Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1318/2025 16.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abdullayeva (Heydərli) Mətanət Azad qızına qarşı müqavilələrin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-946F KOD 30304018 saylı Şəhadətnaməyə əsasən Quba rayonu, Alekseyevka kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin cavabdeh Heydərli (Abdullayevə) Mətanət Azad qızı tərəfindən ona 30 iyun 2004-cü ildə satılmasına dair alqı-satqı müqaviləsinin etibarlı (bağlanmış) hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli, 02 saylı qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında Heydərli (Abdullayevə) Mətanət Azad qızına Quba rayonu Alekseyevka kəndi ərazisindən 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Quba rayonu Alekseyevka kəndi ərazisində torpaq sahəsinin satılmasını öyrənmiş və torpaq sahəsinin ona satılmasına dair mülkiyyətçi ilə aralarında razılaşmışdır. O, Heydərli (Abdullayevə) Mətanət Azad qızından JN-946F KOD 30304018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən Quba rayonu Alekseyevka kəndi ərazisindən 0,10 ha həyətyanı torpaq sahəsini almışdır. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Torpaq sahəsini alan zaman aralarında əlyazma müqavilə bağlamış, razılaşmış ki, torpaq sahəsinin alqısatqısını notariat orqanında rəsmiləşdirək, lakin sonradan Heydərli (Abdullayevə) Mətanət Azad qızının ailə vəziyyəti ilə əlaqədar torpaq sahəsinin rəsmiləşdirə bilməmişlər. Həmin torpaq sahəsinə dair kənd bələdiyyəsi tərəfindən ona Torpağın Mülkiyyətə verilməsinə dair JN-1022 F KOD 30304018 saylı və qızı Məmmədova (Sahratova) Leyla Urfan qızına isə JN-1022 F KOD 30304018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Sonradan o, həmin alqı-satqı müqaviləsi əsasında ona və qızına verilmiş şəhadətnamə ilə mülkiyyət hüquqlarının qeydiyyatı üçün müvafiq dövlət orqanına müraciət etsə də, ona qeyd edilən şəhadətnamənin qeydiyyatda keçmədiyi və buna görə hüquqlarının qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. Cavabdeh həmin vaxtı torpaq sahəsini ona satsa da, üzərinə fərdi yaşayış evi tiksə də, hazırda cavabdeh notariat orqanına gedərək alqı-satqı müqaviləsini bağlamaqdan yayınır. O, həmin torpaq sahələrinə dövlət reyestrindən çıxarış almaq istəyir. Bunun üçün onunla Heydərli (Abdullayevə) Mətanət Azad qızı oğlu arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarlı sayılması tələb olunur. Göründüyü kimi o, bir alıcı kimi üzərinə düşən vəzifəni layiqincə icra edərək torpaq sahəsinin dəyərini satıcıya ödəmiş, satıcı da üzərinə düşən öhdəliyin bir qismini icra edərək torpaq sahəsini ona təhvil versə də, hazırda notariat orqanına gəlməkdən yayınır. Cavabdehlə aralarında olan mübahisəni başqa qaydada aradan qaldıra bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Abdullayeva (Heydərli) Mətanət Azad qızı iddia tələbini qəbul edərək, təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclaslarınin vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Abdullayeva (Heydərli) Mətanət Azad qızı sonrakı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının izahatını dinləyib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-946F KOD 30304018 saylı Şəhadətnamənin surətindən görünür ki, Aqrar İslahat Komissiyasının 02 saylı, xx.xx.2000-ci il tarixli qərarı ilə Quba rayonu, Alekseyevka kəndində yerləşən 0.10 ha torpaq sahəsi Abdullayeva (Heydərli) Mətanət Azad qızının mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2004-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, Abdullayeva (Heydərli) X1 Mülkiyyətə Verilməsinə Dair JN-946F KOD 30304018 saylı Şəhadətnaməyə əsasən mülkiyyətində olan Quba rayonu, Alekseyevka kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsini İddiaçı satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 331.2-ci maddəsinə əsasən tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Abdullayeva (Heydərli) Mətanət Azad qızı ilə İddiaçı arasında torpaq alğı-satqısı barədə razılıq əldə olunmuş və xx.xx.2004-cü ildə Abdullayeva (Heydərli) Mətanət Azad qızı özünə məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən 0.10 ha torpaq sahəsini İddiaçı satmışdır və tərəflərin iştirakı ilə alqı-satqı müqaviləsi təsdiqlənmiş və hüquq müəyyən edici sənədlə özgəninkiləşdirilmiş, lakin torpaq sahəsi üçün olan müqavilə Abdullayeva (Heydərli) Mətanət Azad qızının təqsiri ucbatından təsdiqlənməmişdir. Lakin, məhkəmə iclasında cavabdeh Abdullayeva (Heydərli) Mətanət Azad qızı iddia tələbini qəbul edərək, təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə qeyd edir ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Konstitusiya Məhkəməsinin qərarlarından biri «Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 may 2012-ci il tarixli qərarıdır. X2 Məhkəməsinin hüquqi mövqeyi bundan ibarətdir: Konstitusiya Məhkəməsinin Plenumu İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli Qərarında “əqdin notarial formasına riayət edilməməsi”nin nəticələri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyini qeyd etməklə bir daha vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Yaşayış evinin alqı-satqısı haqqında müqavilə də yazılı formada tərtib edilməli olan əqdlərdən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli Qərarına əsasən qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu. Qeyd edilən Qərara əsasən notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, tərəflər arasında, yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş qanuna zidd olmayan əqd mövcuddur. Yazılı əqdin mövcud olması işin mübahisələndirilməyən halıdır. Qeyd edilən hal isə Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq şərtlər üzrə digər dəyərləndirmələrin aparılmasını mümkün edir. Həmçinin şahidlərin ifadələrilə və torpaq vergisi ödəbiş qəbzlərilə təsdiq olunur ki, bağlanmasının müəyyən edilməsi xahiş edilmiş əqdin icrası elə həmin tarixdən baş tutmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə əsasən, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə cavabdeh Abdullayeva (Heydərli) Mətanət Azad qızı arasında bağlanmış xx.xx.2004-cü il tarixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli Qərarına əsasən mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. İddianın mülkiyyət hüququnun tanınması hissəsilə bağlı məhkəmə bildirir ki, iddidaçının hüquqi marağı torpaq sahəsinə dair hüquq müəyyən edici sənəd alınması ilə bağlıdır ki, mahiyyət etibarilə eyni tələb olmaqla, təmin edilən ilkin tələb üzrə qətnamənin icrası halında bu mümkün olacaqdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. İddiaçı ilə Abdullayeva (Heydərli) Mətanət Azad qızı arasında Quba rayonu, Alekseyevka kəndində yerləşən 0.10 ha torpaq sahəsinin alğı-satqısına dair xx.xx.2004-cü il tarixli müqavilə bağlanmış hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1318/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1318/2025
16.05.2025 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver