Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1295/2023 24.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi X23 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə ərizəçi X4 Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X10 Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X1 07 noyabr 2018-ci il tarixdə Quba şəhərində doğulması faktının müəyyən edilməsi, oğlu X5 doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qrafasında “X17” oğlu, ata qrafasında “X8”, ana qrafasında Ərizəçi” kimi qeyd olunması; oğlu X11 25 sentyabr 2021-ci il tarixdə Quba şəhərində doğulması faktının müəyyən edilməsi, oğlu X15 doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qrafasında “X16”, ata qrafasmda “X8”, ana qrafasında “Ərizəçi” kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi 2017-ci ildə X8 ilə el adəti üzrə ailə qurmuşdur. Ailə qurarkən şəxsiyyətini təsdiq edən sənəd olmadığından aralarında olan nikahı rəsmiləşdirə bilməmişlər. Onların faktiki ailə münasibətlərindən 07 noyabr 2018-ci il təvəllüdlü Məhəmməd və 25 sentyabr 2021-ci il təvəllüdlü Amil adlı uşaqları anadan olmuşdur. Uşaqlar xəstəxana şəraitində anadan olsalar da, həmin vaxt uşaqların anası kimi onun şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün doğum haqqında şəhadətanaməsində qeyd olunmuş “Məmmədova” soyadı ilə xəstəxanada qeydiyyatdan keçmişdir. Bundan sonra o, özü üçün şəxsiyyətini təsdiq edən sənəd əldə etmək üçün aidiyyəti orqanlara müraciət etmişdir. Özünün doğum haqqında şəhadətnaməsində ata haqqında məlumatların anasının sözləri əsasında yazılması, anasının isə vəfat etməsi, o cümlədən vəfat etdiyi günə qədər də Azərbaycan Respublikasının vətəndaşı olmaması şəxsiyyət vəsiqəsi almaqla bağlı çətinliklərini artırmışdır. Bundan sonra o, atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, 10 may 1976-cı il təvəllüdlü X7 onun atası olmasının müəyyən edilməsi qət edilmişdir. Yalnız bundan sonra onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınaraq “Abdullayeva” soyadı ilə şəxsiyyət vəsiqəsi almışdır. Lakin xəstəxanada qeydiyyatdan keçərkən soyadının “Məmmədova” ata adının “Sübhan”, şəxsiyyət vəsiqəsində isə soyadının “Abdullayeva”, ata adının isə Fətulla kimi qeyd edilməsi, eyni zamanda uşaqların doğumundan uzun müddət keçdiyi üçün övladlarına doğum haqqında şəhadətnamə ala bilməmişdir. 15 aprel 2023-cü il tarixdə faktiki nikah münasibətində olduğu və uşaqlarının atası olan X8 ilə aralarında olan nikahı rəsmiləşdirmişdir. Hazırda “Mustafayeva” soyadı ilə yeni şəxsiyyət vəsiqəsi də almışdır. Övladları Məhəmməd və Amilə doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 19 aprel 2023-cü il tarixli məktubu ilə uşaqlarına doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu faktın müəyyən olunması ona uşaqlara doğum haqqında şəhadətnamə, şəxsiyyətlərini təsdiq edən sənəd almaq üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Ərizəçi ilə 2017-ci ildə el adəti üzrə ailə qurmuşlar. Nigahlarını 15 aprel 2023-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə 07 noyabr 2018-ci il tarixdə Məhəmməd və 25 sentyabr 2021-ci il tarixdə Amil adında uşaqları doğulmuşdur. Uşağların atası özüdür. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq toplanmış sübutlara qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 24 saylı arayışından görünür ki, Əfsanə Məmmədova xx.xx.2018-ci il tarixdə 39 həftəlik hamiləlik diaqnozu ilə Quba RPM-yə daxil olmuş, xx.xx.2018-ci il tarixdə oğlan uşağı anadan olmuş, xx.xx.2018-ci il tarixdə ana uşağı ilə birlikdə evə yazılmış, ananın heç bir sənədi olmadığına görə forma 103, “Doğum haqqında tibbi şəhadətnamə” və forma 113 “Əvəzləmə kartı” verilməmişdir. İş materiallarında olan Quba rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 25 saylı arayışından görünür ki, Əfsanə Məmmədova xx.xx.2021-ci il tarixdə 39 həftəlik hamiləlik diaqnozu ilə Quba RPM-yə daxil olmuş, xx.xx.2021-ci il tarixdə oğlan uşağı anadan olmuş, xx.xx.2021-ci il tarixdə ana uşağı ilə birlikdə evə yazılmış, ananın heç bir sənədi olmadığına görə forma 103, “Doğum haqqında tibbi şəhadətnamə” və forma 113 “Əvəzləmə kartı” verilməmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)- 1889/2022 saylı qətnaməsindən görünür ki, 10 may 1976-cı il təvəllüdlü X7 16 avqust 2000-ci il tarixdə doğulmuş X12 atası olması müəyyən edilmişdir. İş materiallarında olan nikah haqqında AZ-İİ seriyalı, 545333 №li şəhadətnamədən görünür ki, X8 ilə X13 arasında nikah 15 aprel 2023-cü il tarixdə Quba regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 0250 № ilə qeyd edilmiş və nikahdan sonra arvad «Mustafayeva» soyadını qəbul etmişdir. İş materiallarında olan Quba Rayon Mərkəzi Xəstəxanasının Alekseyevka kənd həkim məntəqəsinin xx.xx.2023-cü il tarixli 35 №li arayışından görünür ki, X6 xx.xx.2021-ci il tarixdə və xx.xx.2018-ci il tarixdə anadan olmuş oğlan uşaqları sağ salamatdır. Alekseyevka HM-də qeydiyyatdadır. İş materiallarında olan, Maraqlı şəxs tərəfindən verilmiş 19 aprel 2023-cü il tarixli, 169 №li Arayışdan görünür ki, X2 doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 19 aprel 2023-cü il tarixli, 168 №-li Arayışdan görünür ki, X14 doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 184 saylı məktubunda qeyd olunmuşdur ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 №-li qərarında qeyd edilmişdir ki, doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Bu qaydalarda nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş X3 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, Ərizəçi onun həyat yoldaşıdır, onunla 2017-ci ildə el adəti üzrə ailə qurmuşlar. Nigahlarını 15 aprel 2023-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə 07 noyabr 2018ci il tarixdə Məhəmməd və 25 sentyabr 2021-ci il tarixdə Amil adında uşaqları doğulmuşdur. Uşağların atası özüdür, uşaqlara doğum şəhadətnaməsi verilərkən ata qrafasında X8 qeyd olunmasını xahiş edir. Məhkəmə iclasında müəyyən edildi ki, X9 xx.xx.2018-ci il tarixdə və X16 xx.xx.2021ci il tarixdə X8 ilə Ərizəçi birgə münasibətindən doğulmuşlar. Müvafiq olaraq uşaqlara heç bir sənəd ala bilməmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 2.1 bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti orqanı tərəfindən aparılmalıdır. Həmin sənədin 2.6 bəndinə əsasən 2.5-ci bəndində göstərilən sənədlər təqdim edilmədikdə, uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbyacan MPM-nin: 307.2-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, X1 xx.xx.2018-ci il tarixdə Quba şəhərində doğulması faktı müəyyən edilməli, X5 doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qrafasında “X9’’, ana qrafasında “Ərizəçi”, atası qrafasında “X8” göstərilməli, X11 xx.xx.2021-ci il tarixdə Quba şəhərində doğulması faktı müəyyən edilməli, X15 doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qrafasında “X16’’, ana qrafasında “Ərizəçi”, atası qrafasında “X8” göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 xx.xx.2018-ci il tarixdə Quba şəhərində doğulması faktı müəyyən edilsin; X5 doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qrafasında “X9’’, ana qrafasında “Ərizəçi”, atası qrafasında “X8” göstərilsin. X11 xx.xx.2021-ci il tarixdə Quba şəhərində doğulması faktı müəyyən edilsin; X15 doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qrafasında “X16’’, ana qrafasında “Ərizəçi”, atası qrafasında “X8” göstərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1295/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1295/2023
24.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver