Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1304/2020 23.07.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba rayonu Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası X5 xx xxxx 1937-ci il tarixdə Quba şəhərində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi və doğum fakt haqqında şəhadətnamə verilərkən vətəndaş - X9, doğum tarixi - xx xxxx 1937-ci il, doğum yeri - Quba şəhəri, atası - X9, anası - X1 qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ona görə də , Ərizəçiiddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X5 xx xxxx 1937-ci il tarixdə Quba şəhərində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi və doğum fakt haqqında şəhadətnamə verilərkən vətəndaş - X9, doğum tarixi - xx xxxx 1937-ci il, doğum yeri - Quba şəhəri, atası - X10, anası - X1 qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi hazırda babası – atasının atası X3 miras qalmış Quba şəhəri, Heydər Əliyev prospekti 89 saylı evə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almaq üçün həmin təşkilata vərəsəlik məktubu və Notariat Kontorundan vərəsəlik məktubuna miras qoyanla qohumluq əlaqələrini sübut edən sənədlər təqdim edildiyi təqdirdə verilir. Ərizəçi babası X10 ilə qohumluq əlaqələrini sübut edən sənədlər siyahısına atası X5 doğum haqqında şəhadətnaməsi də daxildir. Bu şəhadətnamədən başqa bütün sənədləri toplasam da, atamın doğum haqqında şəhadətnaməsi olmadığı üçün vərəsəliklə bağlı sənədləşmədə müxtəlif dövlət orqanlarında maneələrlə rastlaşır və Azərbaycan Respublikasının vətəndaşı kimi qanunvericiliklə ona verilən hüquqlardan asanlıqla istifadə edə bilmir. Əlavə olaraq bildirirəm ki, atası X7 məxsus SSRİ pasportunda, nikah haqqında şəhadətnaməsində doğum tarixi xx xxxx 1937-ci il qeyd olunmuşdur. Atası X5 doğum haqqında şəhadətnaməsi olmadığı üçün babası X3 qalan miras əmlaka dair sənəd ala bilmir, buna görə də vərəsəlik hüququnu həyata keçirmək imkanından məhrum olduğunu bildirmişdir. Atası X5 doğum faktını başqa yolla təsdiq etmək mümkün deyildir, bu fakt yalnız məhkəmə vasitəsilə müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə Maraqlı şəxs səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində ifadə vermiş X8 və X15 ifadəsində Ərizəçi ilə qonşu olduqlarını bildirmişlər, X5 1937-ci ildə doğulması faktını təsdiq etmişlər. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx xxx 1988-ci i tarixli Xİİİ-JQ 266711 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə Quba rayonunda anadan olmuşdur və atasının X9, anasının X2r. İş materiallarında olan xx xxxxxxxx 1986-cı il tarixli İV-JQ 316335 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1937-ci il tarixdə Quba şəhərində anadan olmuş X9 xx xxxxxx 1957-ci il tarixdə anadan olmuş X4 ilə nikahları bağlanmışdır. İş materiallarında olan xx xxxx 2018-ci i tarixli AZ-İ 927929 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxx 1999-cu il tarixdə ölmüşdür. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli 177 nömrəli Maraqlı şəxsndən verilmiş arayışdan görünür ki, X9 barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli İİİ-JQ 28605 nömrəli Maraqlı şəxsndən verilmiş arayışdan görünür ki, X10 xx xxxxxx 1985-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli 757 nömrəli Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının məktubundan görünür ki, Quba Qeydiyyat şöbəsinin 1934-cü ildən sonrakı dövr üçün sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialına təhvil verilməmişdir. Quba Qeydiyyat şöbəsinin filialda mühafizə olunan sənədlərində vətəndaş X5 doğum tarixi haqqında heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndində doğumun qeydə alınması üçün təqdim edilməli olan sənədlər sadalanmışdır. Həmin sənədlərdən biri “doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd” kimi göstərilmişdir. Ərizəçinin uşağı tibb müəssisəsindən kənarda anadan olduğu üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin sənədi yoxdur. Qaydaların 2.6-cı bəndində isə qeyd edilib ki, “Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), doğum faktı məhkəmə qaydasında müəyyən edilməlidir.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-44.2-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, ərizəçinin göstərdiyi hallar, yəni Quba rayonu, Amsar kəndində Ərizəçi xx.xx.2007-ci il tarixdə X11 adlı uşağın doğulması və atasının X16 olması faktı faktı iş materialları ilə təsdiq olunur, ona görə dəərizə təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə təmin edilsin. Doğum haqqında şəhadətnamə verilərkən Ərizəçi mərhum atası X5 doğum tarixi - xx xxxx 1937-ci il, doğum yeri - Quba şəhəri, atası - X10, anası - X1 qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1304/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1304/2020
23.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver