Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1363/2022 25.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Ərizəçi və müdafiəçisi Vəkil iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun heç bir dövlətin vətəndalığına mənsub olmamağı, habelə Azərbaycan Respublikasında 24 aprel 1995-ci il tarixdən daimi yaşamağı faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizədə göstərmişdi ki, xx xxxx 1975-ci il tarixdə Dağıstan Respublikasının Maxaçqala şəhərində anadan olub. Daha sonra anası 1980-ci ildə ailə quraraq Quba rayonuna gələrkən onu da özü ilə Azərbaycan Respublikasına gətirmişdir. 1992-ci ilə qədər Azərbaycan Respublikasında yaşayaraq Quba şəhəri, 3 saylı orta məktəbdə oxuyub. 1992-ci ildə ailə quraraq Dağıstan Respublikasının Kızılyurt şəhərinə gedərək 24 aprel 1995-ci ilə qədər Dağıstan Respublikasında yaşamış, sonradan ailə münasibətləri pozulduğu üçün 24 aprel 1995-ci ildən yenidən Quba şəhərinə anasının yanına qayıdaraq Quba şəhərində yaşamışdır. Qeyd etdiyi tarixlərdə Dağıstan Respublikasına giriş-çıxışışla bağlı məlumatlar SSSR vətəndaşlığı ilə bağlı pasportunda öz əksini tapmışdır. Onun Azərbaycan Respublikasında yaşamağı, Quba şəhərində oxuyaraq, natamam orta təhsil haqqında 22 may 1990-cı il tarixli, A 604355 nömrəli şəhadətnamə almağı və 03 avqust 2001-ci il tarixli, AB 019403 nömrəli attestat almağı da bir daha təsdiq edir. Göründüyü kimi o 1995ci ildən Quba şəhərində yaşayır. Bu faktı sənədlərlə yanaşı şahid ifadələri ilə də təsdiq edə bilər. Lakin hazırda vətəndaşlığı olmadığından Azərbaycan Respublikası vətəndaşı kimi öz hüquqlarını həyata keçirə bilmir. Halbuki, mövcud qanunvericiliyin tələbinə əsasən o 2006-ci ilin yanvar ayının 1-dək və hal-hazırda da Azərbaycan Respublikasında daimi yaşadığından və hər hansı başqa dövlətin vətəndaşı olmadığından bu fakt məhkəmə qaydasında təsdiq olunarsa, Azərbaycan Respublikası vətəndaşlığına qəbul oluna bilər. Onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması müvafiq icra hakimiyyəti orqanının arayışı, eyni zamanda doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin, Rusiya Federasiyasının vətəndaşı hesab edilməməyi isə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı konsulluğunun arayışı ilə təsdiq edilir. Bu səbəbdən onun heç bir dövlətin vətəndalığına mənsub olmamağı, habelə Azərbaycan Respublikasında 24 aprel 1995-ci il tarixdən daimi yaşamağı faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf olan Maraqlı şəxs nümayəndəsi Nail İsayev məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, işdə olan, Maraqlı şəxs 04 oktyabr 2018-ci il tarixli ******* saylı arayışından görünür ki, xx xxxx 1975-ci il təvəllüdlü Ərizəçi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan İİ–БД 277997 seriya və nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi xx.xx.1975-ci ildə Dağıstan Respublikasının Maxaçqala şəhərində doğulub. İş materiallarında olan A 604355 seriya və nömrəli natamam orta təhsil haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Quba rayonu, Qırmızı Qəsəbə natamam orta məktəbində oxumuş və 1990-cı il tarixdə natamam orta məktəbi bitirmişdir. İş materiallarında olan AB 019403 seriya və nömrəli orta təhsil haqqında attestatın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Bakı peşə məktəbinə daxil olmuş, xx.xx.2001-ci ildə xalçaçı (əl ilə toxuyan) peşəsi üzrə tam kursu bitirmişdir. İş materiallarında olan XXV-ЖГ 519280 seriya və nömrəli Quba rayonu İcraiyyə Komitəsinin daxili işlər şöbəsi tərəfindən veilmiş Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportunun notarial qaydada təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi Dağıstan Respublikasından Qızılyurt rayonundan qeydiyyatdan çıxmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, xx.xx.1975-ci il tarixdə Dağıstan Respublikasının Maxaçqala şəhərində anadan olmuş Ərizəçi Rusiya Federasiyanın vətəndaşlıq haqqında qanunvericiliyinə uyğun olaraq, Rusiya Federasiyasının vətəndaşlığını almadığını təsdiq edir, Rusiya Federasiyasının vətəndaşı deyil. İş materiallarında olan Quba şəhər İƏD üzrə nümayəndəliyində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 895 nömrəli akta əsasən, Quba şəhər İƏD üzrə nümayəndəliyinin müavini Elnur Manafov, atalığı X3, qonşu Məmmədov Ömər və X1 iştirakı ilə tərtib olunur həmin akt ondan ötrü ki, Ərizəçi xx.xx.1975-ci ildə Dağıstan Respublikasının Maxaçqala şəhərində anadan olub, 1995-ci ildən həqiqətən ünvan 1 ünvanında yaşayır. Aktın doğruluğunu imzalarıyla təsdiq etmişdilər. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin İ hissəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Dağıstan Respublikasının Maxaçqala şəhərində anadan olub, anası 1980-ci ildə ailə quraraq Quba rayonuna gələrkən onu da özü ilə Azərbaycan Respublikasına gətirib. 1992-ci ilə qədər Azərbaycan Respublikasında yaşayıb, Quba rayonu, Qırmızı Qəsəbə natamam orta məktəbində oxuyub. 1992ci ildə ailə quraraq Dağıstan Respublikasının Kızılyurt şəhərinə gedib 24 aprel 1995-ci ilə qədər Dağıstan Respublikasında yaşayıb. Sonradan ailə münasibətləri pozulduğu üçün 24 aprel 1995-ci ildən yenidən Azərbaycan Respublikasına qayıdıb və həmin tarixdən Quba şəhərində yaşayıb. Rusiya Federesiyasında yaşadığı müddətdə Rusiya Federasiyasının vətəndaşlığını qəbul etməyib. Rusiya Federasiyanın vətəndaşlığının olmaması barədə xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü X4 Sosialist Respublikasının Mahaçqala şəhərinin sakini olan Ərizəçi Rusiya Federasiyasının vətəndaşlığını almayıb və Rusiya Federasiyanın vətəndaşlıq haqqında qanunvericiliyinə uyğun olaraq Rusiya Federasiyasının vətəndaş deyil. Beləliklə, qeyd olunanlara əsasən Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında 24 aprel 1995-cı il tarixdən daimi yaşaması faktı məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin İ hissəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.2-ci maddəsinə əsasən heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxs vətəndaşlığı olmayan şəxs hesab edilir. “Azərbaycan Respublikasının Vətəndaşlığı Haqqında” Qanununun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1 -ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, ərizə rəmin olunmalı və Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında 24 aprel 1995-cı il tarixdən daimi yaşaması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin olunsun. Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında 24 aprel 1995-cı il tarixdən daimi yaşaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1363/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1363/2022
25.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver