Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1333/2021 30.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və alimentin təyin edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 31 iyul 2006-cı il tarixdə Quba RİHB-nm Alpan İƏV üzrə nümayəndəliyində bağlanmış 18 nömrəli nikah qeydinin pozulması, 01 oktyabr 2006-cı il təvəllüdlü X2, 19 yanvar 2010-cu il təvəllüdlü X4 və 19 iyun 2012-ci il təvəllüdlü X3 onun yanında saxlanılmaları, 01 oktyabr 2006-cı il təvəllüdlü X2, 19 yanvar 2010-cu il təvəllüdlü X4 və 19 iyun 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində alimentin və hüquqi yardımın gösrtərilməsinə görə ödənilmiş 50 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 19 sentyabr 2005-ci il traixdə el adəti üzrə ailə qurmuşlar. Nikahları 31 iyul 2006-cı il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 01 oktyabr 2006-cı il təvəllüdlü X5, 19 yanvar 2010-cu il təvəllüdlü X4 və 19 iyun 2012-ci il təvəllüdlü X6 anadan olmuşdur. Cavabdehlə münasibətləri ilk vaxtlar yaxşı olsa da, lakin sonradan pisləşmişdir. Belə ki. cavabdeh bir ailə başçısı kimi onlarla maraqlanmır. Hətta onun və uşaqlarının nə yeyib içdiyindən belə xəbəri olmamışdır. Cavabdehlə münasibətləri uyğun gəlmir. Artıq üç ilə yaxındır ki, cavabdehlə nikahları formal xarakter daşıyır. Hazırda uşaqları ilə birlikdə valideynlərinin yanında qalır. Uşaqlarına valideynlərinin köməkliyi ilə baxır. Ona görə də cavabdehlə aralarında olan nikahın pozulması barədə qəti qərara gəlmişdir. Məhkəmə həmçinin tərəflərin ailə münasibətlərinin bərpa edilməsinə kömək etmək məqsədi ilə işə baxılmasını 3 (üç) ay müddətinə təxirə salmış, lakin tərəflər bu müddət ərzində barışmamış, məhkəmə iclasına gəlmiş iddiaçı nikahın pozulmasına təkid etmiş və cavabdeh keçirilən məhkəmə iclasların da iştirak etməmişdir. İddiaçı məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş tərəflərin birgə nikahından doğulmuş 01 oktyabr 2006-cı il təvəllüdlü X5, 19 yanvar 2010-cu il təvəllüdlü X4 və 19 iyun 2012-ci il təvəllüdlü X6 bildirmişlər ki, hal-hazırda anaları İddiaçı yanında qalırlar. Valideynlərinin arasında bağlanmış nikah pozulduqdan sonra analar İddiaçı ilə qalmaq istəyirlər. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında 31.07.2006-cı il tarixdə nikahları bağlanmış və nikah Quba RİHB-nın Alpan İƏV üzrə nümayəndəliyi tərəfindən həmin tarixli 107 nömrəli akt qeyd ilə qeyd edilmişdir. İş materiallarında əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından – 01 oktyabr 2006-cı il təvəllüdlü X5, 19 yanvar 2010-cu il təvəllüdlü X4 və 19 iyun 2012-ci il təvəllüdlü X6 anadan olmuşdur. İş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, İddiaçı məhkəmə iddia ərizəsi ilə müraciət etmək üçün 50 manat məbləğində pul ödənişi etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə iddiaçının nikahın pozulmasında israrlı olduğunu, tərəflərin faktiki ailə münasibətləri kəsildiyini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Ona görə də nikah pozulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalacağıdır. Məhkəmə uşaqların yaşını, analarına daha çox bağlı olduqlarını, iddiaçının uşaqların onun yanında qalmasını tələb etdiyini nəzərə alıb hesab edir ki, nikahın pozulmasından sonra uşaqlar iddiaçının (ananın) himayəsində qalmalıdırlar. Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə görə nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulacağıdır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ona görə də cavabdeh iddiaçının yanında qalan uşalarının saxlanması üçün aliment ödəməyə borcludur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehin əmlak vəziyyəti, o cümlədən qazancının məbləği barədə məlumat olmadan alimentin miqdarı hər uşaq üçün 175 manat məbləğində müəyyən edilə bilməz. İddiaçının uşaqların onun yanında qalmasını tələb etdiyini və onların saxlanmasında çətinlik çəkəcəyini nəzərə alınaraq, aliment hər uşaq üçün hər ay 140 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, iddiaçının hüquqi yardıma görə ödədiyini 50 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Belə ki, Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, hər uşaq üçün hər ay 140 manat məbləğində aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddian qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 31.07.2006-cı il tarixdə Quba RİHB-nın Alpan İƏV üzrə nümayəndəliyi tərəfindən həmin tarixli 18 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulsun. Nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş 01 oktyabr 2006-cı il təvəllüdlü X5, 19 yanvar 2010-cu il təvəllüdlü X4 və 19 iyun 2012-ci il təvəllüdlü X6 adlı uşaları anaları İddiaçı himayəsində qalsınlar. Nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş 01 oktyabr 2006-cı il təvəllüdlü X2, 19 yanvar 2010-cu il təvəllüdlü X1 və 19 iyun 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 01.06.2021-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat olmaqla, ümumilikdə 420 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən hüquqi yardıma görə ödədiyini 50 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçıya verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1333/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1333/2021
30.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver