Məhkəmə qərarları › İş №2(027)-1288/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1288/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1288/2023 25.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Cavabdeh2 BOKT MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 BOKT MMC-yə qarşı borcun tutulmasına dair icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə vaxtında ödənilməmiş 3425 ABŞ dollan 59 sent borc, 517 ABŞ dolları 43 sent cərimə və 20 manat dövlət rüsumu tutulmasına dair Cavabdeh1 tərəfindən 07 oktyabr 2022-ci il tarixdə verilərək, reyestrdə 81-12300 nömrə ilə qeydə alınmış icra qeydinin ləğv edilməsi və məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 88 (səksən səkkiz) manat dövlət rüsumunun əvəzinin Cavabdeh2 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətindən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 BOKT MMC-nin Quba filialı ilə bağlanmış 17 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən o illik 28 faiz olmaq şərtilə, 36 ay müddətinə təşkilatdan 3000 ABŞ dolları məbləğində kredit almışdır. Aralarında olan razılığa əsasən kredit məbləği ödənilənədək özünə məxsus təqaüd kartını Cavabdeh2 BOKT MMC-nin Quba filialına vermişdir. Təşkilatın əməkdaşları tərəfindən kredit borcu hər ay ona məxsus kartdan çıxarılaraq ödəniş edilmişdir. xx.xx.2019-cu il tarixdə "xxxx" Finans BOKT MMC-nin Quba filialı ona məxsus təqaüd kartının qaytarılması barədə müraciətindən sonra təqaüd kartı ona qaytarılmışdır. Lakin bu yaxınlarda kartını yoxlayan zaman kartda pul olmadığını görüb DSMF Publik Hüquqi şəxsin 1 saylı Quba-Xaçmaz regional filialına müraciət etdikdə filialdan Quba Rayon İcra və Probasiya Şöbəsinin qərarına əsasən ondan "xxxx" Finans BOKT MMC-nin xeyrinə pul tutulduğunu öyrənib. Quba Rayon İcra və Probasiya Şöbəsinə müraciət etdikdə şöbənin icraatında Cavabdeh1 07 oktyabr 2022-ci il tarixli, 81-12300 nömrəli icra qeydinə əsasən icra işi olduğunu, ona görə borcun tutulması üçün təqaüdünə yönəldildiyi bildirilib. Həmin icra qeydini əldə etdikdə ona məlum ollmuşdur ki, guya onun 3425,59 ABŞ dolları məbləğində Cavabdeh2 BOKT MMC-yə borcu var. Bundan əlavə 517,43 ABŞ dolları məbləğində də cərimə olunmuşdur. Notariusun gəldiyi nəticəyə əsasən ondan 3943,02 ABŞ dollan borc və 20 manat məbləğində dövlət rüsumu tutularaq Cavabdeh2 BOKT MMC-yə ödənilməlidir. Qeyd edir ki, onun kredit borcu ödənmişdir. Hazırki icra qeydi ilə razılaşmır. Qanunvericiliyə əsasən icra qeydi tərəflər arasında mübahisə olmadığı halda verilə bilər. Hazırki halda borcla bağlı mübahisə olduğu halda notarius necə icra qeydi verə bilər. Göründüyü kimi, pulun ödənilməsi barədə icra qeydi alınması üçün əsas olan sənəd notariat qaydasında təsdiq olunmuş əqddir. Lakin hazırki iş üzrə icra qeydi notariat qaydasında təsdiq olunmuş əqd üzrə deyil, Cavabdeh2 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyəti ilə onun arasında bağlanmış 17 iyun 2015-ci il tarixli kredit müqaviləsi əsasında verilmişdir və həmin kredit müqaviləsi notariat qaydasında təsdiq olunmamışdır. İlkin məhkəmə iclasında İddiaçı iddia ərzəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 BOKT MMC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, icra qeydində iddiaçının 3946 ABŞ dolları borcu qalmış, ondan təxminən 2019-cu ildə sonuncu dəfə 600 manat ödəyib, kredit təşkilatına 3425 ABŞ dollan 59 sent borc, 517 ABŞ dolları 43 sent cərimə borcu qalıb. Dəfələrlə rəsmi xəbərdar olunmasına baxmayaraq kredit borcunu tam ödəməmişdir. Odur ki, iddiaçının tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. İş üzrə cavabdeh Quba Regional “ASAN Xidmət” Mərkəzinin notariusu Süleyman Məmmədov iş yükü ilə bağlı məhkəmə iclasına iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan 17 iyun 2015-ci il tarixli 384 saylı, Kredit müqaviləsindən görünür ki, Cavabdeh2 BOKT MMC tərəfindən İddiaçı 36 ay müddətinə illik 28% dərəcəsi ilə 3000 (üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh1 reyestrdə 8İ-12300 nömrə ilə qeyd edilmiş 07 oktyabr 2020-ci il tarixli İcra Qeydindən görünür ki, Cavabdeh2 BOKT MMC-nin xeyrinə İddiaçı müddət üçün vaxtında ödənilməmiş 1657 ABŞ dolları 50 sent tutulmalı, borcludan 3425 ABŞ dollan 59 sent borc, 517 ABŞ dolları 43 sent cərimə və 20 manat dövlət rüsumu, cəmi 3943 ABŞ dolları 02 sent pul tutulmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı mddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır.İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər.Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Həmin qanunun 78-ci maddəsinə əsasən icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” 11 sentyabr 2000-ci il tarixli Təlimatın 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Həmin Təlimata əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Həmin Təlimata əsasən tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Həmin Təlimatın 162-ci bəndinə əsasən İcra qeydi əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2000-ci il trailxi 156 №-li Qəraraı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısının 2-ci bəndinə əsasən əsasən borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər üzrə icra qeydi almaq əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli, müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış, alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı təqdim edilir. Məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, iddiaçı tərəflər arasında kredit müqaviləsi bağlanılmış iddiaçıya kredit verilmiş və iddiaçı həmin krediti 36 ay müddətində hər ay müəyyən məbləğində ödəniş etməklə geri qaytarmağı öhədinə götürmüşdür. Həmçinin, məhkəmə arşdırması zamnaı müəyyən eidlmişdir ki, Cavabdeh1nə tərəfindən tələbkarın müraciəti əsasında kredit müqaviləsi üzrə yaranmış borcuna dair icra qeydi aparılmışdır. Həmin icra qeydi üzrə borcludan kredit müqaviləsi üzrə ödənilməmiş borcun tutulması müəyyən edilmişdir. İddiaçı notairusun icra qeydinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin əsası kimi kredit müqaviləsinin notariat qaydada təsdiq olunmamasına istinad etmişdir. Məhkəmə arşdırması zamanı notarius tərəfindən müvafiq icra qeydi tərtib edilərkən notariat haqqında qanunvericiliyin hər hansı tələbinin pozulması halını müəyyən etmək mümkün olmamışdır. Belə ki, müvafiq icra qeydi tələbkar Cavabdeh2 bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin müarciəti əsasında tərtib edilmiş, icra qeydi bankla iddiaçı arasında bağlanılmış kredit müqaviləsi və ona əlavə edilmiş sənədlər (ödəniş cədvəli, maliyyə arayışı) əsasında tərtib edilmiş, müvafiq tələb üzrə mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülməmiş, habelə notariat haqqında qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada borcluya bu barədə yazılı bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki mülki iş üzrə cavabdeh tərəfindən müvafiq icra qeydi aparılarkən notariat haqqında və mülki qanunvericiliyin hər hansı tələbinin pozulması halı müəyyən edilməmişdir. Bu halda, məhkəmə qeyd olunan halları əsas götürərək, notaria və mülki qanunvericiliyin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia tələbi əsasız olmaqla, təmin edilməməlidir. Məhkəmə bununla əlaqədar onu qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə alır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 BOKT MMC-yə qarşı borcun tutulmasına dair icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş 88 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar