlu adlı və 15 aprel 2010-cu il tarixdə X4 adlı uşaqları doğulub. Cavabdehlə ailə qurduğu ilk vaxtlar münasibətləri normal olsa da, sonradan pisləşmişdir. Ailə qurduqdan bir müddət sonra cavabdeh Rusiya Federasiyasına gedib gəlmiş, ticarətlə məşğul olmuşdur. Cavabdehlə birgə nikah dövründə Quba rayonu İsnovqışlaq kəndi ərazisində yaşayış evi tikmək üçün Quba rayonu İsnovqışlaq Bələdiyyəsinin 06 aprel 2007-ci il tarixli 04 saylı qərarına əsasən alqı-satqı qaydasında 0,08 ha həyətyanı torpaq sahəsini alıblar. Həmin torpaq sahəsindən Quba RİHB-mn 09 iyun 2009cuil tarixli Sərəncamına əsasən bir mərtəbəli, zirzəmili yaşayış evi tikərək orada yaşamaqla təsərrüfatı birgə idarə ediblər. Bundan başqa evin qarşısında uzunluğu 12 metr evi 4 metr olan quruluq tikib. Hər ikisinin qeydiyyat ünvanı Quba rayonu Zərqava kəndidir. Bildirmək istəyir ki, baldızı Natəvan onların yeni tikdiyi evin qonşuluğunda yaşayır. Onların həyətyanı torpaq sahəsinin bir tərəfi onların həyətyanı torpaq sahəsi ilə qonşudur. Natəvan və onun həyat yoldaşı Pərviz daima onların ailə işlərinə müdaxilə ediblər. baldızı Natəvanın həyat yoldaşı Pərviz onu rahat yaşamağına imkan verməyib. Cavabdeh 28 fevral 2019-cu il tarixdə yenidən Rusiya Federasiyasına gedib. Cavabdeh getdikdən sonra baldızı və yoldaşı həmçinin qaynanası onun ünvanıma xoşagəlməz ifadələrlə təhqir ediblər. 09 may 2019-cu il tarixdə baldızı Natəvan və əri Pərviz onların evinə gələrək onu təhqir ediblər. Səhəri gün isə Pərviz əlində balta ilə gələrək onun üstünə hücum çəkib. Bu zaman onun əlindən güclə qaçaraq mağazaya gəlib və orada işləyən satıcıdan mobil telefonunu alaraq anasına zəng vurub, olanlar barədə məlumat verib. Daha sonra qardaşı gələrək onu dükandan götürüb və valideynlərinin evinə aparıb. Bundan sonra atası bu barədə Quba Rayon Polis şöbəsinə məlumat verib. O cavabdehə zəng edərək olanları ona bildirib. Cavabdeh isə onu nəlayiq ifadələr ilə təhqir edib, anası və bacısı artıq bu haqda ona məlumat verdiklərini və təqsirin onda olduğunu deyiblər. Cavabdehə olanları nə qədər desə də, o bunların heç birinə inanmayaraq onu hədələyib və “sən mənə lazım deyilsən çıx get valideynlərinin evinə” deyib. O, qorxduğu üçün öz evində qala bilməyib. Lakin hər gün valideynləriylə birlikdə evinə gələrək baxıb gedib. Hətta bir həftədən çox valideynləriylə gecələr həmin evdə də qalıblar. O, cavabdeh gəldikdən sonra ona həqiqəti danışacağı və onun da ona inanacağını düşünüb. Cavabdeh Rusiya Federasiyasından qayıtdığdan sonra onunla ümumiyyətlə nə danışmaq nə də ki, görüşmək istəməyib. Hətta cavabdeh evin açarlarını belə ondan sahə müvəkkili vaistəsilə tələb edib. O sahə müvəkkilinin çağırışına əsasən birgə nikah dövründə tikdiyi evə gedib və bir müddət sonra cavabdeh də ora gəlib. Evin açarlarının birini cavabdehə təqdim edib. Cavabdeh isə açarları götürməyib, evə girərək özünə aid bir neçə sənədi götürərək evi tərk edib. İddiaçı qeyd edib ki, o gecələr valideynlərinin evində qalsa da, mütəmadi olaraq öz evinə gəlib-gedib. 27 iyun 2019-cu il tarixdə məhkəmədən çıxdıqdan sonra əri birgə nikah dövründə tikdiyi evə gedərək özbaşına qapıların açarlarını qırıb evə daxil olub, valideylərini də özü ilə gətirərək orda yaşamağa başlamışlar. Bu barədə o sahə müvəkkilinə məlumat verib. Cavabdeh müvəkkilə onu həmin evə buraxmaycağını, evi bacısının adına keçirəcəyini, bu evdə ona yaşamağa imkan verməyəcəyini bildirib. Qeyd edir ki, mübahisəli evi və torpaq sahəsini birgə nikah dövründə əldə edərək birgə tikdiyindən, həmin ev və torpaq sahəsi bərabər şəkildə cavabdehlə birgə mükkiyyətindədir. Cavabdeh tərəf qəsdən həmin evə və torpaq sahəsinə dair çıxarış almamışdır. O həmin evə torpaq sahəsinə dair cavabdehin adına çıxarış almaq üçün Daşınmaz Əmlkaın Dövlət Reyetri Xidmətinə müraciət etsə də, oradan çıxarışı yalnız cavabdehin özünün gələrək alması bildirilmişdir. Hazırda həmin evdən başqa onun yaşayış yeri yoxdur. Valideynlərinin evi çox darısqal olduğu üçün orada yaşamaq mümkün deyildir. O öz evinə köçərək orada yaşamaq istəyir və göstərilənləri nəzərə alaraq, Cavabdeh ilə birgə nikah dövründə Quba rayonu İsnovqışlaq kəndində əldə etdikləri 0.08 ha həyətyanı torpaq sahəsində tikdikləri 1 mərtəbəli, zirzəmili yaşayış evinə X3 və X4 ilə birlikdə köçürülməyi barədə qətnamə cıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı vəkili və nümayəndəsi X6 iddianı müdafiə edərək, bildirdi ki, halhazırda bu günkü günə kimi iddiaçının cehiz əmlakı birgə nikah dövründə tikilən mübahisəli evdədi. Cavabdeh tərəf ona özünə məxsus əşyalardan istifadə eləməyə imkan vermir, onu evə buraxmırlar. Halbuki həmin ev onların birgə mülkiyyətidir. Onun da əmlakdan istifadə etmək hüququ vardır. Vəkil E.Əlixanlı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə iş üzrə Cavabdeh bildirdi ki, o iddianı qəbul etmir, belə ki, o qeyd etdi ki, onunla G. Rəhmanova arasında olan nikahQuba Rayon Məhkəməsinin 29.06.2020-ci il tarixli 2(027)- 1265/2021 saylı qətnaməsi ilə pozulub. O, yen ailə qurub, o evdə bir otaqda özü ailəsi ilə, bir otaqda isə atası yaşayır. O, ona xəyanət edən qadını evə büraxa bilməz. Onun o evdə cehizəmlakından, bir taxt, şifoner, divan kresloları qalıb, onu da gün təyin edib gəlib apara bilər. Ona qarşı verilmiş iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı vəkili və nümayəndəsi X5 və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, söbutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayonu İsnovqışlaq bələdiyyəsinin 01.06.2000-ci il tarixli 04 saylı əmrdən çıxarışın surətindən görünür ki, İsnovqışlaq bələdiyyəsinin ərazisindən Cavabdeh fərdi yaşayış evi tikmək məqsədilə 0.08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Quba rayonu İsnovqışlaq bələdiyyəsinin 06.04.2007-ci il tarixli 04 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, Quba rayonu Zərqava kənd sakini Cavabdeh fərdi yaşayış evi tikmək məqsədilə 0.08 ha həyətyanı torpaq sahəsi satılmışdır. İş materiallarında olan Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Quba rayonu İsnovqışlaq bələdiyyəsinin ərazisindən Cavabdeh fərdi yaşayış evi tikmək məqsədilə 0.08 ha həyətyanı torpaq sahəsi satılmış və DTXK-nin Quba rayon torpaq şöbəsi tərəfindən təsdiq edilmiş, 20.06.2007-ci il tarixində, 523 nömrə ilə qeydiyyata alınmışdır. Quba rayonu İsnovqışlaq bələdiyyəsinin ərazisindən Cavabdeh ayrılan 0.08 ha həyətyanı torpaq sahəsinin yerquruluşu 1:10 000 miqyasında sxemindən DTXK-nin Quba rayon torpaq şöbəsi və bələdiyyə tərəfindən təsdiq edilmiş çıxarışın surəti də iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Quba rayon İHB-nın 09.06.2009-cu il tarixli 142 nömrəli Sərəncamın surətindən görünür ki, Cavabdeh fərdi yaşayış evi tikmək məqsədilə 0.08 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmçinin vətəndaş Cavabdeh İsnovqışlaq kəndində yerləşən 0.08 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə aidiyyəti qurumlar tərəfindən 23.04.2009-cu il tarixində tərtib edilmiş akt-rəyin surəti və Quba rayon İH Tikinti-Memarlıq şöbəsi tərəfindən hazırlanmış Cavabdeh məxsus tikiləcək fərdi yaşayış evinin eskiz-layihəsinin surəti iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin 29.06.2020-ci il tarixli, 2(027)-154/2020 saylı qətnaməsilə Cavabdeh ilə İddiaçı arasında olan Quba rayonu Zərqava İƏV üzrə nümayəndəliyində qeydə alınmış 11.04.2005-ci il tarixli, 06 nömrəli nikah qeydi pozulması, 24.12.2006-cı il təvəllüdlü X3 və 15.04.2010-cu il təvəllüdlü X4 anaları - İddiaçı himayəsinə verilməsi, Cavabdeh 27.05.2019-cu il tarixdən başlayaraq 24.12.2006-cı il təvəllüdlü X3 və 15.04.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilib. İş materiallarında olan Quba rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2(027)-1265/2021 saylı qərardadına əsasən İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi qismən təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi Quba rayonu İsnovqışlaq Bələdiyyəsinin 06 aprel 2007-ci il tarixli, 04 saylı qərarına əsasən alqı-satqı qaydasında alınmış Quba rayonu, İsnovqışlaq kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, zirzəmili yaşayış evinin özgəninkiləşdirilməsi Cavabdeh və digər şəxslərə qadağan edilmişdir İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 27.07.2021-ci il tarixli, 2(105)- 2579/2021 saylı qərardadına əsasən Quba rayon Məhkəməsinin 17.06.2021-ci il tarixli, 2(027)- 1265/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan AZ-877693 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətındən görünür ki, 24.12.2006-cı il təvəllüdlü X3 tərəflərin birgə nikahından doğulmuşdur. İş materiallarında olan AZ-453582 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətındən görünür ki, 15.04.2010-cu il təvəllüdlü X4 tərəflərin birgə nikahından doğulmuşdur. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Quba rayonu Zərqava kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 00****** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Quba rayonu Zərqava kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh İddiaçı ilə 11 aprel 2005-ci il tarixdə rəsmi nikahı qeyd etdirərək ailə qurmuşlar və birgə nikah dövründə Quba rayonu İsnovqışlaq kəndi ərazisində yaşayış evi tikmək üçün Quba rayonu İsnovqışlaq Bələdiyyəsinin 06 aprel 2007-ci il tarixlixli 04 saylı qərarına əsasən alqı-satqı qaydasında 0,08 ha həyətyanı torpaq sahəsi alıblar. Həmin torpaq sahəsindən Quba RİHB-mn 09 iyun 2009-cu il tarixli Sərəncamına əsasən bir mərtəbəli, zirzəmili yaşayış evi tikərək orada yaşamaqla, birgə təsərrüfat idarə ediblər.İddiaçının həmin evdə cehiz əşyaları mövcuddur. Hal-hazırda İddiaçı və uşaqları həmin evdə yaşamır, validenlərinin evində yaşayır. Bu səbəbdən İddiaçı birgə nikah dövründə Quba rayonu İsnovqışlaq kəndində əldə etdikləri 0.08 ha həyətyanı torpaq sahəsində tikdikləri 1 mərtəbəli, zirzəmili yaşayış evinə övladları- X3 və X4 ilə birlikdə köçürülməyi tələb edir. Cavabdeh isə iddiaçının həmin evə qayıtmağına, orda yaşamağına etiraz edir və iddianın rədd edilməsini xahiş edir. Məhkəmədə iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etdi. Məhkəmədə cavabdeh öz etrizanın əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Şərh edilənləri və iddiaçının cehiz əşyalarının mübahisə edilən evdə olmasını nəzərə alaraq, məhkəmə İddiaçı övladları-X3 və X4 ilə birlikdə birgə nikah dövründə əldə edilmiş Quba rayonu, İsnovqışlaq kəndində yerləşən 0,08 ha torpaq sahəsində, inşa edilmiş bir mərtəbəli yaşayış evinə köçürülməyi barədə tələbini qanuni hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı övladları X3 və X4 ilə birlikdə birgə nikah dövründə əldə edilmiş Quba rayonu, İsnovqışlaq kəndində yerləşən 0,08 ha torpaq sahəsində, inşa edilmiş bir mərtəbəli yaşayış evinə köçürülsün. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1(bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1265/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1265/2021
03.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver