Məhkəmə qərarları › İş №2(027)-1293/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1293/2020

10.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1293/2020 10.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1, nümayəndəsi X2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı yaşayış sahəsindən qeydiyyatdan çıxarılma tələbinə dair iddia tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Quba şəhəri, Nizami küçəsi, 32 saylı evin yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab etməklə qeydiyyatlarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçılar İddiaçı1 və İddiaçı2 göstərdilər ki, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən 32,3 kv.m. yaşayış, 62,7 kv.m. yardımçı sahələr olmaqla 85 kv.m. ümumi sahədən ibarət iki otaqlı fərdi yaşayış evi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2020-ci il tarixdə hər birinin payı 1/3 hissə olmaqla xüsusi mülkiyyət hüququ ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına qeydə alınmışdır. Quba şəhəri, Nizami küçəsi, 32 ünvanında yerləşən yaşayış evi İddiaçı1, İddiaçı2, bacısı və Cavabdeh2 bibisi xx.xx.2013-cü ildə vəfat etmiş X1 hər birinə 1/3 vərəsəlik payı olmaqla miras qalmışdır. Cavabdeh2 xx.xx.2020-ci il tarixdə öz payını İddiaçı3 satmışdır. Sonuncular arasında bağlanmış müqaviləyə əsasən, Cavabdeh2 14 gün ərzində qeydiyyatdan çıxmalı olmasına baxmayaraq, hələ də qeydiyyatdadır. Həmin evin sənədləşdirilməsi zamanı məlum olmuşdur ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ünvan 1 ünvanında qeydiyyatdadlırlar. Cavabdehlər sözü gedən mənzildə deyil, özlərinə məxsus Quba şəhəri, 32-33 kvartalda olan iki fərdi yaşayış evində yaşayırlar. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Quba şəhəri, Nizami küçəsi, 32 saylı evin yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab etməklə qeydiyyatlarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı1 nümayəndəsi X4 iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı1, onun nümayəndəsi X3 və digər İddiaçı2 dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 saylı Ərazi İdarəsindən **********73-10301 reyestr nömrəli texniki pasportdan görünür ki, Quba şəhəri, Nizami küçəsi, 32 saylı evin hüquqi subyekti İddiaçı1dır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki,ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən 32,3 kv.m. yaşayış, 62,7 kv.m. yardımçı sahələr olmaqla 85 kv.m. ümumi sahədən ibarət iki otaqlı fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə hər birinin payı 1/3 hissə olmaqla xüsusi mülkiyyət hüququ ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına qeydə alınmışdır. Beləliklə, məhkəmədə müəyyən edildi ki, Quba şəhəri, Nizami küçəsi, 32 ünvanında yerləşən yaşayış sahəsi mülkiyyət hüququ əsasında iddiaçılara məxsusdur. Cavabdehlər həmin evdə yaşamır, mübahisəli evdə onların hər hansı əşyası yoxdur. Həmin evdə cavabdehlər formal olaraq qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanununun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Eyni Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxsyaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Sadalananlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin evə qeydiyyatda qalması iddiaçılara evdən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçıların məqsədi cavabdehlərin evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehlərin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehlərin qeydiyyatdan çıxarılmasına əsas verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Quba şəhəri, Nizami küçəsi, 32 saylı evin yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Quba şəhəri, Nizami küçəsi, 32 saylı evin yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar