Məhkəmə qərarları › İş №2(027)-131/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-131/2025

12.08.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-131/2025 12.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil , Cavabdeh Mirzəli (Mirzəliyeva) Elvira Seyidağa qızının iştirakı ilə, İddiaçı cavabdeh Mirzəli (Mirzəliyeva) Elvira Seyidağa qızına qarşı (üçüncü şəxs: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 5 saylı Xaçmaz Ərazi İdarəsi) “ümumi paylı mülkiyyətdən payın naturada ayrılıb ona verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, 15 fevral 2024-cü il tarixli, **********28 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 3/4 hissədə ona və 1/4 hissədə cavabdeh Mirzəli (Mirzəliyeva) Elvira Seyidağa qızına sənəd üzrə məxsus cəmi 0,9088 ha torpaq sahəsinin hal-hazırda yerində faktiki mövcud olan 0,5412 ha torpaq sahəsindən ona düşən 3/4 hissəsinin, yəni 0,4059 ha torpaq sahəsinin naturada ayrılaraq aidiyyəti üzrə ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayonu Rustov kəndində onun və cavabdeh Mirzəli (Mirzəliyeva) Elvira Seyidağa qızının paylı mülkiyyətlərində, onun payı 3/4 hissədə, cavabdeh Mirzəli (Mirzəliyeva) Elvira Seyidağa qızının payı isə 1/4 hissədə olmaqla cəmi 0,9088 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 15 fevral 2024-cü il tarixli, **********28 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla təsdiq olunur. Həmin çıxarışda torpaq sahəsinin ölçüsü cəmi 0,9088 hektar qeyd edilməsinə baxmayaraq, həmin torpaq sahəsinə DƏDRX PHŞ 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin Planı və Ölçüsündə qeyd edilmişdir ki, faktiki olaraq yerində 0,5412 ha torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsi hal-hazırda onun faktiki istifadəsindədir. O, 15 fevral 2024-cü il tarixli, **********28 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ona və Cavabdeh məxsus torpaq sahəsinin hal-hazırda yerində faktiki mövcud olan 0,5412 ha torpaq sahəsindən ona məxsus 3/4 hissəsini, yəni 0,4059 ha torpaq sahəsinin naturada ayrılaraq ona verilməsini tələb edir. Çünki həmin torpaq sahəsindən özünə məxsus payına təkbaşına sərəncam verə bilmir. Ona görə də o cavabdehlə paylı mülkiyyətində olan torpaq sahəsindən öz payının naturada ayırılmasını tələb edir ki, öz payına düşən torpaq sahəsinə öz adına ayrıca daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ala bilsin. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə və iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq etməklə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X4 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan çıxarışa əsasən, Quba rayonu Rustov kəndi ərazisində yerləşən 0.9088 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı ¾ pay və X1 ¼ pay mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyesterində 401 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. İşin hallarından müəyyən olunur ki, hüquqların Dövlət qeyiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Quba rayonu, Rustov kəndində yerləşən 0.9088 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ¼ hissədə X1 və ¾ hissədə isə İddiaçı hüquqları dövlət qeydiyyatına alınmışdır. Hazırda iddiaçı daşınmaz əmlak üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə bağlı məhkəmədə tələb irəli sürmüşdür. Belə ki, paylı mülkiyyətdə olan əşyadan payın ayrılmasından fərqli olaraq payın bölünməsi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli Qərardadının:

19. paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür.

62. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.

63. Birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil etdiyindən bu qərardadın 42-44, 46-cı bəndlərində nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır. 42.Birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Əşyanın xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölgüsünün aşkar surətdə mümkünsüzlüyü halında məhkəmə hər hansı əlavə araşdırma aparmadan bu mərhələnin yoxlanılmasını yekunlaşdırmaqla, iddiaçının istəyinə uyğun olaraq ikinci mərhələyə keçid etməlidir.

44. Araşdırmanın nəticəsində payın naturada ayrılmasının mümkünlüyü müəyyən edilərsə, məhkəmə payın müəyyən etdiyi qaydada naturada bölgüsü barədə qətnamə qəbul etməlidir. İddiaçı məhkəmə tərəfindən müəyyən edilmiş naturada bölgünün qaydası ilə razı olmadıqda, qətnamədən apellyasiya və kassasiya şikayətləri vermək, eyni zamanda iddiadan imtina hüquqlarından istifadə edə bilər. Məhkəmənin qərardadına əsasən qanunvericiliyin tələblərini nəzərə alaraq daşınmaz əmlakın naturada bölgüsünün mümkün olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyun 2025-ci il tarixli rəyinə əsasən bildirilmişdir ki, hüquqların Dövlət qeyiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2024-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan çıxarış JN-51 nömrəli Dövlət Aktı əsasında hüquqları tanınmışdır. X5 torpaq sahəsi 0.9088 ha göstərilməsinə baxmayaraq **********28 reyestr nömrəli çıxarışda 0.5411 ha olaraq göstərilmişdir. **********28 reyestr nömrəli çıxarışa əsasən 0.5411 ha torpaq sahəsinin ¾ və ¼ hissədə bölgüsünün mümkün olduğu müəyyən edilmişdir. AR MPM-in 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Qeyd edilməlidir ki, iddiaçı iddia tələbində faktiki mövcud olan 0.5412 ha torpaq sahəsinin naturada bölgüsünü tələb etsə də, məhkəməyə təqdim edilmiş ekspert rəyində torpaq sahəsinin ölçüsü 0.5411 ha olaraq göstərilmişdir. Məhkəmə iclasında tərəflər torpaq sahəsinin ekspert rəyində göstərilən ölçüsü hər hansı bir etirazları olmadıqlarını bildirmişlər. Əlavə olaraq cavabdeh özü də məhkəmə iclasında verdiyi izahatda torpaq sahəsinin naturada bölgüsünə hər hansı bir etirazının olmadığını və öz payının ayrılmasını istədiyini bildirmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək, hesab edir ki, paylı mülkiyyət hüququ ilə tərəflərə məxsus olan torpaq sahəsinin naturada bölgüsü mümkün olduğundan, iddia tələbi qismən təmin edilməli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ¾ hissədə İddiaçı və ¼ hissədə Mirzəli (Mirzəliyeva) Elvira Seyidağa qızına məxsus Quba rayonu, Rustov kəndi ərazisində yerləşən cəmi 0.9088 ha torpaq sahəsinin hal-hazırda yerində faktiki mövcud olan 0,5411 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı münasibətdə ¾ hissədə və cavabdeh Mirzəli (Mirzəliyeva) Elvira Seyidağa qızına münasibətdə ¼ hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyun 2025-ci il tarixli 10/3548 saylı ekspertiza rəyində istinad olunmuş mütəxəssis rəyinə əlavə olunmuş sxem və bölgü üzrə naturada bölünməli, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul isə tərəflərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i: İddia qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ¾ hissədə İddiaçı və ¼ hissədə Mirzəli (Mirzəliyeva) Elvira Seyidağa qızına məxsus Quba rayonu, Rustov kəndi ərazisində yerləşən cəmi 0.9088 ha torpaq sahəsinin hal-hazırda yerində faktiki mövcud olan 0,5411 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı münasibətdə ¾ hissədə və cavabdeh Mirzəli (Mirzəliyeva) Elvira Seyidağa qızına münasibətdə ¼ hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyun 2025-ci il tarixli 10/3548 saylı ekspertiza rəyində istinad olunmuş mütəxəssis rəyinə əlavə olunmuş sxem və bölgü üzrə naturada ayrılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat İddiaçı və Mirzəli (Mirzəliyeva) Elvira Seyidağa qızından müştərək qaydada tutularaq, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar