Məhkəmə qərarları › İş №2(027)-1353/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1353/2024

24.06.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1353/2024 24.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsində çıxarılma” tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətimdə olan ünvan 1 ünvanda yerləşən 0,09 ha torpaq sahəsinin 111,9 kv.metr olan fərdi yaşayış sahəsindən qeydiyyatdan çıxarılması, 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasında iştirak etməmiş və məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə ərizə vermək hüququ izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 16.3-cü bəndinə əsasən ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPMin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının ərizəsinə aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan, Azərbaycan Respublikası Ali Məhkəməsinin irəli sürdüyü mövqeyə əsasən isə belə işlərin aidiyyəti üzrə ümumi məhkəmələrdən inzibati məhkəmələrə göndərilməsinə yol verilmədiyindən iş üzrə icraata xitam verilməli və iddiaçılara hazırki ərizə ilə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə qanunvericiliyin qeyd edilən normasını əsas tutaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsində çıxarılma” tələbinə dair ərizəsi üzrə mülki iş məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 261, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsində çıxarılma” tələbinə dair ərizəsi üzrə mülki işin icraatına işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçıya izah olunsun ki, onun hazırki iddia ilə inzibati məhkəmə icraatı qaydasında aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar