Məhkəmə qərarları › İş №2(027)-1378/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1378/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1378/2020 20.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı-cavabdehİddiaçı-nin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunun və cavabdehiddiaçı Cavabdehiştirakı ilə İddiaçı-cavabdeh İddiaçı İstehsalat Birliyinin cavabdeh-iddiaçı Cavabdeh qarşı “debitor borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair” ilkin iddiası üzrə, cavabdeh-iddiaçı Cavabdeh iddiaçıcavabdeh İddiaçı İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «İddiaçı” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 608,36 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 638,36 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı-nın Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı qərarının 4.2, 4.7, 4.8, 4.9 bəndlərinə əsaslanaraq İddiaçı-nin Quba XS-in xx.xx.2019-cu il tarixli, ******* saylı akt qanunsuz hesab olunaraq etibarsız hesab edilməsinə, həmin akt əsasında hesablanmış xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə” tərtib edərək onun üçün dəymiş ziyan olaraq 3420,0 m3 qaz (3420,0 m3 x 0,10 manat = 342,0 manat) hesabatının ləğv edilməsinə və abonent bazasından ona aid olan saldodan silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçı-cavabdeh İddiaçı-nin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək, göstərdi ki, Quba rayonu, İ Nügədi kəndində yaşayan xx.xx.1956-cı il təvəllüdlü Cavabdeh xx.xx.2020-ci il tarixinə istifadə etdiyi təbii qaza görə 608,36 manat ödənilməmiş borcu qalmışdır.İddiaçı tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, abonent tərəfindən borc hələ də ödənilməmişdir. Abonentin borcu onun mənzilində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. Cavabdeh onunla bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Abonentin istifadə etdiyi təbii qazın haqqının ödənilməsi, borclu kimi onun mübahisə edilməyən vəzifəsidir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh təbii 608,36 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 638,36 manat məbləğində pulun tutularaq İddiaçı İstehsalat Birliyinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı iddianı müdafiə edərək və ilkin iddianı qismən qəbul edərək, bildirdi ki, İddiaçı Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsinin (Quba XS) əməkdaşları ona məxsus olan Quba rayonu, İ Nügədi kəndində yerləşən fərdi yaşayış ünvanında həyət divarının çöl hissəsində quraşdırılmış qaz sayğacını xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında “sayğacın sol tərəfi və zavod plombu şübhəli” olduğu üçün növbədədən kənar dövlət yoxlamasına göndərmişlər. xx.xx.2019-cu il tarixdə İddiaçı-nin Quba XS-nin əməkdaşları yaşadığı ünvana gələrək ona ******* saylı “Təbii Qazdan istifadə Qaydalarının Pozulması haqqında” akt tərtib etmişlər. Akt-ı tərtib edərkən əsaslandırmanı ARDNŞ-nm İT və Rİ-nin 29/1710-02614-2 saylı rəyinə istinad edilmişdir. İstinad olunan rəydə isə aşkar edilən nöqsanın kim tərəfindən edildiyi barədə heç bir məlumat yazılmamışdır. Bu da o deməkdir ki, nöqsan aşkar edilən sayğacın işlək olması və kənar təsirlərdən qorunması Qaz paylayıcının vəzifəsi olduğu üçün abonent heç bir məsuliyyət daşımır. xx.xx.2019-cu il tarixində isə “dəymiş ziyanın bərpasına dair tələbnamə” tərtib edərək onun üçün dəymiş ziyan olaraq 3420,0 m3 qaz (3420,0 m3 x 0,10 manat = 342,0 manat) hesablamışlar. xx.xx.2019-cu il tarixində onun üçün 24558-01.19 saylı “Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” də yazaraq özləri də imzalamışlar. Göstərilənləri nəzərə alaraq, İddiaçı-nin Quba XS-in xx.xx.2019-cu il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsinə, həmin akt əsasında hesablanmış xx.xx.2019-cu il tarixli hesabat ləğv edilməsi və 342,0 manat qaz sərfiyyatının abonent bazasından silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli və qarşılıqlı iddia tam təmin edilməlidir. Belə ki, iş materiallarında olan qaz paylaşıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, İddiaçı İstehsalat Birliyi ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 24558-01.19 nömrəli müqavilə bağlanmışdır. İş materiallarında olan İddiaçı-nin Xaçmaz RQİ-nin Quba QİS-nin əməkdaşları tərəfindən abonent Cavabdeh adına tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, ARDNS-nin İT və Rİ-nin rəyinə əsasən ******* nömrəli sayğacın hesablama mexanizminin qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın ödənilməsinə dair tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən Cavabdeh tərəfindən 3420,0 m3 qaz sərfiyyatı olmuşdur. İş materiallarında olan abonent saldosundan görünür ki, Cavabdeh 2019-cu ilin sonuna 342 manat qalıq borcu olmuş, lakin 2020-ci ilin yanvar ayına həmin borc ödənilmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, cavabdeh-iddiaçı Cavabdeh 2019-cu ilin yanvar ayında yandırdığı qazın məbləği 342 manat təşkil edir. Belə ki, cavabdeh-iddiaçı Cavabdeh sərf etdiyi 3420 m3 üçün hesablanmış 342 manat qalıq borcunun ödənildiyini iş materiallarında olan abonent saldosundan açıq görünür. Bu da onun nəticəsidir ki, qaz işçiləri tərəfindən Cavabdeh istifadə etdiyi qazın pulu düzgün hesablanmamışdır. Belə ki, onun adına verilmiş abonent saldosunda artıq hesablanmış məbləğin nə qədər olması açıq aydın görünür. İddiaçı Cavabdeh 608,36 manat borcu olmasını iddia etsə də, cavabdeh həmin borcun artıq hesablanmış hissəsi ilə, yəni 3420 m3 ilə razılaşmır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarının 5.2-ci bəndində göstərilir ki, Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Sadalananlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia qismən təmin və qarşılıqlı iddia təmin edilərək, İddiaçı-nin Quba XS-in xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərar ləğv edilməli və 342 (üç yüz qırx iki) manat pul vəsaiti abonent bazasından silinməli, abonent Cavabdeh borcundan 342 manat (608,36 – 342 = 266,36) çıxılmalı, Cavabdeh 266,36 manat məbləğində pul İddiaçı İstehsalat Birliyinin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. Cavabdeh 266,36 (iki yüz altmış altı manat otuz altı qəpik) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı İstehsalat Birliyinin (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı, VÖEN**********, İBAN: AZ50İBAZ********************) hesabına ödənilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı-nin Quba XS-in xx.xx.2019-cu il tarixli, ******* saylı aktı əsasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərar ləğv edilsin və 342 (üç yüz qırx iki) manat pul vəsaiti abonent bazasından silinsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar