Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1277/2020 17.09.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi , Məhkəmə iclas katibi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh X3iddia ərizəsi ilə məhkəməyə müraçiət edərək, onun və iki azyaşlı övladları ilə birlikdə ünvan 1-ə köçürülməyi barədə qətnamə cıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddi tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X1 əvəzinə Cavabdeh qeyd edilməklə onun və iki azyaşlı övladları ilə birlikdə Quba rayonu, Qırmızı Sloboda qəsəbə, G.Əsədov küçəsi, ev 74-ə köçürülməyi barədə qətnamə cıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiacı İddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, 17 10.2017-ci ildə ünvan 1 ünvanının sakini olan Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahdan iki övladları xx.xx.2008-ci təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir.2007-ci ildə nikaha daxil olduqdan sonra gəlin kimi ünvan 2 köçmüşdür. 2019-cu ilə kimi həmin ünvanda keçmiş həyat yoldaşı Cavabdeh ilə yaşamışdır. Övladları Qırmızı sloboda qəsəbəsi 1 nömrəli məktəbdə təhsil alırlar. 2019-cu ildə ailə münaqişəsi olduğu üçün rəsmən boşanmışdır.Gəlin köçdüyü gündən özü ilə apardığı cehizləri həmin ünvandadır.. Lakin hazırda 2019-cu ilin avqust ayından atasına məxsus Quba rayoni Vladimirovka kəndində övladları ilə birlikdə yaşayır. Bir neçə dəfə övladlarım ilə birlikdə gəlin köçdüyü evə köçmək istəsə də yoldaşı və qaynarası onun köçməsini istəmədilər. Hazırda atası evi darısqaldır. Göstərilənləri nəzərə alaraq, onun və iki azyaşlı övladları ilə birlikdə ünvan 1-ə köçürülməyi barədə qətnamə cıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdehna qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq söbutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 saylı X6 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, 5 saylı X6 arxiv sənədlərində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair sənədlər aşkar edilməmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, xx.xx.2008-ci təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 rayonu, Qırmızı Sloboda qəsəbəsi, G.Əsədov küçəsi, ev 74-də qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmədə müəyyən edildi ki, tərəflər arasında hüquq münasibətləri 2007-ci ildə yaranmış və hüquq münasibəti yaranan zaman mübahisəli mənzil özəl olmamaqla xüsusi mülkiyyətdə olmamışdır və iddiaçının cehiz əşyaları hazırda həmin evdədir. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə İddiaçı övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsini qanuni hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. İddiaçı övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1(bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1277/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1277/2020
17.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver