Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1334/2022 18.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Ərizəçi maraqlı şəxs Quba regional Asan xidmət mərkəzində notariat ofisinə qarşı mirasın qəbul edilməsi və vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin materiallarını nəzərdən keçirib m ü ə y y ə n e t d i m: Ərizəçi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 21.09.2012-ci il tarixdə vəfat etmiş nənəsi Əsədullayeva Səryə qızından, 22.01.2018-ci il tarixdə vəfat etmiş X2 və 22.09.2020-ci il tarixdə vəfat etmiş atası X1 miras qalmış əmlaka dair mirasın qəbul edilməsi və vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) tələblərinə riayət edilmədən verildiyi üçün, onun məhkəmə icraatı qeyri-mümkündür. Hazırki iş materiallarından görünür ki, iddiaçı mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi ərizəyə əlavə etməmiş, bununla da yuxarıda göstərilən qanun normalarının tələblərini pozmuşdur. Bu da ərizənin qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Qeyd olunanları nəzərə alaraq, hesab edirəm ki, Ərizəçi maraqlı şəxs Quba regional Asan xidmət mərkəzində notariat ofisinə qarşı mirasın qəbul edilməsi və vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və ərizəçiyə iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264 və 266-268-ci cı maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Ərizəçi maraqlı şəxs Quba regional Asan xidmət mərkəzində notariat ofisinə qarşı mirasın qəbul edilməsi və vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın; Ərizəçi iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakm: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1334/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1334/2022
18.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver