Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1321/2025 23.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə “doğum faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun X6 ilə rəsmi nikah münasibətlərindən anadan olmuş övladı X1 17 oktyabr 2024-cü il tarixdə Quba şəhərində doğulması faktının müəyyən edilməsi, X4 doğum haqqında şəhadətnamə verilərkən, atası qrafasında “X6”, anası qrafasında “Ərizəçi” kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, X6 ilə 11 sentyabr 2024-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 17 oktyabr 2024-cü ildə X7 adlı övladı doğulmuşdur. Doğum prosesi Quba RMX-da həyata keçirilmişdir. Lakin, uşağının doğulmasından qanunla müəyyən olunmuş müddət keçdiyi üçün 17 oktyabr 2024-cü ildə doğulmuş övladı X7 üçün doğum haqqında şəhadətnamə ala bilmirlər. Uşağının doğumuna dair doğum haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, doğum haqqında tibbi şəhadətnamə olmasına baxmayaraq qeydiyyat şöbəsində uşağın doğumunun qeydə alınmasının mümkün olmadığını bildirərək bununla bağlı rəsmi imtina məktubu verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X8 hal-hazırda sağlam və sağdır. Bunun doğruluğunu şahidlərdə təsdiq edə bilər. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi X6 ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Quba rayon Mərkəzi xəstəxanası “Publik Hüquqi şəxsi” perinatal mərkəzi tərəfindən verilmiş doğum haqqında tibbi şəhadətnamədən görünür ki, X5 ilə X1 xx.xx.2024-cü il tarixdə oğlan uşağı doğulmuşdur; AZ-İİ 638494 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X5 xx.xx.2024-cü il tarixdə rəsmi nihaka daxil olmuş və nikah bağlanandan sonra X2 “Hüseynova” soyadı verilmişdir; Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 18 nömrəli arayışından görünür ki, xx.xx.2024xx.xx.2025-ci illər üzrə X7 barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar edilməmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 03-16- 5/8-10-125/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasf’nın 2.5.3 və 2.5.4. bəndlərinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd ,uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş həkimin verdiyi sənəd təqdim edilməlidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-cü il tarixli 52 saylı qərarının 13-16-cı bəndlərinə əsasən itmiş qeydin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təqdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat orqanı tətəfindən icra edilir. İtmiş yazının qeydiyyat orqanı tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum, ölüm,nikah,nikahın pozulması, ad soyad dəyişmə və övladlıq aktlarının itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlərə əsasən bərpa edilir. Qeyd olunan sənədləri qeydiyyat şöbəsinə təqdim etmək mümkün olmadıqda X3 doğumunun bərpa edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 2.1 bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti orqanı tərəfindən aparılmalıdır. Həmin sənədin 2.6 bəndinə əsasən 2.5-ci bəndində göstərilən sənədlər təqdim edilmədikdə, doğum faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbyacan MPM-nin: 307.2-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, X1 17 oktyabr 2024-cü il tarixdə Quba şəhərində doğulması faktı müəyyən edilməli, akt qeydləri kitabında X1 doğumu qeydə alınarkən, adı “Yusif”, soyadı “Hüseynov”, ata adı “Zakir”, ana qrafasında “Ərizəçi”, ata qrafasında “X7” göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 308, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 17 oktyabr 2024-cü il tarixdə Quba şəhərində doğulması faktı müəyyən edilsin. Akt qeydləri kitabında X1 doğumu qeydə alınarkən, adı “Yusif”, soyadı “Hüseynov”, ata adı “Zakir”, ana qrafasında “Ərizəçi”, ata qrafasında “X7” göstərilsin. Doğum faktının müəyyən edilməsi doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1321/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1321/2025
23.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver