Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1288/2020 10.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi1 Həsənağa qızının maraqlı şəxs Ərizəçi2 iştirakı ilə Ərizəçi1 Həsənağa qızının maraqlı şəxslər Ərizəçi2 və Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi1 Həsənağa qızı məhkəməyə ərizə ilə müraciət edərək,onun Ərizəçi2 ilə rəsmi nigahlarından anadan olmuş uşaqları X1 xx xxxxxxxx 2016-cı il tarixdə Quba rayonu Muçu kəndində doğulması faktının müəyyən edilməsi, X2 doğum haqqında şəhadətnamə verilərkən, atası qrafasında “Ərizəçi2”, anası qrafasında “Ərizəçi1 ” kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi1 Həsənağa qızı ərizəsini müdafiə edərək göstərdi ki, Ərizəçi2 ilə xx xxxxxx 2012-ci ildə nigahlarını rəsmi qeyd etdirərək ailə qurmuş. Birgə nigahdan 4 uşaqları dünyaya gəlmişdir.Uşaqlarının 3-ü xəstəxanada doğulduğundan onlar üçün doğum haqqında şəhadətnamə almış.Yaşadıqları yer Quba şəhər xəstəxanasından uzaq olduğundan xəstəxanaya çatdıra bilmədiyi üçün xx.xx.2016-cı ildə Mikayıl adlı uşaqları ev şəraitində doğulmuşdur.Ondan sonra maddi vəziyyətləri pis olduğundan uşağın doğumunu rəsmiləşdirə və doğuma dair şəhadətnamə ala bilməmişlər. Uşaq hazırda sağ və salamatdır. Uşağın doğumuna dair doğum haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etsəkdə, tibb məntəqəsindən arayış və doğum haqqında tibbi şəhadətnamə olmadığı üçün qeydiyyat şöbəsində uşağın doğumunun qeydə alınmasının mümkün olmadığı bildirilmiş və bununla bağlı rəsmi imtina məktubu verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Uşağımız böyüyür, tez-bir vaxtan sonra artıq məktəbə getməlidir artıq ona doğum haqqında şəhadətnamə almaq məcburiyyətində qalmışdır.Göstərilənləri nəzərə alaraq, onun Ərizəçi2 ilə rəsmi nigahlarından anadan olmuş uşaqları X1 xx xxxxxxxx 2016-cı il tarixdə Quba rayonu Muçu kəndində doğulması faktının müəyyən edilməsi, X2 doğum haqqında şəhadətnamə verilərkən, atası qrafasında “Ərizəçi2”, anası qrafasında “Ərizəçi1 ” kimi qeyd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə maraqlı şəxs Ərizəçi2 ərizənin təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid Mövlanov Telli Osman qızı bildirdi ki, Ərizəçi1 Həsənağa qızı ilə həmkəndli və qonşudurlar. Ərizəçi1 ilə Ərizəçi2 8 ildir ki, ailəlidirlər və dörd övladları var. Ərizəçi1 Həsənağa qızının uşağı həqiqətən xx xxxxxxxx 2016-cı il tarixdə Quba rayonu, Muçu kəndində evdə doğulmuş, hazırda valideynləri ilə birlikdə həmin kənddə yaşayır. Məhkəmədə şahid Mövlanova Mənsurə Ağacamal qızı bildirdi ki, Ərizəçi1 Həsənağa qızı ilə qonşudurlar. Ərizəçi1 ilə Ərizəçi2 8 ildir ki, ailəlidirlər və dörd övladları var. Ərizəçi1 Həsənağa qızının uşağı həqiqətən xx xxxxxxxx 2016-cı il tarixdə Quba rayonu, Muçu kəndində evdə doğulmuş, hazırda valideynləri ilə birlikdə həmin kənddə yaşayır. Məhkəmə ərizəçini, maraqlı şəxsi və şahidləri dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 ilə Ərizəçi1 Həsənağa qızının nikahı xx xxxxxx 2012-ci il tarixdə bağlanmışdır. Beləliklə məhkəmədə müəyyən edildi ki, tərəflər xx xxxxxx 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan xx xxxxxxxx 2016-cı il tarixdə Quba rayonu, Muçu kəndində yaşadığı evdə uşaqları X3 doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, Ərizəçi1 Həsənağa qızı ilə Ərizəçi2 birgə nikahından anadan olmuş X1 xx xxxxxxxx 2016-cı il tarixdə Quba rayonu Muçu kəndində doğulması faktının müəyyən edilməli, X2 doğum haqqında şəhadətnamə verilərkən, atası qrafasında atası qrafasında “Ərizəçi2”, anası qrafasında “Ərizəçi1” qeyd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. X1 xx xxxxxxxx 2016-cı il tarixdə Quba rayonu Muçu kəndində doğulması faktı müəyyən edilsin. X2 doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “Ərizəçi2”, anası qrafasında “Ərizəçi1 ” qeyd olunsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1288/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1288/2020
10.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver