Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1326/2023 03.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, iddiaçı X2 nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı X2 Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia tələbi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X2 Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 18 oktyabr 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli çıxarışa əsasən mənə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 18 oktyabr 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli, RX Seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, iki mərtəbəli, ümumi sahəsi 161,6 m2, yaşayış sahəsi 83,4 m2, yardımçı sahə 78,2 m2 olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. O, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış alarkən ona məxsus fərdi yaşayış evində qardaşı Cavabdeh qeydiyyatda olduğu məlum olmuşdur. Cavabdeh ona məxsus fərdi yaşayış evində anadan olsa da, sonradan atası Muxtar Həsənov hazırda mülkiyyətində olan fərdi yaşayış evini onun istifadəsinə verərək özü Cavabdehla birlikdə başqa yaşayış evinə köçmüşdür. Qardaşı olan Cavabdeh qısa müddətdən sonra Almaniya Federativ Respublikasına köçüb getmiş və bir daha da Azərbaycan Respublikasına qayıtmamışdır. Cavabdeh formal olaraq onun mülkiyyətində olan mənzildə qeydiyyatdadır. Dəfələrlə cavabdehdən ona məxsus evdən qeydiyyatdan çıxmasını təklif etsə də, buna əməl olunmur. Ona görə də o, qeyd edilən şəxsin pasport qeydiyyatında çıxarılması üçün Quba Rayon Polis Şöbəsinə müraciət etmişdir. Quba rayon Polis Şöbəsinin 11 may 2023-cü il tarixli, 91/2-11-11824 nömrəli məktubu ilə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxması və yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi məsələsi məhkəmə orqanlarının səlahiyyətlərinə aid olduğu və aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu bildirilmişdir. Bildirmək istəyirəm ki, halhazırda mövcud qanunvericiliyin tələbinə əsasən onun ailə üzvü sayılmayan və onunla birlikdə yaşamayan Cavabdeh onun mülkiyyət hüququnun əsasən məxsus fərdi yaşayış evində qeydiyyatda qalması pozulmasına gətirib çıxarır. Ona görə də, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı X2 nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, Cavabdeh 1987-ci ildə ailə quraraq mübahisəli evdən çıxmışdır. X10 xaricdə yaşayır. Məhkəmə iclasında şahid X7 bildirdi ki, Cavabdeh qonşu kimi tanıyır. Xalıq Hüseynov təxminən 3-4 il əvvəl Almaniyaya işləməyə getmiş, hazırda Quba şəhərində yaşamır. Məhkəmə iclasında şahid X1 Murad Bcan oğlunun göstədiklərini təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 18 oktyabr 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli, RX Seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, iki mərtəbəli, ümumi sahəsi 161,6 m2, yaşayış sahəsi 83,4 m2, yardımçı sahə 78,2 m2 olan fərdi yaşayış evi X2 mülkiyyətindədir. İş materiallarında olan DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Quba rayon Polis Şöbəsinin 11 may 2023-cü il tarixli, 91/2-11- 11824 nömrəli məktubdan görünür ilə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxması və yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi məsələsi məhkəmə orqanlarının səlahiyyətlərinə aid olduğu və aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnun olması X3 bildirilmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçı X2 xüsusi mülkiyyətindədir. Cavabdeh həmin evdən daimi yaşamaq üçün başqa ünvana köçmüş, mübahisəli evdə onun hər hansı əşyası qalmamışdır. Həmin evdə cavabdeh formal olaraq qeydiyyatdadır. Şahidlərin də deməsinə görə cavabdeh illər əvvəl həmin evdən çıxmış və ümumiyyətlə Quba şəhərində yaşamır. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildən istifadə etməsi ilə əlaqədar hüquq münasibətləri 2001-ci il tarixədək yarandığından, hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsinə istifadə hüququ altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir və yaşayış sahəsinə hüququ itirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, ünvan 1 saylı yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğundan, həmin evdə faktiki yaşamayan cavabdehlərin istifadə hüququnun itirilmiş hesab edilməsini tələb etməkdə haqlıdır. Göründüyü kimi yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mübahisənin hansı normativ-hüquqi aktla tənzimlənməsini məhz mübahisəli hüquq münasibətinin yaranma tarixi ilə əlaqələndirmişdir. Hazırkı iş üzrə işin mübahisəsiz qəbul edilmiş hallarından biri cavabdehlərin iddiaçıya məxsus mənzilə 2000-ci ildən əvvəl həmin yaşayış evində yaşamağa başlaması faktıdır. Həmçinin, işin hallarından göründüyü kimi, Cavabdeh ümumiyyətlə mübahisə predmeti olan yaşayış evində yaşamamış, başqa mənzildə yaşamaqla mübahisəli mənzilə qeydiyyatı formal xarakter daşımışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı məxsus ünvan 1 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan hüquqdur. “İnsan hüququnın və əsas azadlıqların Müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə qeyd edir ki, cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehləri yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiası təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 18 oktyabr 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********39-10301 reyestr nömrəli, RX Seriyalı, ******* nömrəli çıxarışa əsasən iddiaçı X3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1326/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1326/2023
03.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver