Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1308/2020 28.07.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı,iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “alğı-satqı əqdinin etibarlı hesab edilməsi” tələbinə barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında Torpağa Mülkiyyət Hüququna Dair JN -1214F seriyalı, kod 30319018 nömrəli Dövlət Şəhadətnaməsinə əsasən ona məxsus olan 0,10 hektar torpaq sahəsi üzrə bağlanmış alğı-satqı əqdinin etibarlı hesab edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Quba Rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1997-ci il tarixli qərarı ilə Quba rayonu, İİ Nügədi kənd sakinləri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 0,10 ha torpaq sahəsi verilmişdir. Cavabehlər xx.xx.2004-cü il tarixdə həmin torpaq sahəsini 15.000.000 manata ona satmışlar. Bununla əlaqədar müqavilə hazırlanmış və cavabdehlər alğı-satqının təsdiqi üçün həmin müqaviləni imzalanmışlar. Bundan sonra həmin torpaq onun sahibliyində və istifadəsində olmuşdur. Cavabdehə dəfələrlə notariat kontoruna gedərək müqavilə bağlanmasını bildirsə də, o, müxtəlif bəhanələrlə bundan yayınmışdır. Hazırda cavabdehlər həmin müqavilənin etibarlı hesab edilməsində maraqlı deyildir. Lakin o, vicdanlı alıcı kimi torpağın pulunu ödəyərək razılıq əsasında onu satın almışdır. Cavabdehlər yazılı şəkildə tərtib olunmuş aktı tanımaqdan əsassız olaraq imtina edir. Buna görə də mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehin məhkəmə iclaslarında iştirak etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməyinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Ona görə də məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını qərara almışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məlum olmayan səbəbdən məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 208165 nömrəli müqavilərədn görünür ki, Cavabdeh2, Cavabdeh1 və X2 rayonu, İİ Nügədi kəndində 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı yaşayış evini və 0.10 ha torpaq sahəsini İddiaçı 15.000.000 manata satmışlar. İş materiallarında olan JN-1214F, KOD 30319018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 14 saylı qərarına əsasən xx.xx.2005-ci il tarixdə Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 0,10 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Texniki Qiymətləndirilməsi xx.xx.2010-cu il tarixli rəyindən görünür ki, İddiaçı məxsus Quba rayonu, İİ Nügədi kəndində yerləşən yaşayış evinin inventar dəyəri 11760 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əqdin etibarlı hesab edilməsinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq mülki hüquq münasibətlərinin subyektləri arasında yaranmış mübahisələr, həmin hüquq münasibətləri yaranan zaman qüvvədə olan mülki qanunvericilik müddəalarına əsasən həll olunmalı olduğundan, məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisənin (xx xxxxxx 2003-cü il) həlli üçün 2000-ci il sentyabrın 1-dən sonra qüvvədə olan mülki qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 2005-ci il 18 may tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsində göstərilir ki, tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırarsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konsitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericilklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.2-ci maddəsinə əsasən qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Məhkəmə hesab edir ki, tərəflərin hüquqi vəziyyətini yaxşılaşdırdığı üçün 2005-ci il 18 may tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konsitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarı hazırki işdə tətbiq edilə bilər. Beləliklə, məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, tərəflər yazılı şəkildə alğısatqı müqaviləsi bağlamış, həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 özlərinə məxsus, Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli 14 saylı qərarına əsasən xx.xx.2005-ci il tarixdə verilmiş, Torpağa Mülkiyyət Hüququna Dair JN -1214F seriyalı, kod 30319018 nömrəli Dövlət Şəhadətnaməsinə əsasən Quba rayon İİ Nügədi kəndində yerləşən 0,10 hektar torpaq sahəsini X1, sonuncu da həmin torpaq sahəsinin dəyərini həmin torpağın mülkiyyətçilərinə ödəmişdir. Tərəflər həmin torpaq sahəsinin alğı-satqı müqaviləsinin notarial qaydada təsdiqlənməsinə dair razılığa gəlmişlər. Satdıqları həmin vaxtdan torpaq sahəsi X3 faktiki sahiblik və istifadəsinə keçmişdir. 0,10 hektar torpaq sahəsinin alğı-satqısı barədə tərəflər arasında bağlanmış müqavilə qanuna zidd deyildir və o, yazılı formada tərtib olunmuşdur. Lakin, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, satılmış 0,10 ha torpaq sahəsini notarial qaydada rəsmiləşdirməkdən boyun qaçırdıqlarından müqavilənin notarial qaydada rəsmiləşdirilməməsi onların təqsiri üzündən baş vermişdir. Məhkəmə hesab edir ki, tərəflər daşınmaz əmlakla bağlı yazılı şəkildə alğı-satqı müqaviləsi bağladığından, bu müqavilə qanuna zidd olmadığından, alıcı bu müqavilə üzrə öz öhdəliklərini yerinə yetirdiyindən, lakin torpaq sahəsinin alğı-satqı müqaviləsinin notarial qaydada rəsmiləşdirilməməsi satıcıların təqsiri üzündən və obyektiv səbəblərdən baş verdiyindən, hazırki işin faktiki hallarına Mülki Məcəllənin həmin vaxt qüvvədə olan 335.2-ci maddəsi və Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarı tətbiq olunmaqla ərizə təmin olunmalı, Torpağa Mülkiyyət Hüququna Dair JN -1214F seriyalı, kod 30319018 nömrəli Dövlət Şəhadətnaməsinə əsasən Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məxsus Quba rayonu, İİ Nügədi kəndində yerləşən 0,10 hektar torpaq sahəsinin həmin şəxslər tərəfindən xx.xx.2004-cü il tarixdə İddiaçı satmalarına dair aralarında bağlanmış alğı-satqı əqdi etibarlı hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Torpağa Mülkiyyət Hüququna Dair JN -1214F seriyalı, kod 30319018 nömrəli Dövlət Şəhadətnaməsinə əsasən Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məxsus 0,10 hektar torpaq sahəsinin Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən xx.xx.2004-cü il tarixdə İddiaçı satmalarına dair aralarında bağlanmış alğı-satqı əqdi etibarlı hesab edilsin. Qiyabi Qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1308/2020
Quba Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(027)-1308/2020
28.07.2020 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver