Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1330/2021 10.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Əsədov Əşrəf Əjdər oğlu, Cavabdeh2 və X5 və X2 qarşı “torpaq sərhədlərinin müəyyən edilməsi və torpaqdan istifadə edilməsində maneçiliyin törədilməsinə cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Quba rayon Abduloba kəndində yerləşən 1.9281 torpaq sahəsinin planı və ölçüsünə uygun olaraq sərhədləri(kordinatları) müəyyən edilməsi, torpaqdan istifadə edilməsində maneçilik aradan qaldırılması, ona məxsus Quba rayon Abduloba kəndində yerləşən 1,9281 torpaq sahəsinin cənub-şərq istiqamətindən şimal istiqamətinə 81 metr, daha sonra qərb istiqamətinə 96 metr, daha sonra cənub şərq istiqamətinə 60,57 metr, sonra şərq istiqamətinə 56,81 metr, sonra şərq istiqamətinə 39,70 metr olmaqla 0,40 hektar sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinə cavabdehlər və digər şəxslər tərəfindən yaradılmış maneələr aradan qaldırılması, cavabdehlər və digər şəxslər ona məxsus torpaq sahəsinin mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyində maneçilik törədilməməsi cavabdehin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı 2019-cu ildə X4 Quba rayon Bərqov kəndində yerləşən 1,9281 ha torpaq sahəsini alqı - satqı yolu ilə almış həmin torpaq sahəsinə çıxarış alınmışdır. Bu müddət ərzində sözü gedən torpaq sahəsi tərəfindən təyinatı üzrə istismar olunmuş, mövsümi əkin işləri aparılmış, çoxlu sayda meyvə, xüsusilə gilas ağacları əkilərək onlara daim aqrotexniki qaydada qulluq göstərilmişdir. Uzun illər burada yetişdirilən ağaclara keyfiyyətli qulluq nəticəsində həmin torpaq sahəsində sıx yaşıllıq zolağı yaranmış və meyvə ağaclar bol məhsul verməyə başlamışdır. Lakin ötən ilin əvvəllərindən başlayaraq, bəzi qonşular bu torpaq sahəsinə müxtəlif iddialar irəli sürərək, guya onlara məxsus torpaq sahəsini zəbt etdiyini, bir qismi isə özbaşına olaraq vaxtaşırı həmin torpaq sahəsinə girərək ona məxsus mülkiyyətdən qeyri-qanuni istifadə edirlər. Belə ki, bu şəxslər, xüsusilə meyvə ağacları bar verən mövsümdə daha da fəallaşır və ona məxsus torpaq sahəsinə qanunsuz olaraq girərək faktiki mülkiyyəti hesab olunan ağacların meyvələrini talan etməklə məşğul olurlar. Bu xoşagəlməz vəziyyətin qarşısını almaq üçün dəfələrlə onunla həmin qonşular arasında ciddi münaqişələr yaranmış, hətta bu münaqişələr bir çox hallarda onlar tərəfindən ona qarşı fiziki zor tətbiq edilməsiilə müşaiət olunmuşdur. Dəfələrlə o, cavabdehlər tərəfindən nalayiq söyüşlərlə təhqir olunmuş, onun və ailə üzvlərinin şəxsiyyətini alçaldan, ailəsinin şərəf və ləyaqətinə xələl gətirən ifadələrlə qarşılaşmışdır. Yuxarıda qeyd etdiyi acınacaqlı vəziyyət hal-hazırdakı vaxtadək davam etməkdədir. Bundan sonra cavabdehlər iddia qaldıraraq bu pay torpaqlarında meyvə ağaclarının bol olduğu sahənin ona məxsus olduğunu və onun tərəfindən zəbt olunduğunu israr etmişdir. Cavbdehin neqativ hərəkətləri nəticəsində, mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsi kiçilmişdir. Eyni zamanda belə vəziyyət onun mənəvi-psixoloji ovqatının pozulmasına, əsəb sisteminin gərginləşməsinə, iztirab keçirməyinə, gündəlik fəaliyyətinin ahəngdarlığına mənfi təsir göstərməklə ümumilikdə mənəvi əzab çəkməyinə gətirib çıxarmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Quba rayonu, Abuloba kəndində yerləşən 1,9281 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-176/2020 saylı, 31.08.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Quba rayonu, Abuloba kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı Çıxarışına əsasən İddiaçı məxsus 1.9281 hektar torpaq sahəsinin 0.40 hektar hissəsindən çıxarılmaları və həmin torpaq sahəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Torpağa Mülkiyyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, X10, X8, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Quba rayon AİKnın 29.03.1997-ci il tarixli, 03 saylı qərarına əsasən Torpağa Mülkiyyyət Hüququna dair JN:0016, KOD 30310038 saylı Dövlət Aktı tərtib edilərək 2,70 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 01/190 saylı, 27.02.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin 12.07.2016-cı il tarixli, 081476 nömrəli Torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan əsas döngə nöqtələrinin koordinantları elektron xərtiə üzərində yoxlanılmış, qeyd olunan koordinatların faktiki sahədən sürüşdüyü müşahidə edilmişdir. Qeyd olunanları nəzərə alaraq sənəd üzrə göstərilən konfiqurasiya xəritədə görülən yolun konturlarına əsasən yerləşdirilmişdir (Xəritə 1). Eyni zamanda X6 faktiki istifadə etdiyi torpaq sahəsinin nöqtələri elektron xəritə üzərinə yerləşdirilmiş, bu sahənin 1,52 ha olduğu, yerdə qalan hissəsinin (0.40 ha) cavabdehlər tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. İddiaçı X9 məxsus olan Quba rayonu, Abuloba kəndində yerləşən 1.9281 ha torpaq sahəsi cədvəl 1-də qeyd olunan ölçülər daxilində (0.40 ha) cavabdehlər tərəfindən zəbt olunaraq istifadə edilir və bununla bağlı mütəxəssislərə heç bir sənəd təqdim edilməmişdir. İş materiallarında olan Məhkəmə Tikinti-Texniki Ekspertizasının 10/698 saylı, 10.06.2020-ci il tarixli ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin 01/190 saylı, 27.02.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin 12.07.2016-cı il tarixli, 081476 nömrəli Torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan əsas döngə nöqtələrinin koordinantları elektron xərtiə üzərində yoxlanılmış, qeyd olunan koordinatların faktiki sahədən sürüşdüyü müşahidə edilmişdir. Qeyd olunanları nəzərə alaraq sənəd üzrə göstərilən konfiqurasiya xəritədə görülən yolun konturlarına əsasən yerləşdirilmişdir (Xəritə 1). Eyni zamanda X6 faktiki istifadə etdiyi torpaq sahəsinin nöqtələri elektron xəritə üzərinə yerləşdirilmiş, bu sahənin 1,52 ha olduğu, yerdə qalan hissəsinin (0.40 ha) cavabdehlər tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. İddiaçı X9 məxsus olan Quba rayonu, Abuloba kəndində yerləşən 1.9281 ha torpaq sahəsi cədvəl 1-də qeyd olunan ölçülər daxilində (0.40 ha) cavabdehlər tərəfindən zəbt olunaraq faktiki istifadə olunduğu və bununla bağlı mütəxəssislərə heç bir sənəd təqdim olunmadığı müəyyən olunur. Beləliklə tərəflərin izahatları və məhkəmə araşdırılmaları zamanı müəyyən olunmuşdur ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən, Quba rayonu, Abuloba kəndində yerləşən 1,9281 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İddiaçı ona məxsus Quba rayon Abduloba kəndində yerləşən 1.9281 torpaq sahəsinin planı və ölçüsünə uygun olaraq sərhədləri(kordinatları) müəyyən edilməsi, torpaqdan istifadə edilməsində maneçilik aradan qaldırılması, ona məxsus Quba rayon Abduloba kəndində yerləşən 1,9281 torpaq sahəsinin cənub-şərq istiqamətindən şimal istiqamətinə 81 metr, daha sonra qərb istiqamətinə 96 metr, daha sonra cənub şərq istiqamətinə 60,57 metr, sonra şərq istiqamətinə 56,81 metr, sonra şərq istiqamətinə 39,70 metr olmaqla 0,40 hektar sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinə cavabdehlər və digər şəxslər tərəfindən yaradılmış maneələr aradan qaldırılması, cavabdehlər və digər şəxslər ona məxsus torpaq sahəsinin mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyində maneçilik törədilməməsi cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Quba rayon Məhkəməsinin 2(027)- 176/2020 saylı, 31.08.2020-ci il tarixli qətnaməsi ilə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Quba rayonu, Abuloba kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı Çıxarışına əsasən İddiaçı məxsus 1.9281 hektar torpaq sahəsinin 0.40 hektar hissəsindən çıxarılmaları və həmin torpaq sahəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qərara alınmışdır. Həmin qətnamə üzrə keçirilmiş ekspertiza rəylərinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin 12.07.2016-cı il tarixli, 081476 nömrəli Torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan əsas döngə nöqtələrinin koordinantları elektron xərtiə üzərində yoxlanılmış, qeyd olunan koordinatların faktiki sahədən sürüşdüyü müşahidə edilmişdir. Qeyd olunanları nəzərə alaraq sənəd üzrə göstərilən konfiqurasiya xəritədə görülən yolun konturlarına əsasən yerləşdirilmişdir. Eyni zamanda İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsinin nöqtələri elektron xəritə üzərinə yerləşdirilmiş, bu sahənin 1,52 ha olduğu, yerdə qalan hissəsinin yəni, 0.40 ha torpaq sahəsi cavabdehlər tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Cavabdehlər isə torpaq sahəsindən istifadə edilməsinin qanuni olduğu barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X3 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, Avropa Konvensiyasının mülkiyyət hüququ ilə bağlı bu normaları baxımından da iddia təmin edilməli, cavabdehlər Əsədov Əşrəf Əjdər oğlu, Cavabdeh2, Cavabdeh3 və X1 Quba rayonu, Abuloba kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, 28.12.2019-cu il qeydiyyat tarixli, **********99 reyestr nömrəli Çıxarışına əsasən İddiaçı məxsus 1.9281 hektar torpaq sahəsinin Fame Pro” MMC-nin 01/190 saylı, 27.02.2020-ci il tarixli mütəxəssis rəyi və Məhkəmə Tikinti-Texniki Ekspertizasının 10/698 saylı, 10.06.2020-ci il tarixli ekspert rəyində qeyd olunan koordinantlara əsasən 0.40 hektar hissəsindən çıxarılmalı, həmin torpaq sahəsinə cavabdehlər Əsədov Əşrəf Əjdər oğlu, Cavabdeh2 və Cavabdeh3 və X1 tərəfindən yaradılmış maneələrin aradan qaldırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və X1 Quba rayonu, Abuloba kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, 28.12.2019-cu il qeydiyyat tarixli, **********99 reyestr nömrəli Çıxarışına əsasən İddiaçı məxsus 1.9281 hektar torpaq sahəsinin Fame Pro” MMC-nin 01/190 saylı, 27.02.2020-ci il tarixli mütəxəssis rəyi və Məhkəmə Tikinti- Texniki Ekspertizasının 10/698 saylı, 10.06.2020-ci il tarixli ekspert rəyində qeyd olunan koordinantlara əsasən 0.40 hektar hissəsindən çıxarılsınlar və həmin torpaq sahəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X7 tərəfindən yaradılmış maneələrin aradan qaldırılsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1330/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1330/2021
10.12.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver