Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-129/2021 04.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmirasıan Arif oğlunun katibliyi ilə, İddiaçı və cavabdehlər X2, Cavabdeh2, X10 və Cavabdeh5 iştirakları ilə İddiaçı və cavabdehlər X2, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı “mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılıan maneəlin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba rayonu İ nügədi kəndində yerləşən 0.26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə cavabdehlər X2, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 tərəfindən mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, torpaq sahəsində tikilmiş beton və daş bünövrənin və mişar daşlarının cavabdehlərin hesabına ona məxsus torpaq sahəsindən kənarlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,26 ha kənd tsərrüfatı təyinatlı torpaq sahəsi ona, atası X4 və anası Ağabalayeva Teyfur qızına məxsusdur. Artıq neçə ildir ki, torpaq sahəsinə mülkiyyət hüququnu həyata keçirə bilmir, torpaq sahəsinə gələ bilmir, torpaq sahəsindən istifadə edə bilmir. Cavabdehlər Əlibabayev və digərləri ona məxsus torpaq sahəsində beton və daşdan bünövrə tikmiş, kübik tokmüş, orada tikinti işləri aparmışlar. Müxtəlif instansiyalara etdiyi şikayətlər nəticəsində bünövrənin üzərində olan yarımçıq tikili traktorla dağıtdırsa da, kubik daşları həmin ərazidə qalmış, və bünövrəsi isə hələ də yerində qalmışdır. Dəfələrlə torpaq sahəsinin sərhədlərinin müəyyənləşdirilməsi üçün mütəxəssislər gəlmiş, ərazinin sərhədlərini göstərərkən cavabdehlər Kamil Əlbabayev və ailə üzvləri onu ora qoymamış, ərazidə münaqişə yaranmışdır. Quba rayon Polis Şöbəsində də olublar. Hələ bu azmış kimi cavabdehlər onu məhkəməyə vermiş, ona qarşı özgənin qanunsuz sahibliyindən əmlakın geri alınması tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişlər. Quba Rayon Məhkəməsinin 2(027)-96/2020 nömrəli qətnaməsinə əsasən cavabdehlərin ona qarşı olan tələbi təmin edilməmişdir. İş üzrə keçirilmiş ekspertiza zamanı cavabdehlərə məxsus sahəsinin kordinantları ilə natura arasında cənub-şərq istiqamətinə doğru 50 metr fərq və ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin koordinantları ilə natura arasında cənub-şərq istiqamətinə 10.53 metr fərq olduğu göstərilmişdir. Ekspert rəyindən də göründüyü kimi, ona və ailə üzvlərinə məxsus torpaq sahəsi ilə cavbdehlərə məxsus torpaq sahəsi arasında məsafə vardır. Lakin buna baxmayaraq o həmin torpaq sahəsindən istifadə edə bilmir. Cavabdehlər kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə betondan və daşdan bünövrə tikərək, mişar daşı tökərək torpaq sahəsini yararsız hala salmışlar. Həmin torpaq sahəsinə faktiki olaraq daxil ola və istifadə edə bilmir. Quba Rayon Məhkəməsinin 2(027)-96/2020 nömrəli qətnaməsini bir aydan çoxdur ki, alıb, cavabdehlər həmin qətnamədən apelyasiya şikayəti verməmişlər. Göstərilənləri nəzərə alaraq cavabdehlər X2, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 tərəfindən mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, torpaq sahəsində tikilmiş beton və daş bünövrənin və mişar daşlarının cavabdehlərin hesabına ona məxsus torpaq sahəsindən kənarlaşdırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh X2 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh5 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh3 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavbdeh Cavabdeh4 lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iş üzrə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələblərini əsas tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı və cavabdehlər X1, Cavabdeh2, Cavabdeh5 dinləyib, işdə olan sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Beləki, iş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, Quba rayonu İ Nügədi kəndində qeydiyyatdadır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-96/2020 nömrəli qətnaməsinin surətindən görünürki, iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 cavabdeh İddiaçı qarşı özgənin qanunsuz sahibliyindən əmlakın geri alınması tələbinə dair iddiaları təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin çıxarışından müəyyən edilir ki, reyestr nömrəsi **********27 RX seriyalı 1220130, qeydiyyat tarixi xx.xx.2017-ci il çıxarışa əsasən Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0.26 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və 184 nömrəli reyest kitabında 27 nömrəli vərəqində qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 621986 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X7 xx.xx.2013-cü il tarixində vəfat etmiş,xx.xx.2013-cü il tarixində 30 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 609481 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X3 xx.xx.2013-cü il tarixində vəfat etmiş,xx.xx.2013-cü il tarixində 11 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-254, kod 30319018 saylı Dövlət Aktına görə X5 və ailə üzvlərinə kənd təsərrüfatı təyinatı məqsədilə 0.65 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-239, kod 30319018 saylı Dövlət Aktına görə Cavabdeh1 və ailə üzvlərinə kənd təsərrüfatı təyinatı məqsədilə 1.10 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin çıxarışından müəyyən edilir ki, reyestr nömrəsi **********92 RX seriyalı 0466775, qeydiyyat tarixi xx.xx.2014-cü il çıxarışa əsasən 0.22 ha torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 xüsusi mülkiyyətindədir və 89 nömrəli reyest kitabında 63 nömrəli vərəqində qeyd edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-1248/2020 nömrəli qəradadının surətindən görünürki, İddiaçı və cavabdehlər X2, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı “mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılıan maneəlin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə məhkəmə-mühəndislik, torpaqşünaslığ ekspertizası təyin olunub. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın kadastrı və və ünvan Reyestr Xitmətinin Məhkəmə Ekpertiza Mərkəzinə ünvanladığı məktuba əsasən mütəxəssis rəyindən müəyyən olunur ki, ünvan 1razisində yerləşən İddiaçı məxsus RX seriyalı 1220130, çıxarışa əsasən 0.26 ha torpaq sahəsi, ünvan 1razisində yerləşən X2, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 RX seriyalı 0466775, qeydiyyat tarixi xx.xx.2017-ci il çıxarışa əsasən 0.26 ha torpaq sahəsi üst-üstə düşmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozulub pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Hazırki mübahisəyə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı özünə məxsus olmayan torpaq sahəsini qeyri-qanuni yol ilə zəbt etməklə hazırda həmin torpaq sahəsinin mülkiyyətçisinə qarşı. qanunsuz müdaxiləsi nəticəsində cavabdeh mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 0,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılıan maneələrin aradan qaldırılmalı və torpaq sahəsində tkilmiş beton və daş bünövrə, mişar daşları cavabdehlərin hesabına torpaq sahəsindən kənarlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 0,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılıan maneələrin aradan qaldırılsın və torpaq sahəsində tkilmiş beton və daş bünövrə, mişar daşları cavabdehlərin hesabına torpaq sahəsindən kənarlaşdırılsın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-129/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-129/2021
04.02.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver