Məhkəmə qərarları › İş №2(027)-1358/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1358/2022

24.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1358/2022 24.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs Bəğağa oğlunun iştirakı ilə, Ərizəçi Maraqlı şəxs Bəğağa oğluna qarşı barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında 05 noyabr 2021-ci il tarixdə İŞ №2021- 005184 imzalanmış barışıq sazişinin 2.1.3-cii maddəlırinin yəni ona aid hissəsinin, uşaqın saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat olmaqla aliment məbləğinin və dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində pulun Maraqlı şəxs alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkənədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdi ki, onunla Maraqlı şəxs arasında olan nikahın pozulması, birgə nikahdan olan 18 sentyabr 2009-cu il təvəllüdlü X4 onun himayəsində saxlanması və saxlanılması üçün yetkinlik yaşına çatana kimi hər ay 120 manat sabit pul məbləğində alimentin alınıb verilməsi tələbinə dair təkliflə qarşı tərəf olan Maraqlı şəxs, daha sonra isə Mediasiya Şurasına müraciət edib. İlkin mediasiya sessiyasından sonra aralarında olan mübahisəni qismən mediasiya vasitəsilə həll etməyə razılaşmış və bununla bağlı onunla Maraqlı şəxs və mediator arasında mediasiya prosesinin tətbiqi və mediasiya xidmətlərinin göstərilməsi barədə 05 noyabr 2021-ci il tarixli üç tərəfli müqavilə imzalanmışdır. Mediasiya sessiyasında ralarında olan danışıqlar zamanı Maraqlı şəxs ilə olan nikah pozularkən 18 sentyabr 2009-cu il təvəllüdlü X4 onun himayəsində saxlanması və saxlanılması üçün yetkinlik yaşına çatana kimi hər ay 120 manat sabit pul məbləğində alimenti ödəməyə razılıqa gəlmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-2525/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs ilə aralarındakı nikah pozulmuş, uşaq tələbi və aliment öhdəlikləri ilə bağlı Mediasiya Şurasının 23 sentyabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş 05 noyabr 2021-ci il tarixli barışıq sazişinin nəzərə alınması qət edilmişdir. Lakin barışıq sazişinin imzalanmasından xeyli müddət keçməsinə baxmayaraq Maraqlı şəxs barışıq sazişinin alimentlə bağlı hissəsini könüllü şəkildə icra etmir, oğlunun ehtiyaclarını tək qarşılayır. Daimi iş yeri yoxdur, bununla yanaşı, qalmağa evi olmadığı üçün kirayə qalır. Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etmir və birgə nikahdan olan uşağın saxlanılması üçtin alimenti ödəmir. Barışıq sazişinin bağlanmasından beş aydan çox vaxt keçmişdir. Bu vaxta kimi uşaq nə yeyir, nə içir və necə yaşaması barədə Maraqlı şəxs maraqlanmır. Halbuki qanunla Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməli və birgə nikahdan olan uşağının saxlanılması üçün aliment ödəməlidir. Göstərilənləri nəzərə alaraq, onunla Maraqlı şəxs arasında 05 noyabr 2021-ci il tarixdə İŞ №2021- 005184 imzalanmış barışıq sazişinin 2.1.3-cii maddəlırinin yəni ona aid hissəsinin, uşaqın saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat olmaqla aliment məbləğinin və dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində pulun Maraqlı şəxs alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Maraqlı şəxs Bəğağa oğlu bildirdi ki, o mediasiya prosesində iştirak edib və ayda 120 manat alimenti ödəməyə razılaşıb. Lakin hal-hazırda maddi durumu çətin olduğundan o, həmin məbləği ödəmək iqtidarında deyil, himayəsində ikinci ailəsindən bir övladı var, ona da o baxır. Ona görə də iddanı qəbul etmir və ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə Ərizəçi və Maraqlı şəxs Bəğağa oğlunu dinləyib və işə əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdırıb işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdə olan 05 noyabr 2021-ci il tarixli, 2021-005184 nömrəli “Barışıq sazişi”ndən görünür ki, 2.1.1 Tərəflər aralarında bağlanmış 27 avqust 2011-ci il tarixli rəsmi nikahın pozulmasına razıdırlar. Tərəflərin yetkinlik yaşına çatmayan ümumi uşaqları olduğundan nikahın pozulması məhkəmə qaydasında həyata keçirildiyi üçün tərəflər nikahın pozulması hissəsində məhkəməyə müraciət etməyə etməyə; 2.1.2 Tərəflər hal-hazırda və aralarında olan nikah məhkəmə qaydasında pozularkən birgə nikahdan olan uşaqları 18 sentyab 2009-cu il təvəllüdlü X4 anası X2 himayəsində saxlanması barədə; 2.1.3 Tərəflərdən Maraqlı şəxs X5 ilə birgə nikahdan olan uşaqları 18 sentyabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün nikahın pozulmasına dair ərizə məhkəməyə daxil olduğu gündən hesablanmaqla hər ay 120 (yüz iyirmi) manat məbləğində alimenti X3 ödəməyi öhdəsinə götürür. 2.1.4 X1 Elşən Bəgağa oğlu ilə birgə nikahdan olan uşaqları 18 sentyab 2009-cu il təvəllüdlü X4 atası Maraqlı şəxs ilə görüşməsinə etiraz etmir və Maraqlı şəxs 18 sentyabr 2009-cu il təvəllüdlü uşaqları X7 ilə hər dəfə tərəflərin öz aralarında olan razılaşmaya uyğun olaraq görüşməyə razıdır və X1 Elşən Bəgağa oğluna uşaqla görüşməkdə maneə yaratmayacaqdır. İş materiallarında olan AZ-İİ 353392 seriya və nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 18.09.2009-cu il tarixdə Quba şəhərində anadan olmuş, atası qrafasında- Maraqlı şəxs, anası qrafasında- X5 qeyd olunub. Doğum haqqında akt qeydləri kitabında 02.11.2009-cu il tarixdə 863 nömrə ilə qeyd olunub. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-2525/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs ilə aralarındakı nikah pozulmuş, uşaq tələbi və aliment öhdəlikləri ilə bağlı Mediasiya Şurasının 23 sentyabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 05 noyabr 2021-ci il tarixli barışıq sazişinin nəzərə alınması qət edilmişdir. İş materiallarında olan AZ-İ 388839 seriya və nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X5 arasında olan nikaha 24.01.2022-ci il tarixində xitam verilmiş, nikahın pozulması haqqında akt qeydləri kitabında 08.02.2022-ci il tarixdə 12 nömrə ilə qeyd olunub. Məhkəmədə müəyyən edildi ki, tərəflər arasında olan nikaha məhkəmənin qətnaməsinə əsasən xitam verilmiş, lakin mediasiya prosesinə xitam verilməsi barədə protokola əsasən barışıq sazişi imzalanmış, həmin sazişə əsasən Maraqlı şəxs birgə nikahdan olan uşaqları 18 sentyabr 2009-cu il təvəllüdlü X4 anası, X2 himayəsində saxlanması və X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün nikahın pozulmasına dair ərizə məhkəməyə daxil olduğu gündən hesablanmaqla hər ay 120 (yüz iyirmi) manat məbləğində alimenti X3 ödəməyi öhdəsinə götürüb. Ərizəçi 05 noyabr 2021-ci il tarixdə İŞ №2021- 005184 imzalanmış barışıq sazişinin 2.1.3-cii maddəlırinin yəni ona aid hissəsinin, uşaqın saxlanması üçün hər ay 120 (bir yüz iyirmi) manat olmaqla aliment məbləğinin və dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində pulun Maraqlı şəxs alınaraq ona verilməsini məhkəmədən xahiş edir. Məhkəmə 05 noyabr 2021-ci il tarixli, 2021-005184 nömrəli “Barışıq sazişi”nin 2.1.3-cü maddəsinin tələblərini əsas tutaraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs Bəğağa oğlu arasında 05 noyabr 2021-ci il tarixdə İş N ********** barışıq sazişinin 2.1.3-cü maddəsi, yəni 18 sentyabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat aliment məbləğinin tutulması hissəsində təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 305.1.17, 355-23.1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Ərizəçi ilə Maraqlı şəxs Bəğağa oğlu arasında 05 noyabr 2021-ci il tarixdə bağlanmış, iş N ********** barışıq sazişinin 2.1.3-cü maddəsi, yəni 18 sentyabr 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat aliment məbləğinin tutulması hissəsində təsdiq edilsin. Maraqlı şəxs Bəğağa oğlundan 100 manat dövlət rüsumu Ərizəçi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar