Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1289/2021 14.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X8 JN:0072 Kod 30315068 saylı Torpağa Mülkiyyət Hüququna X24 əsasən məxsus olmaqla ondan miras qalmış Quba rayonu İsnov kəndi ərazisində yerləşən 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə vərəsəliyin açılma yerinin Quba rayonu, İsnov kəndi olması və həmin mirasın onların ölümündən sonra o, Ərizəçi qəbul etməsi faktının təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, onunla əsaslandırmışdır ki, Quba rayonu İsnov kəndi ərazisində yerləşən 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN:0072 Kod 30315068 saylı Dövlət Aktına əsasən mərhum anası X8 məxsus olmaqla ondan miras qalmışdır. Bildirir ki, valideynləri X3 və X15 19 may 1947-ci il tarixdə nikahlarını Quba rayonu Zərqova İƏD üzrə nümayəndəliyində rəsmi qeyd etdirməklə evlənib ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxx 1964-cü il tarixdə o, Ərizəçi doğulmuşdur. X1 10 aprel 1979-cu il tarixdə, anası X15 30 sentyabr 2016-cı il tarixdə ölmüşlər. Anasının ölümündən sonra onun yeganə vərəsəsi o, Ərizəçi qalmış və anasından miras qalmış 0,43 ha torpaq sahəsi olan miras əmlakını fatiki o istifadə və idarə etməklə qəbul etmişdir. Anasının ölümündən sonra ondan miras qalmış 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə torpaq vergisini hər il özü ödəmiş və miras qalmış torpaq sahəsini o əkib-becərir. Bu fakt ərizəsinə əlavə etdiyi Quba rayonu Zərqava bələdiyyəsinin 05 aprel 2021-ci il tarixli 026 saylı arayışı ilə də təsdiq olunur. Beləliklə də, qanunvericiliyin tələbləri üzrə anasından miras qalmış əmlak olan Quba rayonu İsnov kəndində yerləşən 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini faktiki idarə etməklə mirası mən qəbul etmişdir. Bildirir ki, Vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Quba regional Asan xidmət mərkəzində notariat kontoruna müraciət etmişdir. Quba regional Asan xidmət mərkəzində notariat ofisinin 12 aprel 2021-ci il tarixli, 1046 saylı məktubu ilə mirasın qəbulu müddətindən uzun müddət öldüyü üçün ona həmin faktın məhkəmə qaydasında müəyyən olunması izah olunmuşdur. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Quba regional Maraqlı şəxstaria Ofisini məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan JN-0072 KOD 30315068 saylı Torpağa Mülkiyyət Hüququna X23 görünür ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli, 08 nömrəli qərarı ilə X6 mülkiyyətinə 0,43 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Quba RİHB-nın Zərqova kənd İƏD üzrə nümayəndəsinin 05.04.2021-ci il tarixli, 133 saylı arayışından görünür ki, mərhum X4 1924-cü ildən Quba rayonunun İsnov kəndində yaşamış və orada 1979-cu il tarixdə vəfat etmişdir. Mərhumun vəfatından sonra vərəsəsi oğlu Ərizəçi qalmışdır. İş materiallarında olan Quba RİHB-nın Zərqova kənd İƏD üzrə nümayəndəsinin 05.04.2021-ci il tarixli, 134 saylı arayışından görünür ki, mərhum X15 1929-cu ildən Quba rayonunun İsnov kəndində yaşamış və orada 2016-cı il tarixdə vəfat etmişdir. Mərhumun vəfatından sonra vərəsəsi oğlu Ərizəçi qalmışdır. İş materiallarında olan Quba RİHB-nın Zərqova kənd İƏD üzrə nümayəndəsinin 05.04.2021-ci il tarixli, 26 saylı arayışından görünür ki, mərhumə X6 adına olan torpaq mülkiyyət hüququna dair JN: 0072 aktında olan 0,43 ha özəl torpaq vergisini hər il Ərizəçi ödəmişdir. İş materiallarında olan Quba RİHB-nın Zərqova kənd İƏD üzrə nümayəndəsinin 03.05.2021-ci il tarixli, 162 saylı arayışından görünür ki, Ərizəçi 30.09.2016-cı il tarixdə vəfat etmiş anası X7 dəfn mərasimini özü təşkil etmiş və bütün xərcləri özü ödəmişdir. İş materiallarında olan Quba RİHB-nın Zərqova kənd İƏD üzrə nümayəndəsinin 18.05.2021-ci il tarixli, 171 saylı arayışından görünür ki, Ərizəçi nümayəndəliyin İsnov kənd sakini olub hal-hazırda həmin kənddə yaşayır. İş materiallarında olan Quba rayon Qeydiyyat Şöbəsinin 16 oktyabr 2019-cu il tarixli, 187 №li arayışından görünür ki, X3 ilə X10 arasında nikah 19.05.1947-ci il tarixdə bağlanmışdır. İş materiallarında olan 21 dekabr 1964-cü il tarixli, A3 seriyalı, ******* №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 ilə X6 birgə nikahlarından xx.xx.1964-cü il tarixdə Ərizəçi doğulmuşdur. İş materiallarında olan 16.10.2019-cu il tarixli, AZ-İİ seriyalı 019829 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X4 10.04.1979-cu il tarixdə ölmüşdür. İş materiallarında olan 03 oktyabr 2016-cı il tarixli, AZ-İ seriyalı 823314 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X15 30.09.2016-cı il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 46-cı maddəsinə əsasən İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. «Beynəlxalq müqavilələrin bağlanması, dəyişdirilməsi və denonsasiyası haqqında» 1969-cu il Vyana Konvensiyasının 3-cü maddəsində deyilir ki, Beynəlxalq müqavilələr onların tətbiqi təcrübəsi ilə birlikdə məcburi qüvvəyə malikdir. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, yaşayış və qeyri-yaşayış sahəsinə, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. «X16rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə kompensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəməyə müraciət etməyibsə, deməli, faktiki olaraq ərizəçinin həmin tikintiyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə, susmaq razılıq əlamətidir ki, dövlət də bu halda susmaqla, Önər Yıldızın heç bir icazə almadan parkda tikinti inşa edərək, ailəsi ilə yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. İşdəki sübutlar əsasında müəyyən olunur ki, Quba rayonu İsnov kəndində yerləşən JN 0072 Kod 30315068 saylı Torpağa Mülkiyyət Hüququna X24 əsasən verilmiş 0,43 ha torpaq sahəsi ərizəçinin anası X8 məxsus olmuş, X15 30.09.2016-cı il tarixdə ölmüşdür. X2 mülkiyyətində olan JN 0072 KOD 30315068 saylı Torpağa Mülkiyyət Hüququna X24 əsasən verilmiş 0,43 ha torpaq sahəsi onun mirası sayılmalıdır. X6 ölümündən sonra ondan miras qalmış, 0,43 ha torpaq sahəsini Ədilov Rahim Ağakərim oğlu faktiki idarə etməklə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən miras miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Həmin Məcəllənin 1259-cu maddəsinə əsasən əgər müxtəlif əsaslar üzrə vərəsəyə mirasdan bir neçə pay düşərsə, o, bir payı qəbul edə, digərindən imtina edə bilər, yaxud bütün paylardan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Həmin Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının və həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən olunması xüsusi icraat qaydasında məhkəmə tərəfindən həyata keçirilir. Beləliklə, məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi mərhum anası X8 JN:0072 Kod 30315068 saylı Torpağa Mülkiyyət Hüququna X24 əsasən məxsus olmaqla ondan miras qalmış Quba rayonu İsnov kəndi ərazisində yerləşən 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə vərəsəliyin açılma yerinin Quba rayonu, İsnov kəndi olmaqla, həmin mirasın X6 ölümündən sonra Ərizəçi qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i: Ərizə təmin olunsun. Ərizəçi mərhum anası X8 JN:0072 Kod 30315068 saylı Torpağa Mülkiyyət Hüququna X24 əsasən məxsus olmaqla ondan miras qalmış Quba rayonu İsnov kəndi ərazisində yerləşən 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə vərəsəliyin açılma yerinin Quba rayonu, İsnov kəndi olmaqla, həmin mirasın X6 ölümündən sonra Ərizəçi qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1289/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1289/2021
14.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver