Məhkəmə qərarları › İş №2(027)-1301/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1301/2021

21.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1301/2021 21.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs uşağın anadan mənşəyinin müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 04 sentyabr 2004-cü ildə Quba rayonunun Dalıqaya kəndində doğulmuş Ülkər adlı uşağın ondan - Ərizəçi doğulması hüquqi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslanıdırılmışdır ki, o, X5 ilə 2003-cü ildə ailə qurmuşdur. 05 iyun 2014-cü il tarixində rəsmi nikaha daxil olmuşdur. Faktiki nikahlarından 04.09.2004-cü ildə bir qız uşağı anadan olmuşdur. Uşaq evdə doğulmuşdur, onun üçün vaxtında həkim arayışı alınmamışdır. O, hal-hazırda sağlamdır və onların - valideynlərin himayəsindədir. Qızı ev şəraitində anadan olduğu üçün onun doğumu barədə tibbi şəhadətnamə ala bilməmişlər. Uşağın doğumundan uzun müddət keçdiyi üçün Qeydiyyat Şöbəsindən məhkəmənin qərarı olmadan doğum haqqında şəhadətnamə ala bilmirlər. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 və X3 izahat verərək, iddiaçını tanıdıqlarını, 04 sentyabr 2004-cü ildə Quba rayonunun Dalıqaya kəndində doğulmuş Ülkərin iddiaçının doğma qızı olduğunu bildirmişlər. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 16.05.2021-ci il tarixli məktubdan görünür ki, X4 barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydləri aşkar olunmamışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Ərizəçi arasında 05.03.2014-cü il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan RMX-nın Zıxır tibb Məntəqəsinin 29.04.2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi 04.09.2004-cü il tarixdə Quba rayonu Dalıqaya kəndində X6 adlı uşaq dünyaya gətirmişdir, uşaq hal-hazırda yaşayır və sağlamdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndində doğumun qeydə alınması üçün təqdim edilməli olan sənədlər sadalanmışdır. Həmin sənədlərdən biri “doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd” kimi göstərilmişdir. Ərizəçi uşağı tibb müəssisəsindən kənarda dünyaya gətirdiyinə görə doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin sənədi yoxdur. Qaydaların 2.6-cı bəndində isə göstərilib: “Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir.” Ərizəçi 04.09.2004-cü il tarixdə Quba rayonun Dalıqaya kəndində bir qız uşağı (valideynləri tərəfindən “Ülkər” adlandırılan uşağı) doğması faktı iş üzrə toplanmış sübutlarla – ərizəçinin izahatı, şahidlərin ifadəsi, Zıxır kənd tibb məntəqəsinin arayışları ilə müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi Quba rayonunun Dalıqaya kəndində 04.09.2004-cü il tarixdə doğulmuş Ülkər adlı uşağın anası olması faktı sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Quba rayonunun Dalıqaya kəndində 04.09.2004-cü il tarixdə doğulmuş Ülkər adlı uşağın Ərizəçi doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar