- Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1335/2022 05.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən istifadə hüququ verilməsinə və törədilən maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və xx.xx.2008-ci il təvəllüdlü oğlu X4 ünvan 1 ünvanda yerləşən mənzilə istifadə hüquqlarının tanınması və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 törətdikləri maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdı ki, o, X2 ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikah bağlayaraq, onunla ailə qurub, onun yaşadığı Quba şəhəri Sahil küçəsi 4 ünvanda yerləşən evə gəlin köçüb, birgə nikahdan xx.xx.2008-ci il tarixdə Cavadov Kənan adlı övladı anadan olub. Həyat yoldaşı S.Cavadov xx.xx.2018-ci il tarixdə vəfat edib, onu el adəti üzrə dəfn edib. Cavabdehlər- Nicat və Cavabdeh3lar mərhum həyat yoldaşı Sənan Cavadovun 1-ci həyat yoldaşından olan uşaqlarıdır, onlar da ünvan 3 ünvanda yerləşən evdə yaşayırlar. Cavabdehləri son vaxtlar Xaçmaz rayonunda yaşayan dayıları Ziyəddin öyrədərək ona və oğluna qarşı kobud rəftar etməyə, evdən qovdurmağa vadar edir və cavabdehlərdə mütəmadi olaraq ona hədə-qorxu gələrək, evdən qovmaqla hədələyirlər, deyirlər ki, “ev bizimdir, sənin və oğlunun bu evdə heç bir hüququ yoxdur”, ona görə də məhkəməyə müraciət edərək ona və xx.xx.2008-ci il təvəllüdlü oğlu X4 ünvan 1 ünvanda yerləşən mənzilə istifadə hüquqlarının tanınması və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 törətdikləri maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh3 iddanı qəbul etməyərək, bildirdi ki, həmin ev Quba Enerjisatış və İstismar idarəsi tərfindən onun mərhum anasının ərizəsinə əsasən yaşamaq üçün veilib, anası rəhmətə gedəndən sonra Simnarə onun atasıyla rəsmi nikah bağlayaraq həmin evə köçüb, hal-hazırda həmin evdə birlikdə yaşayırlar. O, İddiaçı və oğlu Cavadov Kənanın həmin evdən istifadə hüququna heç bir maneə yaratmır. Dayısıyla aralarında yaranan problemlər də aradan qaldırılıb. Hazırda sözü gedən məsləylə bağlı məhkəmədə iddia qaldırılmasına heç bir lüzum yoxdur və məhkəmədən iddianın rədd edilməsini xahiş etdi.. Məhkəmədə iştirak edən zaman Cavabdeh2 iddanı qəbul etməmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdi. İş üzrə Cavabdeh1nə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmiş və işə onun iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh1 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı və Cavabdeh3 dinləyib, işdə olan sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Quba şəhəri Ərazi Vahidi üzrə Nümayəndəliyin xx.xx.2021-ci il tarixli, 3543 saylı arayışından məlum olur ki, İddiaçı mübahisə predmenti olan ünvan 5 ünvanda yerləşən evdə qeydiyyatdadır. İşdə olan AZ-İ 952974 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı oğlu xx.xx.2018-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci ildə 76 nömrə ilə qeydiyyata alınıb. AZ-İ 314065 seriya və nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X2 ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Quba rayon Qeydiyyat çöbəsində nikah bağlanmış və 102 nömrə ilə qeyd edilmişdir. AZ-İV 185581 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 nikahdan xx.xx.2008-ci il tarixdə X2 ilə İddiaçı birgə nikahından doğulub. İşdə olan "xxxx" MMC-nin Cavabdeh1 06 mart 2003-cü il tarixli Həmkarlar İttifaqı Komitəsinin protokolundan görünür ki, Cavabdeh1 YGŞ-nə məxsus işçi həyətində olan ünvan 5 ünvanda yerləşən istifadəsiz bina yaşayış üçün Quba şəhər sakini X3 verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsində göstərilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Göründüyü kimi məhkəmədə müəyyən edildi ki, İddiaçı ünvan 7 ünvanda qeydiyyatdadır. ünvan 8ərbaycan Elektirik Şəbəkəsi» MMC «Sumqayıtelektirikşəbəkə» Regional idarəsi Quba Enerjisatış və İstismar idarəsi Həmkarlar ittifaqı Komitəsinin 06 mart 2003-cü il tarixli, 02 saylı protokoluna əsasən Quba şəhər sakini X3 verilmişdir. İddiaçı X2 ilə rəsmi nikaha daxil olaraq həmin mənzilə gəlin köçüb və birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü Cavadov Kənan adlı oğlu doğulub. S.Cavadov xx.xx.2018-ci ildə vəfat etmiş və hal-hazırda İddiaçı oğlu Kənan Cavadov həmin ünvanda qeydiyyatda olmaqla, mərhum əri Sənan Cavadovun birinci həyat yoldaşından olan oğlanları, Nicat və Cavabdeh3larla birlikdə yaşayırlar. İddiaçı məhkəməyə müraciət edərək mənzilə istifadə hüquqlarının tanınması və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 törətdikləri maneələrin aradan qaldırılmasını xahiş edir. Cavabdeh3 məhkəmədə aralarındakı problemlərin həll olunduğunu, evdən istifadə hüququ ilə bağlı heç bir maneə olmadığını bildirib. Şərh edilənləri və Quba şəhəri Ərazi Vahidi üzrə Nümayəndəliyinin arayışına əsasən iddiaçının həmin ünvanda qeydiyyatda olduğunu, həmçinin cavabdehin izahatını nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən istifadə hüququ verilməsinə və törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən istifadə hüququ verilməsinə və törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov AZƏRBAYCAN RESPUBLİKASİ QUBA RAYON MƏHKƏMƏSİ AZ 4000, Quba şəhəri, Heydər Əliyev pr. Tel: (02333) 5-62-62, Faks: (02333) 5-62-63 www.gubacourt.gov.az Elektron ünvan İş № 2(027)-355/2021 18 mart 2021-ci il İddiaçı: X5 Ünvan: Quba rayonu, Paşaoba kəndi Cavabdeh: X5 Ünvan: Quba rayonu, Paşaoba kəndi Quba Rayon Məhkəməsinin 2(027)-355/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnamə məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamə 2 vərəqə. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1335/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1335/2022
05.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver